Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat örnəyi: Sabir Rüstəmxanlı Neftçalanın su savaşında ön cəbhədə...

Deputatın şəxsi vəsaiti ilə içməli sudan əziyyət çəkən sakinlərə su paylanıb və bu iş problem qaldıqca davam etdiriləcək...

Son günlər Neftçala rayonunda içməli suyun şorlaşması, rayon sakinlərinin həyatında yaranan problemlər ciddi narahatçılıq yaradıb. PİA.az xəbər verir ki, Kür çayının səviyyəsinin aşağı düşməsi SalyanNeftçalada içməli su probleminin yaranmasına səbəb olub. Bildirək ki, problemin ilk günündən Neftçalanın deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı məsələni ictimailəşdirmiş, həm ölkə mediasında, həm də Milli Məclisdə bu problemi qaldırmışdır.

Onu da qeyd edək ki, Neftçala rayonunda içməli su problemi ilə bağlı S.Rüstəmxanlı müvafiq qurumlara deputat sorğusu ilə müraciət esib. Bu sorğuya cavablar göstərir ki, yaranmış situasiyada təbii faktorlarla yanaşı yerli məmurların səhlənkarlığının da böyük rolu var. Belə ki, S.Rüstəmxanlının problemin araşdırılması üçün Maliyyə Nazirliyinə göndərdiyi sorğunun cavabında bildirilir ki, Azərbaycan Respublikasının 2019-cu ul 11 dekabr tarixli 1687 nömrəli Sərəncamı ilə Neftçala şəhərinin su təhcizatının yenidən qurulması məqsədi ilə “Azərsu” ASC-yə 5 milyon manat məbləğində vəsait ayrılıb. Başqa sözlə, dövlət öz vətəndaşının probleminin həlli üçün lazımi tədbirlər görüb, amma korrupsiya yenə önə keçib və nəticə ortadadır.

S.Rüstəmxanlının MM dəki çıxışından, rayondan gələn həyəcanlı xəbərlərdən sonra bir dəfə Mingəçevirdən gələn su artırıldı, suyun şorluluğu azaldı, lakin sonra Xəzər yenə güc gəldi. Son günlərdə Kür boyu bəzi nasosların dayandırılması nəticəsində Kür yenə yüksəlir. Lakin bu mövsümdə nasosları uzun müddət dayandırmaq olmaz. Problemin daha fundamental həlli lazımdır. “Azərsu” ASC-də deputatın həyacan təbili çalmasından sonra hərəkətə gəlib və, indi Neftçalaya içməli su kəmərinin çəkilişi xeyli sürətlənib, işlərin iki ay ərzində tamamlanacağı bildirilir.

Sabir Rüstəmxanlı Neftçalanın deputatı olaraq məsələni gündəməı gətirmək, əlaqədar təşkilatları hərəkətləndirməklə işini bitirməyib. Aldığımız məlumata görə bu günlərdə deputatın şəxsi vəsaiti ilə içməli sudan əziyyət çəkən sakinlərə su paylanıb və bu iş problem qaldıqca davam etdiriləcək.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ən çox oxunanalar