Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ münaqişəsinin sülh yolu ilə həll variantı varmı?..

Açıq işğal faktı ortada olduğu halda, dəfələrlə iflasa uğrayan “xalq diplomatiyası” xalqları hansı sülhə hazırlaya bilər və danışıqlarda bu terminlərin həmişə önə sürülməsi nədən xəbər verir?..

Politoloq: “Ermənistan diplomatik danışıqlar yolu heç vaxt işğal altında olan əraziləri geri qaytarmayacaq”.

Rusiya və Fransa Ermənistanın maraqlarının qorunmasına səy göstərir. ABŞ isə tam olaraq bitərəf mövqe sərgiləyir. Onlara görə münaqişənin hərbi həll yolu yoxdur və bu Ermənistanln strateji maraqlarını tamamilə təmin edir”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin növbəti dəfə ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçirildiyi onlayn konfransının nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri növbəti dəfə ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə onlayn konfrans keçiriblər. Onlayn konfrans bir saat çəkib.

Konfransda həmsədrlər həmişəki kimi iki fikrin üzərində xüsusi dayanıblar: “Münaqişənin hərbi həlli yoxdur” və “Xalqları sülhə hazırlamaq lazımdır”.

Münaqişənin həllində bu iki ana fikir illərdir ki, səsləndirilir, lakin həll variantı tapılmır. Ümumiyyətlə münaqişənin sülh yolu ilə həll variantı varmı? Açıq işğal faktı ortada olduğu halda, dəfələrlə iflasa uğrayan “xalq diplomatiyası” xalqları hansı sülhə hazırlaya bilər və danışpqlarda bu terminlərin həmişə önə sürülməsi nədən xəbər verir?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə müraciət edib.

Məhəmməd Əsədullazadə: “Qarabağ münaqişəsinin nizamlanmasında dəyişikliklərə yalnız hərbi yolla nail olmaq mümkündür”.

Bu danışıqlarda eyni ssenarinin və eyni bəyanatların 30 ilə yaxındır ki, davam etdiyinə, dəyişən bir situasiyanın olmadığına diqqət çəkən politoloq PİA.az-a açıqlamasında bildirib ki, ATƏT-in Mins qrupunun həmsədrlərinin vasitəçilik missiyası nəticəsiz bəyanatlar səsləndirməkdən o tərəfə getmir. Çünki, bu formatda təmsil olunan Rusiya və Fransa Ermənistanın maraqlarının qorunmasına səy edir:

“Ötən gün yenidən növbətçi şəkildə ATƏT Minsk qrupunun həmsədrləri AzərbaycanErmənistan xarici işlər nazirlərinin onlayn görüşünü təşkil etdi. Bununla onlar göstərmək istəyir ki, pandemiyaya baxmayaraq hazırkı şərtlərə uyğun olaraq çalışmaqdadırlar və vasitəçilik missiuasını həyata keçirirlər. Yəni onlar öz missiyalarına formal yanaşırlar. Əalində isə münaqişənin həlli vasitəçilərin maraq dairəsində deyil.

Baxaq bu vasitəçilik bizə, ümumilikdə isə münaqişənin həllinə nə verib? 1994-cü ildən bəri aparılan danışıqlar münaqişənin həll prossesində hansısa irəliləyişə nail olubmu? Heç bir dəyişikliyə nail olunmayıb. Sadəcə vasitəçilər “dondurduqları” münaqişə ilə əlaqədar 1994-cü ildən bəri üyni bəyanatları səsləndiriblər. Bu prezidentlərin görüşündə də belə olub, nazirlərin görüşündə də. Amma Ermənistanın strateji siyasətinə uyğun olaraq onlar üçün atəşkəsin qorunmasına nail olublar. Məhz bu danışıqlar da atəşkəsin qorunmasına hesablanıb. Yəni danışıqlar Ermənistanın strateji maraqları əsasında aparılır və bu maraqlar vasitəçilər tərəfindən qorunur.

Fikir versək, bu danışıqlarda biz eyni ssenarinin davam etdiyini, dəyişən bir situasiyanın olmadığını görürük. Həmsədrlərin ATƏT-in Mins qrupunun həmsədrlərinin vasitəçilik missiyası bundan o tərəfə getmir və buna fokuslanıb. Çünki, bu formatda təmsil olunan Rusiya və Fransa Ermənistanın maraqlarının qorunmasına səy göstərir. ABŞ isə tam olaraq bitərəf mövqe sərgiləyir. Onlara görə münaqişənin hərbi həll yolu yoxdur və bu Ermənistanın strateji maraqlarını tamamilə təmin edir. Həmsədrlərin bu tipli açıqlamalarlı əslində Yerevanın ritorikasıdır və biz 30 ildir ki, bu ritorikaya uyğun davranırıq.

Məhəmməd Əsədullazadə: “Həmsədrlər heç əsirlərin dəyişdirilməsinə də nail ola bilmir”.

Bunun əksini söyləyənlərə sual edirəm. Bəs, 30 ilə yaxıdır aparılan danışıqlarda həll variantları olubmu və həllə yaxınlaşıbsınızmı? Əlbəttə ki, cavabları olmayacaq. Ona görə ki, onlar münaqişənin həllinə fokuslanmayıblar, sadəcə atəşkəsin davam etməsinə maraqlıdırlar. Ona görə də səsləndirdikləri bu tezisləri münaqişənin həllinə yönəlməyib. Ümümiyyətlə Ermənistan diplomatik danışıqlar yolu heç vaxt işğal altında olan əraziləri geri qayratmayacaq. Bu bir mənalıdır. Həmsədrlər isə adi əsirlərin dəyişdirilməsinə də nail ola bilmirlər.

Xalqların sülhə hazırlanmasına gəldikdə isə deyə bilərəm ki, Ermənistan prosesə qəti maraqlı deyil. Paşinyan çıxıb desə ki, Azərbaycanla sülhü hazır olun, əlbəttə ki, yüz illərdir beyinləri zəhərlənmiş ermənilər onu devirməyə qalxacaqlar. Bundan Qarabağ klanıda istifadə edib, onun üzərinə gedəcək.

Hesab edirəm ki, Qarabağ münaqişəsinin nizamlanmasında dəyişikliklər yalnız hərbi yolla mümkündür. Əlbəttə ki, burada siyasi iradə ortaya qoymaq lazımdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar