Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda 20 il sonra aşkarlanan skelet müəmması: Qızın ölümü sirr olaraq qalır

Görünür, Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən keçmiş “Dostluq” uşaq düşərgəsi ərazisində qalıqları tapılan qızın ölüm səbəbi müstəntiqlər və kriminalistlər üçün sirr olaraq qalacaq...

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Xatırladaq ki, alt çənə, qabırğa və digər insan sümüklərindən ibarət qalıqlar mayın 7-də axşam saatlarında hazırda məcburi köçkünlərin yaşadığı düşərgənin ərazisində tapılıb. Əraziyə gələn kriminalistlər və istintaq-əməliyyat qrupunun üzvləri tapılan sümüklərin digər hissələrini də aşkar edərək üzə çıxarıblar.

İlkin araşdırma zamanı məlum olub ki, aşkar edilən sümüklər qız uşağına məxsusdur.

Ekspertizanın nəticəsinə əsasən, cəsəd azı 20 il əvvəl gizli şəkildə dəfn olunub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusi avadanlıqlardan istifadə edərək, ərazidə başqa qəbirlərinin olub-olmaması ilə bağlı araşdırma aparsalar da, heç nə tapmayıblar.

İstintaq kriminalistlərin tapdığı polietilen paketin qızın cəsədini bükmək üçün istifadə edildiyi qənaətinə gəlib.

Qeyd olunan faktlardan belə nəticə çıxarmaq olar ki, kimsə qızın ölümünü qəsdən gizlətməyə çalışıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinə başlanılıb.

Ekspertlər müəyyən edib ki, qızın ayaqlarından biri ikincisindən daha qısa olub. Bununla əlaqədar, onun əlillik müavinəti aldığı ilə bağlı yeni bir versiya ortaya çıxıb. Qızın qohumları isə dövlətdən müavinət almaq naminə ölüm faktını gizlətmək qərarına gəliblər. Qızın ölüm səbəbi hələ də müəyyən edilməyib.

Qalıqların tapılmasından 50 gün keçir. İstintaq 1990-cı ildən etibarən rayon ərazisində yaşayan sakinlərin sənədlərini araşdırsa da, şübhəli məqama rast gəlməyib. Görünür, hər gizlini aşkar etmək mümkün olmur.

pia.az


Etiket: qətl sklet


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar