Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin MDB ölkələrinə qarşı ərazi iddiası... - Moskva Azərbaycandan da ərazi istəyə bilər?     

Rusiya lideri SSRİ yaradıldığı zaman bir çox ölkələr Rusiyadan torplaqlar aldığını bildirib. Bu torpaqları Putin “ənənəvi tarixi rus torpaqları" adlandırıb...

 

 

Politoloq: “Rusiya Azərbaycana qarşı qətiyyən ərazi iddiası qaldıra bilməz”.

“Əgər tarixi faktlar araşdırılıb üzə çıxarılarsa, məlum olacaq ki, Rusiyanın kiməsə qarşı ərazi iddiası ola bilməz və işğalçı tərəf olaraq Rusiya hər kəsə borclu çıxar”.

Bu sözləri politoloq Qabil Hüseynli Putinin keçmiş SSRİ-nin tərkibindən ayrılan ölkələrə qarşı ərazi iddiası irəli sürməsini PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya prezisenti Vladimir Putin keçmiş SSRİ-nin tərkibindən ayrılan ölkələrə qarşı ərazi iddiası irəli sürüb. Rusiya lideri bildirib ki, SSRİ yaradıldığı zaman bir çox ölkələr Rusiyadan torplaqlar alıb. Bu torpaqları Putin “ənənəvi tarixi rus torpaqları" adlandırıb. Rusiya prezidenti qeyd edib ki, həmin ölkələr SSRİ-nin tərkibindən çıxanda həmin torpaqlarıçda öz ərazilərində saxlayıblar.

Putin söhbətin hansı ölkələrdən və hansı ərazilərdən getidiyini açıqlamayıb. Lakin qeyd edb ki, SSRİ yaradıldığı zaman onun tərkibindən çıxmaqla bağlı müqavilədə bənd olub, ancaq bunun proseduru müəyyən edilməyib.

Eksertlər Putinin bu fikrini Konstitusiya dəyişikliyinə dair səsvermə ərəfəsində ictimaiyyətə hesablanmış çıxış hsab edirlər. Putin bununla öz seçicilərinə SSRİ-nin bəroa edilə biləcəyinə işarə etməklə yanaşı, rusların bətənpərvırlik duyğularından yararlanmağa çalışıb.

Bu və ya digər şəkildə Moskva Azərbaycana qarşı torpaq iddiası qaldıra bilərmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynliyə müraciət edib.

Qabil Hüseynli: Sovet dövründə öz tarixi torpaqlarını itirən yeganə xalq Azərbaycan xalqıdır”.

Rusiyanın bir sıra xalqların tarixi torpaqlarını mənimsəyib, öz ərazisinə daxil etdiyini xatırladan politoloq PİA.az-a açıqlamasında bildirib ki, Rusiyaya qarşı Gürcüstanın, Ukraynanın, Qazaxıstanın və yaxın dost olan Belarusiyanın da ərazi iddiaları var:

Rusiya Azərbaycana qarşı qətiyyən ərazi iddiası qaldıra bilməz. Rusiya özü bir sıra xalqların tarixi torpaqlarını mənimsəyib, öz ərazisinə daxil edib. Rusiyaya qarşı Gürcüstanın, Ukraynanın, Qazaxıstanın və yaxın dost olan Belarusiyanın da ərazi iddiaları var.

Sovet dövründə öz tarixi torpaqlarını itirən yeganə xalq isə Azərbaycan xalqıdır. Bu torpaqlar, həm çar imperiyası dövründə, həm də sovet imperiyası dövründə Azərbaycandan alınaraq Ermənistan adlı qondarama dövlətin sərəncamına verilib. Bu proses sovet imperiyası dağılana qədər davam edən proses olub. Nəticədə də biz vaxtilə tarixi türk torpaqları olan ərazilərimizi itirdik. Bunlara misal olaraq Göyçəni, Zəngəzuru, Vedibasarı, Albaba mahalını, Dağ Borçalını göstərmək olar.

Qabil Hüseynli: “Bu məsələni qaldırmaq Rusiyaya xeyli ziyan gətirə bilər”.

İndi isə həmin torpaqlardan Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon işğal altındadır. Yalnız bunlardan danışmaq olar.

Əgər tarixi faktlar araşdırılıb üzə çıxarılarsa, məlum olacaq ki, Rusiyanın kiməsə qarşı ərazi iddiası ola bilməz və işğalçı tərəf olaraq Rusiya hər kəsə borclu çıxar . Buna görə də bu məsələni qaldırmaq Rusiyaya xeyli ziyan gətirə bilər”.

Nərminə UMUDLU

pia.az


Etiket: Ərazi iddiası


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar