Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrailin təhkükəsizliyi dünya üçün təhlükəyə dönüşür...

İsrail artıq nə ABŞ, nə AB, nə də digər beynəlxalq güclərə etibar edə bilməz. O, hətta özü üçün də böyük bir təhlükəyə çevrilib...

Yasin Aktay

“Yeni Şafak” qəzeti, Türkiyə, 1 iyul 2020-ci il

İsrail bu günlərdə artıq işğal altında olan İordan çayının qərb sahilində illərlə beynəlxalq səviyyədə etirazlara səbıb olan yəhudi yaşayış məntəqələri və İordaniya Vadisini birləşdirmə planını tamamlama mərhələsində olduğunu elan edir. Bu addım İsrailin qurulduğu gündən bəri heç bir büynəlxalq qanunu nəzərə almadan atacağı ən düşüncəsiz addımdır. Buna görə də, ABŞ-dan başqa daha əvvəl İsrailə dəstək olan ölkələrin heç biri bu məsələdə İsraili dəstəkləmir. Hətta İsrail lehinə siyasətləri ilə tanıdığımız ölkələrin çoxu açıq şəkildə buna qarşı çıxır və İsrailə bu addımdan imtina etməsi üçün xəbərdarlıq esirlər. Üstəlik, ABŞ-da belə Tramp və yaxın komandasının bu ilhaq planını ağır şəkildə tənqid edirlər və ABŞ-ın Yaxın Şərqdəki tərəflər arasında hər hansı bir sülh və nizam qurma rolunu itirə biləcəyini qeyd edirlər.

Şübhəsiz ki, Fələstin və İsrail məsələlərində ABŞ-ın rolu heç vaxt vasitəçilik olmayıb. Əksinə, danışıqlarda həmişə İsrailin tərəfində iştirak edib və Fələstinə durmadan təzyiqlər tətbiqləyib. Hətta Vaşinqton neytral və vasitəçi kimi davranarkən belə bu roldan İsrailin lehinə istifadə edib. Lakin buna baxmayaraq, ABŞ-da da İsrailin bu insanlığa və hüquqa sığmayan ilhaq planının məntiqini həzm edə bilməyən böyük bir kütlə var. Demokratların daxilində İsrail tərəfdarı olan meyillər heç də Respublikaçılardan zəif deyil. İsrail hər iki partiyanın ən həssas məsələsidir. Buna baxmayaraq, İsrailin bu gün qəbul etməyə çalışdığı ilhaq planının nə müdafiə ediləcək, nə də dəstəklənəcək bir tərəfi var.

İarail illərdir fələstinlilərə aid torpaqlarda inşa etdiyi yəhudi yaşayış məskənləri ilə yalnız müəyyən əraziləri addım-addım işğal etmir, həm də işğal etdikləri yerlərdə yaşayan fələstinliləri də öz qanunsuz məskənlərinə qarşı təhdid kimi gördükləri üçün onları ya köçqrür, ya da ətrafına divar hörürlər. Beləliklə, qeyri-insani bir təhlükəsizlik divarı ortaya çıxır. Bu divar qəsəbələrin ətrafına deyil, onların qonşu olduğu fələstinlilərin ətrafında inşa edilir və beləcə, həmin ərazi bir toplama düşərgəsinə çevrilir. Təkcə bu belə yetərincə qeyri-insani təcrübədir, lakin İsrail indi bununla da kifayətlənmir və Qərbi İordaniyanın təxminən 30%-ni təşkil edən bu Fələstin bölgələri öz qeyri-qanuni qəsəbələri üçün təhlükə yaratdığına görə tamamilə İsrailə birləşdirilməsini istəyir.

Təhlükəsizlik anlayışı yaşadığımız dünya nizamının ən ikiüzlü anlayışlarından biridir. Təhlükəsizlik dedikdə hər cür qanunsuzluq və insan haqlarının pozulması üçün bəhanələr ortaya atılır. Halbuki bu gün bir təhlükəsizlik təhdidi varsa, bu, fələstinlilərdən israillilərə qarşı deyil, tam əksinədir. İsrail daim fələstinliləri təhdid edir və üstəlik, bu təhlükə virtual deyil, real təhlükədir. İsrail-Fələstin xəritələrinin 1967-ci ildən bəri necə formalaşdığına bir nəzər salaq. Fələstin torpaqlarının böyük əksəriyyətinin bu müddət ərzində necə tədricən İsrail rənginə çevrildiyini görə bilərik.

İsrail təkcə fələstinlilər üçün deyil, bütün dünya üçün təhdiddir. Bu yaxınlarda Qolanın birləşdirilməsi prosesində Fələstinin oynadığı rolu gördük. İşğal etdiyi bir yeri birləşdirmək üçün beynəlxalq səviyyədə yalnız ABŞ-ın təsdiqləməsi və səs çıxarmaması kifayət edir.

İsrail daha əvvəl bütün sülh danışıqlarında, normallaşma və sükunət dönəmində heç vaxt boş dayanmayıb. Hətta bir tərəfdən, danışıqlar apararkən, bir tərəfdən də tamamilə işğal və ilhaq etmək istədiyi oyəhudi yaşayış məntəqələrini açmağa davam edib. Sülh danışıqları zamanı yaranan sükunəti işğalını genişləndirmək üçün bir fürsət kimi qiymətləndirib. Bu gün koronavirus dövründə bütün insanlar öz dərdləri ilə məşğul olarkən İsrail daha bir torpaq parçasını ələ keçirməyə çalışır. Ancaq bu dəfəki, həqiqətən, bütün dünyanı qəzəbləndirəcək bir addımdır.

Əvvəla, qeyd edək ki, işğal etməyi bir xarakter kimi mənimsəmiş olan İsrail üçün də bu gedişat heç yaxşı əlamət deyil. Öz təhlükəsizliyini önə sürərək bu mövqeyini davam etdirən İsrail üçün ən böyük təhlükə yenə də özü olacaq.

Bir şeyi xatırlamaq lazımdır ki, Qüds bundan əvvəl də Xaçlılar tərəfindən işğal edilmişdi. Bu işğal 100 ilə yaxın davam edib. Bəşər tarixində bu əsr çox da uzun deyil. Artıq nə ABŞ, nə AB, nə də digər beynəlxalq güclərə etibar edə bilməz.

Əslində, İsrail və ABŞ islam dünyasında satın alaraq və təhdid edərək yanına çəkdiyi, susdurduğu liderlərə də çox etibar etməməlidir. Həmin rəhbərlərin ölkəsində bu haqsız işğala qarşı bütün xalq qəzəb içindədir. Əgər bu siyasətlərə davam etsə, həmin qəzəb liderlər özlərini ən pis hiss etdikləri anda onları tapacaq.

Hz. Musaya qarşı da Firon guya “təhlükəsizlik tədbirləri” görmüşdü. Amma o tədbirlərin İsrail oğulları arasında yaratdığı nifrət onun sonunu gətirmişdi. Bu gün isə rollar dəyişib, amma tale eynidir və İsrail də öz sonuna yaxınlaşır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar