Cümə axşamı, 09 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Əfqanıstan düyünü” və Trampın iradəsi - Donald İsgəndər deyil...

Noyabr seçkisi yaxınlaşarkən şözülməsi imkansız hala gələn “Əfqanıstan düyünü” Trampı çətin vəziyyətdə qoyur...

Abdullah Muradoğlu

“Yeni Şafak” qəzeti, Türkiyə, 30 iyun 2020-ci il

ABŞ bir tərəfdən Covid-19-un yayılması ilə mübarizə apararkən, bir tərəfdən də noyabr seçkilərinə hazırlaşır. Ancaq Tramp 2016-cı ildə seçicilərinə verdiyi vədləri yerinə yetirmədən seçkilərə hazırlaşır. Trampın verdiyi vədlər arasındakı önəmli mövzulardan biri isə Amerika xalqına baha başa gələn xarici müharibələrdən ABŞ əsgərlərini geri çəkmək məsələsi idi. Tramp İraq, Suriya və Əfqanıstandan, eləcə də Avropa və Afrikadan bütün diqqəti geri çəkərək hər kəsi Sakit okean hövzəsinə yönəltmək istəyir. Bu da, əlbəttə ki, Çinlə bağlıdır.

Əvvəllər də dəfələrlə vurğuladığımız kimi, ABŞ-ın sonsuz müharibələrindən asılı olan biznes və siyasi dairələri Trampın əsgərləri geri çəkməsinə qəti şəkildə qarşı çıxırlar. Bəzi istisnalar xaricində Demokratlar və Respublikaçılar da ABŞ qoşunlarının “böhran zonaları”ndan çıxmasını istəmirlər. Geri çəkilməyə qarşı çıxan dairələrin Senatındakı ən güclü səslərindən biri Xarici İşlər Komitəsinin üzvü Lindsi Qrahamdır. Trampa olan yaxınlığı ilə tanınan senator Qrahamın Pentaqonun ABŞ qoşunlarını Afrikadan çıxarmaq cəhdlərinə çox sərt reaksiya verdiyi də məlumdur.

Qrahama görə, Afrikadakı əsgərlərin evə dönməsi ABŞ-ın bölgədəki müttəfiqlərini terrorla mübarizədə tərk etməsi mənasına gəlir. Hətta deyilənə görə, Qraham Müdafiə naziri Mark Esperə belə bir vəziyyət olacağı təqdirdə bəzilərinin həyatını cəhənnəmə çevirəcəyini belə deyib. Digər tərəfdən, Qraham və senator Kris Kun Trampa yazdıqları bir məktubda ona ABŞ qüvvələrini Afrikadan çıxarmaması üçün çağırış edib. Bir sözlə, Trampın qoşunları geri çəkmək vədinə ən çox qarşı çıxanlar Respublikaçılardır. Bu da Trampın işini çətinləşdirir. Qraham Trampın Rusiyanın Talibanla razılığa gəldiyi iddialarını da nəzərə almasını istəyir.

İlk dönəmi bir neçə ay sonra başa çatacaq olan Tramp qoşunları evə döndərmək vədini yerinə yetirə bilməyib. Tramp Əfqanıstanda Talibanla sözdə atəşkəs sazişi bağlasa belə, hələ də ortada yekun bir sülh müqaviləsi yoxdur. Bunun üzərinə Amerika mətbuatı Rusiyanın Talibanla gizlicə razılığa gələrək, öldürülən hər bir Amerika əsgəri üçün mükafat təklif etməsi ilə bağlı kəşfiyyat mənbələrinə istinadla yazılar dərc edib. İddialara görə, kəşfiyyat orqanları bu ilin mart ayında gizli razılaşma ilə bağlı kəşfiyyat məlumatını Trampa çatsırıblar. Ağ Ev və Tramp isə belə bir məlumatın onlara çatdırılmadığnı iddia edir. TalibanRusiya da iddiaları rədd edir. ABŞ kəşfiyyat orqanları Trampa məlumat verilməsi ilə bağlı iddiaları təsdiqləməsələr də, Rusiya ilə Taliban arasındakı razılaşmanın mövcudluğunu açıq şəkildə inkar etmirlər.

Sovet İttifaqının 1979-cu ildə Əfqanıstana qoşun yeritməsi və sonra işğal etməsi 10 il sonrakı çöküşünün ən vacib səbəblərindən biri olaraq görülüb. Şübhəsiz ki, bir çox rus siyasətçilər və yüksək çinli məmurlar Əfqanıstanın amerikalılar üçün də dağıdıcı problem olmasını arzulayır. ABŞ-ın Əfqanıstanda ilişib qalmasından faydalanan digər yerli və ya regional güclərin olduğu da təxmin edilir.

Tramp Əfqanıstan məsələsini həll edərək noyabr seçkilərinə girmək istəyirdi. Mediada aparılan müzakirələrdən göründüyü kimi, bu, o qədər də asan deyil. Obama da bunu bacarmadan prezidentliyini başa vurmuşdu. Digər tərəfdən, Tramp bir “İsgəndər” deyil. Görünür, “Əfqanıstan düyünü”nü kəsib atacaq gücə sahib də deyil və həm daxildən, həm xaricdən geri püskürdülüb.

ABŞ-dakı daha bir müzakirə isə sentyabr ayında gözlənilən G-7 Zirvəsi ilə bağlıdır. Zirvə görüşü iyun ayında keçirilməli idi, ancaq Covid-19-a görə sentyabr ayına təxirə salınıb. ABŞ, İngiltərə, Yaponiya, Kanada, Fransa, Almaniya və İtaliyadan ibarət G-7 Zirvəsi “Zənginlər Klubu” kimi də tanınır. Soyuq Müharibə başa çatdıqdan sonra Rusiya 1998-ci ildə Kluba qəbul edilib. Krımın birləşdirilməsi və Ukrayna Böhranı səbəbindən Rusiyanın üzvlüyü 2014-cü ildə dayandırılıb. Digər tərəfdən, Tramp da Zirvə görüşündə Putinin də iştirak etməsini istəyir. İngiltərə və Kanada isə bu təklifə qəti şəkildə qarşı çıxır.

Cavabı gözlənilən sual isə budur: Tramp digər üzvlərə Rusiyanın zirvə görüşündə iştirak etməsini qəbul etdirə biləcəkmi? Əslində, Tramp bir çox beynəlxalq təşkilat üçün dediyi kimi, G-7-nin də müddətinin bitdiyinə inanır. Bu baxımdan zirvə görüşünün olduqca gərgin olacağı gözlənilir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Dövlət strukturlarına Rusiyanın kəşfiyyat orqanlarına bağlı adamları Ramiz Mehdiyev yerləşdirib”

Keçmiş komsomol həmkarı Ramiz Mehdiyevi canlı debata dəvət etdi: "Cüzi də olsa, cəsarət..."

"Nərmin 4 aylıq hamilə olub, qətli buna görə törədiblər" - Sensasiya

15 İyul çevrilişini hazırlayan proseslər: Fəthullah Güləni zirvəyə çıxaran kim idi?..

Oğlunu Həzrəti Əli ilə müqayisə edən Siyavuş Novruzova cavab

Azərbaycanda külli miqdarda rüşvət alan orkestrin bədii rəhbəri həbs edildi

Daha iki rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq

“Elmar Məmmədyarov təmiz ailədən çıxıb" - Qohumu

Deputat İcra başçısının tələbinə etiraz etdi: "Qeyri-qanunidir"- Video

Oqtay Gülalıyevin oğlundan sensasion açıqlamalar

Həbs edilən orkestr rəhbərinin evindən nələr tapıldı? - Əməliyyat videosu

loading...

Ən çox oxunanalar