Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lideri güclü olan dövlətin,ordusu da güclüdür

"Ali Baş Komandanın bir əmri kifayətdir ki, ordumuz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda müqəddəs mübarizəyə başlasın"...

Hər bir dövlətin varlığı, müqəddəratı onun güclü iqtisadiyyatı və güclü ordusunun olması ilə səciyyələnir. Bu gün təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Milli Ordumuz müstəqilliyimizin, dövlətçiliyimizin qarantıdır. Yeni inkişaf mərhələsinə qədəm qoyan Silahlı Qüvvələrimiz regionun ən güclü ordusu və xalqımızın güvənc yeridir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi tədbirlər bu gün onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən inamla, uğurla davam etdirilir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu prosesi davamlı sürətdə təkmilləşdirilir, hərbi hissələr ən müasir hərbi texnika ilə təchiz olunur, yüksək şəraitə malik hərbi şəhərciklər, döyüş poliqonları yaradılır. Bütün bunların nəticəsidir ki, hazırda torpaqlarımızı düşməndən azad etməyə qadir, yüksək döyüş ruhuna malik ordumuz formalaşıb. Bu, özünü uğurlu aprel döyüşləri zamanı əyani şəkildə təsdiqlədi.

Silahlı Qüvvələrdə aparılan struktur dəyişiklikləri, döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, hissələrin hərb elminin tələblərinə uyğun idarə edilməsi, kadrların saflaşdırılması Azərbaycan ordusunu keyfiyyətcə yeniləşdirib. Azərbaycan ilə NATO arasında sıx və səmərəli əməkdaşlıq yaradılıb. Bu əməkdaşlıq ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına gətirib çıxarıb. Hazırda Silahlı Qüvvələrimizin təhsil sistemində müasir standartlara uyğun yeni proqram tətbiq edilir ki, bu da yüksək hazırlığa malik zabit kadrlarının hazırlanmasına imkan verir.. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.

Ölkəmizdə ordu quruculuğunun yeni mərhələsinin başlandığını elan edən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlət büdcəsindən irihəcmli vəsaitlər məhz ordunun inkişafına, onun təchizatının yüksəlməsinə ayrılır.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Belə ki, prezidentin göstərişi ilə bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulur.
Prezident İlham Əliyevin diqqət mərkəzində olan məsələlərdən biri də zabitlərin məişət problemlərinin həllidir. Belə ki, orduda 20 ildən artıq xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verilir xidmətdə fərqlənən hərbiçilər dövlət tərəfindən mükafatlanırılır və əməkhaqları müntəzəm olaraq qaldırılır.
Bugün Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir. Son bir neçə ildə Azərbaycan Ordusu bir-birinin ardınca elə qələbələrə imza atıb ki, artıq Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyd- şərtsiz azad etməkdən başqa çıxış yolu qalmır. İndi Ermənistan KİV-ləri və sosial şəbəkələri Azərbaycanın güclü ordusu haqqında etiraflarını davamlı olaraq dilə gətirirlər.

Ordumuzun 2016-cı ilin şanlı aprel döyüşlərindən sonra Günnüt zəfəri də ermənilərdə ciddi narahatlıq yaradıb. Bu o deməkdir ki, Azərbaycan cəbhə bölgəsində hədəfinə doğru cəsarətlə irəliləyir. Ali Baş Komandan İlham Əliyev dəfələrlə vurğulayıb ki, düşmənin elə bir hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Hazırki dövrdə Ermənistan xalqı belə dövlətin apardığı siyasətdən, yaşayış şəraitindən narazıdır. Belə ki, əyalətlərdə narazılıqlar pik həddindəir. Aclıq, səfalət içində yaşayan bölgə sakinlərinin işsizlik, sosial-məişət qayğıları, vəziyyəti daha da gərginləşdirib. Ermənistan özünün ən ağır, acınacaqlı günlərini yaşayır. Məmur özbaşınalıqları da sakinlərin səbrini tarıma çəkib. Bunun nəticəsində işğalçı ölkənin kəndləri günü gündən boşalır. yarısından çoxu boşalıb. Ararat bölgəsinin sakinləri etiraz əlaməti olaraq İrəvanda hökumət evi qarşısında izdihamlı nümayiş keçirirlər. Ölkə başçısının da dediyi kimi, ordumuz qısa müddətdə işğal altında olan ərazilərimizi erməni terrorçularından təmizləməyə qadirdir. O günə çox az qalıb və biz tezliklə Dağlıq Qarabağda hərbi paradımızı keçirməyə nail olacağıq.
Prezident İlham Əliyevin ordu quruculuğundakı digər mühüm prinsipial siyasəti ölkənin hərbi sənayesinin yaradılması ilə bağlıdır. Məhz bu amili vaxtında dəyərləndirən Prezident İlham Əliyev müharibə vəziyyətində yaşayan respublikamızın Silahlı Qüvvələrinin maddi-texniki bazasını milli məhsullar hesabına daha da gücləndirmək məqsədilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyini yaratdı. Həmin dövrdən başlayaraq nazirliyin müəssisələrində silah, sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Müdafiə sənayemizin davamlı olaraq böyüməsi ilə ölkəmiz xarici ölkələrin silah-sursat asılılığından azad olur. Bu, müharibə aparan ölkə üçün çox önəmli amildir. Azərbaycan MDB məkanında dörd ölkədən biridir ki, onun müasir tələblərə cavab verən müdafiə sənayesi mövcuddur. Eyni zamanda qürurverici haldır ki, bu gün ölkəmiz ən müasir silahların ixracatçısıdır. Prezident İlham Əliyev iclasların birində bu barədə deyib: "Bu gün biz hərbi texnikanın istehsalı işində uğurla inkişaf edirik. Azərbaycanda mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Hərbi texnikanın, sursatların istehsalı ilə bağlı bizim yeni planlarımız var və biz onları da həyata keçirəcəyik. Bir sözlə, bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti də yüksək səviyyədədir. Bizim ordumuz bunu döyüş meydanında da göstərib və nümayiş etdirib."

Yaxın keçmişə nəzər salsaq görərik ki, 1991- ci il 18 oktyabrda öz müstəqilliyini bərpa etmiş Azərbaycan elə müstəqilliyinin ilk günlərində mürəkkəb sosial-iqtisadi, ictimai-siyasi vəziyyətlə üzləşdi. Bu eyni zamanda özünü ordu sahəsində də göstərdi. Vahid komandanlığın olmaması ucubatından silahlı birləşmələr müxtəlif qrupların əlində cəmlənmişdi. Bunun nəticəsi idi ki, Azərbaycan daxilində qardaş qırğını başlamış, Dağlıq Qarabağda döyüşən əsgərlərin vahid komandanlıqdan idarə edilməməsi 20 faizdən artıq torpaqlarımızın ermənilər tərfindən işğalı ilə nəticələndi. 1993- cü il iyun ayında xalqın tələbi ilə Ulu öndər Heydər Əliyevin yenidən Azərbaycana dönüşü qardaş qırğının qarşısını almaqla yanaşı, mərkəzi komandanlığa bir başa tabe olan ordu quruculuğuna başlanıldı. Ümummilli lider Heydər Əliyev ordu quruculuğuna Naxçıvanda Ali Məclisin sədri olduğu zamanda başlamışdı. Bu ilə qədər isə Qarabağda gedən döyüşlər zamanı çoxlu sayda gənc həyatını itirməklə bərabər, rayonlarımızda işğal olunmuşdu. 1994- cü ildə mayın 12 də atəşkəsin imzalanması ilə ordu quruculuğunda böyük islahatlar aparıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həll edildi. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundu. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordu quruculuğunun müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi. Silahlı Qüvvələrin döyüş hazırlığının səviyyəsi tək hərbi texnika ilə deyil, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılması diqqətdə saxlanıldı. Ümummilli Heydər Əliyevin 70- ci illərdə yaratdığı Cəmşid Naxçıvanski adına hərbi litsey dahi şəxsiyyətin bir daha uzaq görənliyindən xəbər verir. Müstəqil Azərbaycanda ordu quruculuğunda aparılan islahatlar nəticəsində Heydər Əliyevin yaratdığı hərbi məktəbin müdavimləri o illərdə hərbi sahədə müxtəlif vəzifələri icra etməyə başladılar. Çox çətinliklər hesabına SSRİ zamanınada Azərbaycanda qurulmuş hərbi məktəb bu gün öz bəhrəsini verməkdədir. Heydər Əlieyvin ordu quruculuğu zamanı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunları bu gün Azərbaycan ordusunda şərəflə xidmət edirlər. Azərbaycanın hər bir vətəndaşı Azərbaycanın ərazi bütövlüyü və eyni zamanda ona müqəddəs olan atiributlar üçün gözünü qırpmadan öldürməyə, canını əsirgəmədən ölməyə hazır olmalıdır. Ramil Səfərovda Azərbaycan gəncliyinin real bariz nümunəsidir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin öz zabitini əhv etməsi bir daha ümummilli lider Heydər Əliyevin bu sözlərini xatırlamağa imkan verir “Azərbaycanın hər bir vətəndaşı mənim üçün əzizdir amma Azərbaycan əsgəri, zabiti mənə hər bir vətəndaşdan daha əzizdir, daha yaxındır”. Qəhrəmanlıqlar filimlərdə oynanılır. Amma Azərbaycanda real qəhrəmanlığı Mübariz İbrahimovun timsalında görə bilərik. 2010-cu ilə Mübarizin tək başına düşmən üzərinə şığıması düşməni lərzəyə salmışdır. Bu bir daha sübut edir ki, Azərbaycanın bir əsgəri erməninin yüz həttə min əsgərini məhv etməyə qadirdi.

Bildiyimiz kimi, Prezident Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Bu gün hər bir Azərbaycan vətəndaşı dərk edir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc məhz Azərbaycan Ordusudur. Bu bir həqiqətdir ki, Azərbaycan Ordusu bu gün ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadir bir qüvvədir. Ali Baş Komandanın bir əmri kifayətdir ki, ordumuz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda müqəddəs mübarizəyə başlasın. Prezident İlham Əliyev həmin müqəddəs günün uzaqda olmadığının anonsunu verdi.

Biz liderimiz və ordumuzla fəxr edirik!

Bakı şəhəri, Nəsimi rayon sakini
Zeynalov Asif Şirin oğlu.

pia.az

 

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar