Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni “Soyuq Müharibə”: “Amerikanın Səsi”ndə maraqlı dəyişikliklər baş verir...

Şərhlərə baxdıqda görünür ki, “Amerikanın Səsi” ABŞ-la Çin arasında olacaq Yeni Soyuq Müharibəyə hazırlaşır...

Abdullah Muradoğlu

“Yeni Şafak” qəzeti, Türkiyə, 23 iyun 2020-ci il

ABŞ dünyanın ən böyük savaş sisteminə sahibdir. Qlobal müdafiə xərclərinə görə də yenə ABŞ birinci yerdədir. ABŞ-ın müdafiə xərcləri ən yaxın rəqibləri olan Çindən 3 dəfə, Rusiyadan isə 16 dəfə yüksəkdir. Ancaq yeni növ koronavirusun (Covid-19) yayılması ilə ABŞ-ın daxili sisteminin necə çürük olduğu ortaya çıxıb. Dünyanın super gücü hesab edilən bu ölkənin vətəndaşlarının iqtisadi və sağlamlıq problemlərini həll etmək məsələsində yetərsiz qalması diqqət çəkir.

Əslində, 1940-cı illərin sonları ilə Sovet İttifaqının dağıldığı 1990-cı illərin əvvəllərinə qədərki dövrə damğa vuran “Soyuq Müharibə” ABŞ-ın zəif tərəflərini örtürdü. Lakin Sovet İttifaqının sonuncu prezidenti Mixail Qorbaçov rinqi tərk etdikdən sonra “Soyuq Müharibə” örtüyünün yox olması ilə ABŞ-ın zəif tərəfləri getdikcə daha çox görünməyə başladı. Covid-19 təkcə bu zəif cəhətləri üzə çıxarmadı, həm də “Amerika Əsri”nin konkret şəkildə sona çatdığını bizə göstərdi.

2016-cı ildə “Amerika yenidən böyük olacaq”, şüarı ilə səhnəyə çıxan Donald Trampın fikrincə, Amerikanın zəifləməsinin səbəbi qlobal iqtisadi sistemin içinə “Troya atı” kimi yerləşmiş Çindir. Trampa hörə dövrün amerikalı liderləri qalanı içəridən fəth etmək istəyən Çinin yavaş, lakin qətiyyətlə böyüməsinə icazə veriblər. Amerika biznesinin Çinə köçməsi nəticəsində də ABŞ-da işsizlik artıb. Trampın yanaşmasına görə, gəlir və sərvət bölgüsündəki gözə çarpan bərabərsizliyin səbəbi də Çindir. Eyni zamanda Tramp hesab edir ki, ABŞ-ın “Soyuq Müharibə” dövründən miras aldığı çoxtərəfli müqavilələr də olduqca zərərlidir. Demək olar, bütün problemlərin arxasında Çinin olduğunu irəli sürən bu təbliğat Tramp Administrasiyası tərəfindən ən yüksək səviyyədə qəbul edilir. Digər tərəfdən, Çinin təhlükə kimi göstərilməsi, həm də müdafiə xərclərinin artmasına səbəb olub.

Çin və ABŞ arasındakı artan gərginlik “Yeni Soyuq Müharibə” kimi şərh olunur. “Yeni Soyuq Müharibə” qlobal sistemin struktur böhranlarını gizlədən bir örtük kimi inşa edilir. Noyabr seçkilərində Demokratlar qalib gəlsə belə, ABŞ-la Çin arasındakı əlaqənin bərpa edilməsi çox çətin məsələdir. Əgər ABŞ və Çin arasında baş verən hər şey “Yeni Soyuq Müharibə” ilə bağlıdırsa, o zaman bu müharibənin yeni ideoloji, hərbi, siyasi və mədəni cinahları da ortaya qoyulacaq.

“Köhnə Soyuq Müharibə”nin ideoloji təbliğat cihazlarından biri 50-yə yaxın dildə yayımlanan “Amerikanın Səsi” (VOA) adlı radio şəbəkəsi idi. “Azad Avropa Radiosu” ilə “Azad Asiya Radiosu”nun da daxil olduğu xəbər şəbəkələri “Qlobal Media Agentliyi”nin (USAGM) çətiri altında fəaliyyət göstərir. Büdcəsi ildə 600 milyon dollardan çox olan bu agentliyin prezidenti Senatın razılığı ilə seçilir.

Tramp bir müddətdir ki, “Amerikanın Səsi”nı çox sərt şəkildə tənqid edir. Tramp Covid-19 pandemiyası ilə əlaqəli xəbərlərə istinad edərək bu yayım quruluşunu da Çin təbliğatı üçün bir vasitə olmaqda günahlandırıb. Trampçılar düşünür ki, VOA amerikalıların vergiləri ilə Çin təbliğatı aparır. Bu tənqidlərdən isə nelə başa düşülür ki, qurumun yayım siyasəti kökündən dəyişəcək.

Bu ayın əvvəlində ABŞ Senatı Trampın “Qlobal Media Agentliyi”nin rəhbərliyi üçün təklif etdiyi Maykl Pakı təsdiqləyib.

Respublikaçıların səsləri ilə seçilən Pak Ağ Evin keçmiş Baş strateqi Stiv Bennon ilə olan yaxınlığı ilə tanınır. Çin əleyhinə “qırğılar” arasında olan Bennon, eyni zamanda, Amerikanın yeni radikal sağının nəşr platforması olan “Breitbart News”ın keçmiş direktoru idi. Digər tərəfdən, Tramp dövründə Ağ Evin Hökumət Etikası İdarəsindən istefa edən Uolter Şaubun sözlərinə görə, Pakın təyinatı agentliyin “Breitbart”laşdırılması demək idi.

Pak işə başladıqdan sonra VOA-nın yüksək vəzifəli 2 rəhbəri istefa verib. Pak, həmçinin, “Yaxın Şərq Yayım Şəbəkələri”, “Azad Asiya Radiosu” və “Azad Avropa Radiosu”nun rəhbərlərini işdən azad edib. Şayiələrə görə, VOA-nın rəhbəri olaraq Stiv Bennonun müttəfiqi Qorka təyin ediləcək. Şərhlərə baxdıqda görünür ki, VOA ABŞ-la Çin arasında olacaq “Yeni Soyuq Müharibə”yə hazırlaşır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar