Bu səlahiyyət TƏBİB-dən alınıb Səhiyyə Nazirliyinə verildi...
Azərbaycanda koronavirusla işləyən xəstəxanaların hamısı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nəzdindən çıxaraq Səhiyyə Nazirliyinə keçib.
PİA.az xəbər verir ki, bu barədə Demokrat.az-a səhiyyəyə bağlı mötəbər mənbədən məlumat daxil olub.
Məlumata görə, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi vəzifəsindən çıxarılan Rauf Nağıyev yenidən vəzifəsinə qaytarılıb.
pia.az