İtaliyanın “Milan” klubu futbolçusu Hakan Çalhanoğlu ilə bağlı qərarını verib...
PİA.az xəbər verir ki, "Milan" Türkiyə millisinin yarımmüdafiəçisi ilə yeni müqavilə imzalamağı planlaşdırır.
A seriyası təmsilçisi H.Çalhanoğlunu daha 3 il komandada saxlamaq istəyir.
Türkiyə millisinin 26 yaşlı futbolçusunun hazırki müqaviləsi 2021-ci ilin iyununda başa çatacaq. Tərəflər arasında yeni anlaşma rəsmiləşsə, Hakan 2024-cü ilin yayınadək "Milan"da olacaq.
pia.az