Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvanın erməni hücumlarına qarşı ən etibarlı təbii istehkamı niyə məhv edilir? – Video, foto

Sədərək rayonunun icra başçısı Həbib İbrahimov 1988-1990-cı illərdə erməni hücumları zamanı Azərbaycan əsgərlərinin təbii istehkamına çevrilən ağacları kəsir...

PİA.az bildirir ki, Ovqat.com-a bu barədə məlumat rayon sakinləri tərəfindən verilib.

Məlumata görə, rayon mərkəzinin ətrafını çevrələyən ağaclıqdakı iri gövdəli ağacların hamısı kəsilir. İcra Hakimiyyəti həyata keçirdiyi “yaşıl soyqırımı” ağacların quruması ilə izah etsə də, əldə etdiyimiz video-görüntülər bu arqumenti dəstəkləmir. Videolardan aydın görünür ki, kəsilən ağaclar qurumayıb.

Sakinlər icra başçısı Həbib İbrahimovun bu əməlinin əsl səbəbinə bir anlam verə bilmədiklərindən xeyli narahatdırlar. Xüsusilə ermənilərin Naxçıvan məsələsini tez-tez gündəmə gətirdiyi indiki dövrdə Muxtar Respublikanın ən fəal qalasının təbii istehkamının məhv edilməsi həqiqətən də narahatlıq doğurmaya bilməz. Sədərəklilər ümid edirlər ki, Muxtar Respublika rəhbərliyi və mərkəzi hakimiyyət Naxçıvanın əsas istehkam qalasında aparılan bu yaşıl soyqırımı dayandıracaq və icra başçısının əsl niyyətinin nə olduğunu obyektiv araşdıracaq.

Xatırladaq ki, Sədərək Naxçıvan Muxtar Respublikasının dağ silsiləsiylə əhatə olunduğu təbii istehkamının bitdiyi nöqtədə yerləşir və zəif həlqə sayılır. Məhz bu səbəbdən də 1988-90-ci illərdə erməni hücumlarına məruz əsas məntəqəmiz də elə Sədərəkdi. Sədərəklilər erməni hücumları zamanı indi kəsilən gövdəli ağacların arxasına sığınıb döyüşürdülər. Bu ağacların altında çadır qurub gölgəsində yaşayıblar. Ağır günlərdə sığınacaqları, ən etibarlı evləri olub bu ağaclar.


Sakinlərin dediklərinə görə, bəzilərinin 70-dən çox yaşı olan ağacları onların babaları, ataları əkiblər və Naxçıvanda enerji qıtlığı yaşandığı dövrlərdə ən şaxtalı qış günlərində belə, onları kəsib odun kimi yandırmayıblar. Çünki bu ağaclıq Sədərəyin sığına biləcəyi son ümid yerlərinə çevrilib. İndisə niyyəti bəlli olmayan bir icra başçısı onları heç bir əsaslı səbəb göstərmədən qırır.

pia.az


Etiket: Naxçıvan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar