Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fəhlələr nazirdən Prezidentə şikayət etdi - "Körpü-Bina-Tikinti" fəhlələri aldadıb

Azərbaycanda hüquqları pozulan fəhlələr ölkə başçısı İlham Əliyevdən kömək istəyib...

PİA.az xəbər verir ki, Prezidentin sərəncamı ilə tikilən Zərdab-Ucar yolunun tikitisində işləyən şəxslər aldadılıb. Tikintini həyata keçirən "Körpü-Bina-Tikinti" şirkəti bir neçə fəhləni işə götürsə də, müqavilə bağlamayıb.

Şirkət Allahverdiyev Valeh Əliyusif oğlunu, Manafov İlkin Manaf oğlunu,Xəlilov İsrayıl Marif oğlunu aldadaraq əmək müqaviləsi olmadan tikintidə işlədib.Şirkətin Mübariz adlı əməkdaşı sakinlərdən əmək müqaviləsi bağlanması üçün sənədləri istəyib. İşə düzəlmək üçün tələb olunan bütün sənədlər təqdim olunub. İşə başlayan vətəndaşlar müqavilənin bağlanmasının gecikdiyini gördükdə narahatlıq keçirib. "Körpü-Bina-Tikinti" şirkətinin əməkdaşı isə onlara vəd verərək müqavilənin tezliklə bağlanacağını söz verib. 10 aydan sonra fəhlələr heç bir müqavilə bağlanmadan işdən qovulub.

Qeyd olunan məsələ ilə bağlı şəxslər rəsmi şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında fəaliyyət göstərən Əmək Müfəttişliyinə, Vergi İdarəsinə və Baş Prokurorluğa müraciət edib.Buna baxmayaraq heç bir qurumdan fəhlələrin müraciətinə cavab gəlməyib.

Bundan sonra şəxslər ölkə başçısına video müraciət ünvnlayıb. Onlar pozulmuş hüquqlarının bərpası üçün ölkə rəhbərindən kömək istəyib.Onlar bildirib ki, Əmək Müfəttişliyi şikayəti araşdırmır və şirkət bu günə kimi cəzasın almayıb.

Fəhlələr yeganə ümid yerlərinin ölkə başçısı olduğunu bildirib.(Oxu24.com)

Sözügedən videonu təqdim edirik:

pia.az

 


Etiket: İlham Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Ən çox oxunanalar