Cümə axşamı, 09 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Aİ COVID-19-la mübarizədə yardımın digər hissəsini də Azərbaycana göndərəcək

“Şərq Tərəfdaşlığı” Avropa İttifaqı (Aİ) və tərəfdaş ölkələrə prioritetlərlə bağlı çevik əlaqələr qurmağı təklif edən bir formatdır”...

Bunu Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas “Post-pandemiya: KOB-ların fəaliyyətinin bərpasına dəstək” mövzusunda onlayn konfransda çıxışı zamanı deyib.

“Bildiyiniz kimi, ötən il Azərbaycanın da üzv olduğu “Şərq Tərəfdaşlığı”nın 10 illiyi qeyd edilib. Təxminən 10 gün öncə isə “Şərq Tərəfdaşlığı” ölkələri liderlərinin videokonfransı baş tutdu. Virtual formatda keçirilən bu görüşdə Aİ və tərəfdaş altı ölkənin liderləri bir daha əməkdaşlığı və tərəfdaşlığı canlandırmağa və gücləndirməyə davam edəcəklərinə söz verdilər”, - deyə K. Yankauskas bildirib.

Aİ və Azərbaycan arasında ticarət əlaqələrinə toxunan Aİ səfiri qeyd edib ki, təşkilat və Azərbaycan arasında ticarət dövriyyəsi 55% artıb və bu, yaxşı rəqəmdir.

Onun sözlərinə görə, COVID-19 pandemiyası göstərdi ki, Aİ qlobal oyunçu kimi böhranın təsirinə məruz qalan ölkələrə, xüsusilə də Aİ-nin qonşuluğunda olan ölkələrə dəstək verə bilər: “İndi tərəfdaş ölkələri dinlədiyimiz bir zamandır. Biz onların bu tərəfdaşlıqdan nə gözlədiyini öyrənirik. Bildiyiniz kimi Aİ-nin yeni tərkibi, yeni Komissiya formalaşıb və biz öz tərəfimizdən prioritet 5 sahəni müəyyənləşdirmişik və bununla bağlı tərəfdaş ölkələrdən də dəstək almışıq. Prioritet sahələr arasında ilk olaraq iqtisadiyyat - yeni iş yerlərinin yaradılması, bununla da gəncliyə, qadınlara dəstəyin verilməsi yer alır. İkinci olaraq yaxşı idarəçiliyi vurğulamalıyam. Bunsuz iqtisadiyyat çiçəklənə bilməz. Üçüncü olaraq əlaqəlilik və digital inkişaf və transformasiya, dördüncü olaraq iqlim dəyişikliyi və yaşıl iqtisadiyyat, sonuncu prioritetimiz isə hər bir vətəndaşın bu tərəfdaşlıqdan nəzərəçarpan nəticələri hiss etməsi və əldə etməsidir”.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri vurğulayıb ki, tərəfdaş ölkələrin liderləri gələn ilin martında Brüsseldə sadalanan prioritetləri müzakirə edəcəklər: “Avropa İttifaqı COVID-19 böhranı ilə əlaqədar öz dəstək paketini təqdim edib. Bu dəstəyin ilk mərhələsində ən vacib səhiyyə ehtiyaclarının təmin edilməsi nəzərdə tutulub. Artıq yardımı daşıyan ilk təyyarə Azərbaycana gəlib və yardımın digər hissəsi də gələcək. Təbii ki, sosial-iqtisadi dəstəyin verilməsi də diqqət mərkəzindədir. Aİ Həmrəylik Fondu vasitəsilə "Şərq Tərəfdaşlığı" ölkələrinə 800 milyon avro dəstək ayırıb”.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Dövlət strukturlarına Rusiyanın kəşfiyyat orqanlarına bağlı adamları Ramiz Mehdiyev yerləşdirib”

Keçmiş komsomol həmkarı Ramiz Mehdiyevi canlı debata dəvət etdi: "Cüzi də olsa, cəsarət..."

"Nərmin 4 aylıq hamilə olub, qətli buna görə törədiblər" - Sensasiya

15 İyul çevrilişini hazırlayan proseslər: Fəthullah Güləni zirvəyə çıxaran kim idi?..

Oğlunu Həzrəti Əli ilə müqayisə edən Siyavuş Novruzova cavab

Azərbaycanda külli miqdarda rüşvət alan orkestrin bədii rəhbəri həbs edildi

Daha iki rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq

“Elmar Məmmədyarov təmiz ailədən çıxıb" - Qohumu

Deputat İcra başçısının tələbinə etiraz etdi: "Qeyri-qanunidir"- Video

Oqtay Gülalıyevin oğlundan sensasion açıqlamalar

Həbs edilən orkestr rəhbərinin evindən nələr tapıldı? - Əməliyyat videosu

loading...

Ən çox oxunanalar