Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəmkirdə oğluna toy etmək istəyən ata həbs olundu, qonaqlar cərimələndi 

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində zəruri tədbirləri davam etdirir...

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan yerli bürosuna verilən məlumata görə, iyunun 29-da Şəmkir rayon Xuluf kənd sakini Əkbər Qəribov Rayon Polis Şöbəsinə müraciət edərək, azyaşlı övladı üçün kiçik toy məclisi keçirmək istədiyini bildirib.

Həmin vaxt vətəndaşa Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilmiş karantin qaydalarına ciddi riayət olunması bir daha izah olunmaqla, bu cür hüquqazidd əməllər törətməməsi barədə ciddi xəbərdarlıq edilib.

Lakin buna baxmayaraq, Əkbər Qəribov yaşadığı Xuluf kəndindəki evinin həyətində övladı üçün kiçik toy məclisi təşkil etməyə cəhd edib. Şəmkir RPŞ-nin əməkdaşları dərhal vətəndaşın evinə gələrək məclisin başlanmasını dayandırıb, oradakı iştirakçılar RPŞ-yə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 100 manat həddində cərimə edilib.

Məclisin təşkilatçısı, polisin qanuni tələbinə qəsdən tabe olmayan Əkbər Qəribov barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə müvafiq protokol tərtib olunaraq, məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilib.

pia.az


Etiket: toy


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar