İranın paytaxtı Tehranda fəaliyyət göstərən xəstəxanaların birində güclü partlayış baş verib...
Yenisabah.az İran KİV-lərinə istinadən xəbər verir ki, ötən gün qaz sızması nəticəsində baş verən partlayış nəticəsində 20 nəfər həlak olub. Ölənlərin 10-u tibb bacısıdır. Hadisə yerinə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb edilib.
İranın bəzi mətbuat orqanları qeyd ediblər ki, partlayış xəstəxananın təsərrüfat işlərinə məsul şəxslərin məsuliyyətsizliyi nəticəsində baş verib.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıblar.
pia.az