Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatdan təklif:"1aylıq fövqəladə vəziyyət elan edilsin"

Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ölkədəki pandemiya şəraitindən çıxış yolu kimi maraqlı təklif səsləndirib...

PİA.az xəbər verir ki, F.Ağamalı bu barədə Müsavat TV-nin efirində yayımlanan “Canlı debat” verilişində danışıb. Millət vəkili deyib ki, variantlardan biri ölkə olaraq tam 1 ay fövqəladə rejimə keçməkdir:

“Kimlərsə işləmirlərsə, onlara müavinət verilməlidir. 600 mindən yuxar olmalıdır. Belə variantlar var ki, bəlkə, 1 ay tam fövqəladə rejim tətbiq olunsun. Dövlət öz imkanları ilə 2 milyard dollar vəsait xərcləsin, insanlar tamamilə maddi cəhətdən minimum ehtiyaclarını ödəyə bilsinlər. Hər ailədən 1-2 nəfər müəyyənləşdirilməklə 2 gündən bir supermarketlərə gedərək ailənin ehtiyaclarını həll etmək üçün alış-veriş edib, dərhal evə qayıdır.

Gedəndə də tibbi maska və əlcəklərdən istifadə edir. Bir ay müddətində bu tətbiq olunarsa, insanlarımız evdə qalarsa – yaydır, çətindir, amma başqa variantımız yoxdur – bu kəskin mövqe və insanlarımızın ərzağa minimum tələbatı ödənərsə, virusa yoluxmada çoxalma tendensiyasının qarşısını almaq olar”.

F.Ağamalı hesab edir ki, bir ay sonra birbaşa yumşalma yox, ciddi və sərt karantin rejimindən nisbətən məhdudlaşdırıcı rejimə keçmək olar:

“Orda bir şərt var – insanlarımız hər hansı ehtiyacın içində yaşamalı deyil. İşləyən bilir ki, icazəsi var, fəaliyyətini qurur, evinə çörək apara bilir. O insanların ki, müəssisəsi dayanıb, işləmir, onların minimum ehtiyacları ödənməlidir və bu ehtiyaclar ödənəndən sonra artıq bəhanə qalmır. Ehtiyac zənbili bir ailədəki bir nəfərə 180 manat nəzərdə tutulub. Optimal rəqəm də tapıla bilər".(Yeni Sabah)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar