Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Fransanın yalanını ifşa edib! - Bütün sübutlar NATO-ya təqdim olunub

Türkiyənin müdafiə naziri Hülusi Akar iyunun 25-də bəyan edib ki, Ankara videomateriaaların və radiolokasiya çəkilişlərinin köməyi ilə sübut edib ki, onun gəmiləri Aralıq dənizində Fransa rəsmilərinin iddia etdiy kimi, hər-hansı qeyri-qanuni fəaliyyətlə məşğul olmayıb. Bu barədə cümə günü “Hurriyet Daily News” nəşri xəbər verib...

Kayseri əyalətində keçirilən mərasimdə hərbi idarənin başçısı qeyd edib ki, Türkiyə “bütün sübutları NATO-nun hərbi və siyasi rəhbərliyi ilə bölüşüb”.

Xəbər verildiyi kimi, iyunun 17-də Fransa Müdafiə Nazirliyi bəyan edib ki, Aralıq dənizində onun NATO missiyasını həyata keçirən gəmisi Türkiyə tərəfdən “aqressiv davranışa” məruz qalıb. Ankara bu ittihamı rədd edib.

Bunun ardınca Paris Şimali Atlantika blokunu “straus siyasətinə” son qoymağa və “Türkiyə problemi”ni həll etməyə çağırıb.

İyunun 18-də NATO-nun Baş katbi Yens Stoltenberq dəniz insidentinin araşdırılmasına başlandığını elan edib.

“Biz, təsdiqləyə bilmərik ki, NATO-nun Türkiyə prolemi yoxdur. Problem var - bu barədə danışmaq və onu həll etmək lazımdır” - deyə, “Röyter” agentliyi Fransa Müdafiə Nazirliyindəki mənbədən sitat gətirib.

Xatırladaq ki, Liviya münaqişəsində Türkiyə Faiz Səracın başçılıq etdiyi Milli Razılıq Hökumətini (MRH) dəstəkləyir. BMT tərəfindən tanınmış bu hökumət qiyamçı Xəlifə Həftarın komandnlıq etdiyi qeyri-qanuni silahlı qruplaşma ilə mübarizə aparır.

Fransa Liviya münaqişəsində neytrallığını bəyan etsə də, gizlində qiyamçılara kömək edir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar