Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Poliklinikalara getməyə ehtiyac yoxdur - Səhiyyə Nazirliyi

"Özünü narahat hiss edən şəxslərin polikliniklara gəlməsinə ehtiyac yoxdur"...

“Biz indiki zamanda tibb işçilərindən çox asılıyıq. İstər təcili yardım işçiləri, istərsə də xəstəxana işçiləri xəstəliklə mübarizə edirlər. Bununla yanaşı unutmamalıyıq ki, koronavirus infeksiyası ilə yanaşı digər xəstəliklər də yerində qalır”.

PİA.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Əgər əvvəllər simptomu olanlar təcili yardıma müraciət edirdilərsə, bundan sonra poliklinikalara da müraciət edə bilərlər. Hazırda özünü narahat edən şəxslərin polikliniklara gəlməsinə ehtiyac yoxdur, telefon vasitəsilə zəng edib səhhətləri barədə məlumat verə bilərlər. Çünki onlar yoluxmuş ola və poliklinikaya gələnə qədər ətrafdakı insanları da yoluxdura bilərlər. Ona görə də həmin şəxslər bununla bağlı sahə həkimləri ilə əlaqə saxlaya bilər. Həmin şəxslərin müayinəsi sahə həkimlərinin nəzarəti altında həyata keçiriləcək”, - o bildirib.

Səhiyyə Nazirliyinin rəsmisi xatırladıb ki, koronavirus yüksək yoluxduruculuq qabiliyyətinə malikdir.(Report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar