Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Deputat da insandır...” – Siyavuş Novruzov koronavirusa yoluxub?  

Milli Məclisin deputatları arasında COVID-19 infeksiyasına yoluxanların sayının artdığı barədə xəbərlər yayılıb...

Sosial şəbəkələrdə yayılan həmin xəbərlərdə xəstəliyə yoluxan deputatlar arasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzovun da adı çəkilir. Buna səbəb kimi, Siyavuş Novruzovun parlamentin sonuncu iclasına qatılmaması göstərilir.

Siyavuş Novruzov parlamentin 19 iyundakı iclasına qatılmamasının səbəbini açıqlayıb: “Keçən iclasa qatılmamağımın səbəbi vardı. Yeni Azərbaycan Partiyasının müşavirəsi keçirildiyindən hörmətli sədr Sahibə Qafarovadan icazə almışdım. Öncədən planlaşdırmışdıq ki, deputat Kamran Bayramov qanun layihəsini sessiyanın iclasına təqdim edəcək. Bir həftə öncədən deputat Kamran Bayramova bu işi həvalə etmişdik. O, qanun layihəsini həm komitədə razılaşdırdı, həm də plenar iclasa təqdim etdi”.

YAP icra katibinin müavini xəstəliyə yoluxanlar üzərində şou düzəldənlərə də səslənib: “İstənilən şəxs bu virusla qarşılaşa bilər. Kimsə bu virusdan sığortalanmayıb. Böyük Britaniyanın, Rusiyanın, Kanadanın Baş nazirləri koronavirusa yoluxub. İranda parlamet sədrinin müavinləri, deputatlar dünyasını dəyişib. Bu xəstəlik insanları peşəyə bölmür ki! Baxmır ki sən müəllimsən, həkimsən, fəhləsən, deputatsan, fərq etməz! Bizdə qəribə ənənə yaranıb. İnsan övladı xəstələnə də bilər, əməliyyat da oluna bilər, avtomobil qəzasına da düşə bilər. Burada nə var ki?! Xəstəlikdən şou düzəltmək yersizdir. Əgər hansısa deputatda koronavirus aşkarlansa, bunu şouya çevirmək olmaz axı... Allah hər kəsə şəfa versin. Bu qədər insanlar virusa yoluxur, dünyasını dəyişir... Deputat da insandır”.(Modern.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar