Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş Nazir Əli Əsədov xüsusi karantin rejimi ilə bağlı yeni qərar imzaladı

Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb...

Baş Nazir Əli Əsədov “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

PİA.az-ın xəbərinə görə, qərada deyilir:

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri- yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1.6-cı bəndin birinci cümləsində “göndərməlidirlər” sözü “göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər” sözləri ilə əvəz edilsin və həmin cümləyə “məlumatlar” sözündən sonra “və “E-Təbib” mobil tətbiqindən istifadə” sözləri əlavəedilsin.
2.Aşağıdakı məzmunda 1.7-1-ci bənd əlavəedilsin:
2

“1.7-1. “E-Təbib” mobil tətbiqində icazələrin alınması aşağıdakı

qaydada həyata keçirilir:

1.7-1.1.tətbiqetməyə daxil olan zaman mobil nömrə daxil edilir və ya müvafiq sosial şəbəkə hesabı ilə giriş edilir;

1.7-1.2. mobil nömrə daxil edilərkən, həmin nömrəyə geri gələn “OTP” kodu daxiledilir;

1.7-1.3. giriş etdikdən sonra “lisenziya razılaşma” bölməsinə daxil olunur, razılaşdıqdan sonra “təsdiq edirəm” düyməsi sıxılır;

1.7-1.4. “Bluetooth” və “GPS” sistemi işlək vəziyyətə gətirilir:

1.açılan əsas səhifədə “icazələr” bölməsinə keçdedilir;
2.tələb olunan “FİN” kodu və doğum tarixi daxiledilir;
3.icazənin növü seçilir (1 və ya2);
4.“Göndər” düyməsisıxılır;
1.7-1.5. “Təsdiq” və ya “İmtina” mesajı gələnə kimi gözləmə mesajı ekranda görünür;

1.7-1.6. “Təsdiq” mesajı gəldikdən sonra icazə alınmış sayılır.”.

3.1.8-ci bəndin birinci cümləsinə “SMS-məlumatda” sözlə- rindən sonra “və ya E-Təbib” mobil tətbiqində” sözləri əlavəedilsin.
4.1.9-cu bəndin birinci cümləsinə “göndərilməsi” sözündən sonra “və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə icazənin alınması” sözləri və ikinci cümləsinə “göndərilmədən” sözündən sonra “və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə icazə almadan” sözləri əlavə edilsin.
5.1.10-cu bənddə “və SMS göndərilməsi” sözləri “, SMS göndərilməsi və “E-Təbib” mobil tətbiqindən istifadə” sözləri ilə əvəz edilsin.
6.4-cü hissəyə “SMS sistemi” sözlərindən sonra “və ya “E-Təbib” mobil tətbiqi” sözləri əlavəedilsin.
7.6-cı hissə aşağıdakı redaksiyada verilsin: “6. Müəyyən edilsinki:
6.1.Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində bu Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12-ci, 4.14-cü, 4.15-ci, 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6-cı, 6.2-ci, 6.3-cü, 6.4-cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır;
6.2.bu Qərarın 6.1-ci bəndində nəzərdə tutulan iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən dən çoxolmamalıdır;
3

6.3.“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsinisaxlayır.”.

pia.az


Etiket: Əli Əsədov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar