Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ankara Fransadan gələn Liviya təhdidlərinə necə cavab verəcək?..

Türkiyənin Liviyada təhlükəli bir oyun oynadığını və bunun Berlin konfransında verdiyi vədlərə zidd olduğunu qeyd edən Makron, baş verən hadisələrin NATO-nun “beyin ölümü”nün bir sübutu olduğunu bildirib...

Mehmet Acet

“Yeni Şafak” qəzeti, Türkiyə, 24 iyun 2020-ci il

Siirt Liviyanın keçmiş lideri Qəddafinin vətəni olmaqla yanaşı, həm də ölkənin ən əhəmiyyətli liman şəhəridir. Çünki Aralıq dənizinin qərbinə açılan, strateji dəyəri yüksək bir nöqtədir.

Digər tərəfdən Cufra da böyük bir hərbi bazaya sahib olduğu üçün “üstündə dava etməyə dəyən” bir bölgə hesab olunur.

Liviyadakı müharibədə növbəti mübarizə bu iki bölgədə cəmləşəcəyi üçün, indi bütün diqqətlər Sirt və Cufraya yönəlib. Həftar və onun arxasındakı qüvvələr isə Sirt və Cufranın onlar üçün nə qədər vacib olduğunu çoxdan ortaya qoyublar.

Misirin təxribatçı lideri Sisi bu bölgələrin ölkəsi üçün qırmızı xəttin olduğunu deyərək, kritik anda müdaxilə edəcəyini açıq-aşkar bildirib.

Rusiyadan gələn açıqlamalara nəzər yetirsək, görərik ki, onlar da müharibəni daha yüksək səviyyəyə qaldırmadan əvvəl bu nöqtədə atəşkəs olmasını tələb edirlər.

Məzmununda “təhdid” elementləri olsa da, Həftar və onun arxasında dayanan qüvvələrin hazırkı mövqeyinin “müdafiə vəziyyəti” olduğunu qeyd etməliyik. Bir növ MHH-ya Milli Həmrəylik Hökuməti ) “daha çox irəliləməyin”, deyilir.

Əlbəttə ki, bu çağırışların, əslində Haftarın gücünün bərpa olunmasından sonra yenidən hərəkətə keçmək məqsədi daşıdığı hamımıza məlumdur.

Digər tərəfdən, Türkiyənin dəstəklədiyi Sərrac hökumətindən asılı olan qüvvələrin, bu çağırışlara və ya təhdidlərə boyun əymədən yola davam etmək istədikləri aydın şəkildə görünür. “Burada qalmayacağıq”, mənasına gələn bir çox açıqlamalar da verilib.

Ankara Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan Milli Həmrəylik Hökumətinin bu mövqeyini dəstəkləməkdə davam edir. Dünən bu məsələ ilə bağlı müəyyən dairələrdən də eyni cavabı aldıq.

Ankara 2015-ci ildəki sərhədlərə dönmək mənasına gələn Sirt və Cufranın alınması ilə bağlı Liviya hökumətinin ortaya qoyduğu mövqeyə tam dəstək verməkdə davam edir. Bu mənada, Misirdən, Rusiyadan və Fransadan, yəni Haftarın arxasında dayanan qüvvələrdən gələn atəşkəs çağırışlarına da dünənkindən daha fərqli bir cavab verilmir.

Bir neçə gün əvvəl Fransa prezidenti Emmanuel Makron Türkiyəni hədəf alan bir sıra açıqlamalar verib. Türkiyənin Liviyada təhlükəli bir oyun oynadığını və bunun Berlin konfransında verdiyi vədlərə zidd olduğunu qeyd edən Makron, Aralıq dənizinin Liviya sahillərində türk və fransız gəmiləri arasında baş verən hadisələrin NATO-nun “beyin ölümü”nün bir sübutu olduğunu bildirib.

Əlbəttə, Makronun bu sözləri Ankarada nəzərə alınıb. Ancaq qeyd etməliyik ki, Fransanın adından deyilən bu “təhdidvari” sözlərə görə geri addım atılmaya bilər.

Deyilən fikirlərdən birini diqqətinizə çatdırırıq:

“Makron ilk düyməni səhv bağladı, səhv atla oynadı və ona görə, indi belə əziyyət çəkir”.

“Pəncə-Qartal” əməliyyatı: 40 ildir toxunulmayan yerlərə əl uzadırlar

Bilənlər bilir ki, 2007-ci ilin sonlarında Şimali İraqda təntənəli bir sərhəd əməliyyatı başladılmışdı. Eyni günlərdə dönəmin Baş Qərargah rəisi Yaşar Büyükanıt televiziyada yayımlanan bir proqramdan ilhamlanaraq uğursuz bir açıqlama vermişdi: “PKK-nın oradakı düşərgələri və həmlələri BBG evi (Biri Bizi İzləyir) kimidir. Əsas odur ki, gedib vurmaq imkanı təmin edilsin. Oraları artıq əlimizin, ovcumuzun içi kimi bilirik”.

Bu bəyanat üçün “uğursuz” deyirik, çünki həyata keçirilən əməliyyatda əsgərlər sərhəddən yalnız bir neçə kilometr kənara çıxmış və sonra geri qayıtmışdılar.

Bu günlərdə davam edən “Pəncə-Qartal” əməliyyatı barədə müəyyən məlumatlar əldə etdikdən sonra bu hekayəni xatırladıq. Hələlik bir cümləni qeyd edək:

“40 ildir toxunulmayan yerlərə əl uzadılır”.

Son 13 ilin sonunda Türkiyənin və Silahlı Qüvvələrin texnoloji potensialının inkişaf etdirilməsi nəticəsində o bölgələr sözün əsl mənasında BBG evinə çevrilib. Ancaq, bəlkə, bundan daha qiymətli bir şey var ki, o da dövlətin, hökumətin və qurumların keçmişdə heç bir nümunəsi olmayan şəkildə ortaq bir motivasiya və sinxronizasiya ilə işləməsidir.

Dinlədiyimiz müvafiq dairələrdə də maraqlı fikirlər səsləndirilir: “Əvvəllər kanallar arasındakı əlaqə güclü deyildi. Bağın suvarılması üçün kanala verdiyiniz su tualetə gedirdi. İndi isə artıq bu əlaqələr düzgün şəkildə işləyir”.

Bu bənzətmə bir çox suallara cavab verir, elə deyilmi?..

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar