Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xaricdə olan tələbələrimizin vəziyyəti ağırlaşa bilər”- İqtisadçı

"Müvafiq qərarlar qəbul etsinlər"...

“Artıq yay sesiyası başa çatdı. Xaricdə təhsilin müxtəlif pillərində oxuyan tələbələrin vətənə qayıtmaq vaxtı yetişdi. Avropanın müxtəlif yerlərindən, Fransadan, Almaniyadan, Macarıstandan, Çex Respublikasından, Polşadan və Türkiyədən aldığım məlumatlara görə, onlarla tələbə Azərbaycan hökümətindən çarter reysləri gözləyirlər. Eyni vəziyyət ABŞ və Canada üçün də xarakterikdir. Vətənə qayıtmaq məcburiyyətində olan tələbələr üçün yaxın zamanlarda çarter reysləri təşkil olunmazsa onlar üçün ağır günlər başlayacaq. Hətta “Bəziləri üçün başlayıb” desəm, daha düzgün olardı”.

PİA.az-ın xəbərinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

Q.İbadoğlu qeyd edib ki, tələbələr üçün yay tətilinə görə təqaüdlər gələn aydan ödənilməyəcək, onlar yaşadıqları mənzilləri və ya yataqxanaları təhvil vermək məcburiyyətindədirlər: “Odur ki, Nazirlər Kabinetinə, Xarici İşlər Nazirliyinə, Təhsil Nazirliyinə, büdcədən 86,9 milyon manat yardım alan AZAL-a müraciət edirəm ki, müvafiq qərarlar qəbul etsinlər, Nyu-Yorkdan, Torontodan, Parisdən, Berlindən, Budapeştdən, Praqadan, Varşavadan, Ankaradan, İzmirdən və İstanbuldan Bakıya çarter reyslər açsınlar. Xatırladım ki, qayıdış prosesi nə qədər gecikdirilərsə, tələbələrimizin vəziyyəti bir o qədər də ağırlaşa bilər. Ona görə də çarter reyslərinin təşkilinə qədər tələbələr Azərbaycanın həmin ölkələrdəki səfirliyi tərəfindən himayəyə götürülməlidir. Eyni zamanda Rusiya və Gürcüstanan da həmyerlilərimizin ölkəyə qayıdışı təşkil edilməlidir”.(Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar