Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gül kimi xalqdır, plastilindir, nə istəsəniz, edirsiniz, qədrini bilin”- Natiq Cəfərli

"Xalq mağmın, səssiz-sədasız olanda belə etməzlər axı"...

“Hökumətin alayarımçıq, sona qədər düşünülməmiş, həm vətəndaşlara, həm də sahibkarlara elan etdiyi dəstək paketi iyun ayının 1-də bitib. Sonra Operativ Qərargah adlı mifik qurum (tərkibi və alınan qərarların mexanizmi bilinmir) iyun ayının ilk 2 həftəsində 4 gün analoqu olmayan, mənasız və məzmunsuz, hətta qanunsuz olaraq sərt “lockdown” elan etdi – bütün biznes qapadıldı, hətta aptekləri və ərzaq dükanlarını da bağladılar. Bu addım virusla mücadilədə heç bir effekt verməməsi bir qırağa, cəmiyyətdə gərginlik yaratdı, biznesin işini tam əngəllədi. Sonra həmin mifik qurum karantin tədbirlərini avqustun 1-nə qədər uzatdı və yenidən effekti sübut olunmamış, heç bir hesablanması və modelləşdirilməsi aparılmamış SMS sisteminə geri döndülər. Əvvəl gün ərzində 2 dəfə SMS yazmağa icazə versələr də, sonra bunu birə endirdilər – yenə də, heç bir hesablama aparmadan bu addımı atdılar, rəsmi olaraq, “sui-istifadə hallarına yol verməmək üçün”, dedilər. Yayğın, mənasız, hətta sovet qoxan ifadədir – yaxşı, camaat banklara, xəstəxanalara getməlidir, ərzaq almalıdır, isti havalarda piyada gəzməlidir, bütün bunları 2 saata necə sığışdırsın?!”

PİA.az-ın xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli deyib.

“Keçək sosial və iqtisadi məsələlərə: 1) Vətəndaşlara 190 manat kimi azacıq pulu cəmi 2 ay verdilər, haqqı çatan onminlərlə insan hələ bu puldan mərhum qaldılar, sonra iyun ayı üçün sərt karantin elan olunan bölgələrdə yaşayanlara 190 manat ödəniləcəyi ilə bağlı qərar verdilər, yəni, 600 min vətəndaşın, təqribən, 200 mininə iyunda 190 manat verməyəcəklər – bəs nə, bizim hökumət “qənaətcildi” axı, amma nədənsə ancaq xalqa çatan vəsaitdə qənaət edir, bu addımla cəmi 38 mln. manata, güya, qənaət ediblər, anlamırlar ki, vətəndaşa ödədikləri pul həm də öz problemlərini həll edir – ticarət dövriyyəsi, istehlak artır, iqtisadiyyat az da olsa canlanır. İndi iyul ayı ərzində də karantin tədbirlərini uzatmaq istəyirlər, məntiqlə, iyulda da 190 manatı ödəməlidirlər, 2) Ölkədə biznes çöküb, can verir, kiçik-orta sahibkarlar məhv olmaq üzrədirlər, ictimai iaşə, xidmət, turizm, qeyri-ərzaq ticarəti, sərnişindaşıma və s. sahələr sadəcə ölüb, ağlayanları yoxdur. Hökumətin alayarımçıq tədbirlər planında iyunun 1-ə qədər müəyyən addımlar nəzərdə tutulmuşdu – indi isə iyulun 1-dir, eşidirsiniz ay qalstuklu müəllimlər, iyun deyil e artıq, iyulun 1-dir və bir aydır ki, biznes sahələrinin çoxu qapalıdır, nə etsinlər onlar?! Hökumət nə icarə, nə kredit faizləri məsələsini həll, kommunal güzəştlər tədbiq etmədi, biznesin dərdinə dərman olacaq addımlar atmadı, indi də mifik qurum deyir ki, iyulda da işləməyin – tamam da, əvəzinə nə təklif edirsiniz?!

Xalq mağmın, səssiz-sədasız olanda belə etməzlər axı, gül kimi xalqdı, plastilindi, nə istəsəniz edirsiniz, amma bu xalqın da qədrini bilin, olmaz belə...” – N.Cəfərli qeyd edib.(Pravda.az)

pia.az

 


Etiket: Natiq Cəfərli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar