Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident Samuxda məcburi köçkünlər üçün tikilən yaşayış məhəlləsi ilə tanış olub - Yenilənib

İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Samux rayonunun ərazisində məcburi köçkün ailələri üçün inşa edilən yaşayış məhəlləsinin tikintisi ilə tanış olub...

İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Samux rayonunun ərazisində məcburi köçkün ailələri üçün inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış olub.

PİA.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Samux rayonunda 459 ailədən ibarət 1603 nəfər məskunlaşıb. Onların da böyük hissəsi Kəlbəcər rayonundan olan məcburi köçkünlərdi. İnşasına bu ildən başlanan və hazırda tikintisi davam edən kompleksə rayon ərazisində daha ağır şəraitdə yaşayan məcburi köçkün ailələri köçürüləcək. Kompleksə hər biri dördmərtəbəli olmaqla 9 yaşayış binası daxildir. Hər bir mənzilin tam təmirli vəziyyətdə məcburi köçkünlərə təhvil verilməsi nəzərdə tutulub. Hazırda ərazidə infrastrukturun qurulması ilə bağlı intensiv iş gedir. Buraya elektrik verilişinin təmin olunması, su təchizatının qurulması, qaz xətlərinin çəkilməsi daxildir.

Qeyd edək ki, dörd hektar sahəni əhatə edən yaşayış kompleksinə 144 şagird yerlik tam orta məktəb, 50 uşaq yerlik körpələr evi-uşaq bağçası, inzibati bina, tibb məntəqəsi və klub-icma mərkəzi daxildir. Ərazi tam abadlaşdırılacaq və yaşıllaşdırma işləri həyata keçiriləcək.

Xatırladaq ki, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən siyasət nəticəsində indiyədək 300 mindən çox insanın mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Dövlət büdcəsinin və Dövlət Neft Fondunun vəsaitləri hesabına indiyədək ölkədə 100-dən çox qəsəbə və hündürmərtəbəli binalardan ibarət yaşayış massivləri salınıb.

***

PİA.az xəbər verir ki, dövlət başçısına görülən işlər barədə məlumat verilib.(Report)

pia.az

 


Etiket: İlham Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar