Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ münaqişəsinin həllində BMT hansı rol oynaya bilər?

Münaqişənin həllinin ATƏT səviyyəsindən BMT səviyyəsinə keçirilməsi Azərbaycanın maraqlarına nə qədər cavab verir?..

Politoloq: “Dünyanın ən böyük, ən hegemon ölkələri bu münaqişənin guya həlli üçün vasitəçiliklə məşğuldurlar. Amma bu vasitəçilik heç bir şeyi dəyişməyib və işğal faktoru davam edir”.

“Nəyə görə Azərbaycan hakimiyyəti hələ də masada erməni hakimiyyəti ilə siyasi yolla bu məsələni müzakirə edir?”.

Bu sözləri politoloq Natiq Miri Birləşmiş Millətlər Təşkilatının (BMT) qərargahında, Ermənistan Respublikasının Azərbaycan Respublikasının ərazisini işğal edən təcavüzkar kimi beynəlxalq hüquqi öhdəlikləri haqqında geniş hesabatını PİA.az-a şərh edərkən qeyd edib.

Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının (BMT) qərargahında, Ermənistan Respublikasının Azərbaycan Respublikasının ərazisini işğal edən təcavüzkar kimi beynəlxalq hüquqi öhdəlikləri haqqında geniş hesabat dərc edilib. Hesabatda bildirilir ki, Beynəlxalq hüquq çərçivəsində işğal edilmiş torpaqlar Azərbaycanın olaraq qalır.

Bundan başqa hesabatda qeyd edilib ki, BMT Azərbaycanın xeyrinə bu vaxta qədər 4 qətnamə qəbul edib. Lakin bu qətnamələr kağız üzərində qalıb və yerinə yetirilməyib. Son zamanlar isə BMT-də Qarabağ münaqişəsi ilə bağlı aktivləşmə hiss olunmaqdadır. Bəs münaqişənin həllinin ATƏT səviyyəsindən BMT səviyyəsinə keçirilməsi Azərbaycanın maraqlarına nə qədər cavab verir və münaqişənin BMT səviyyəsində həllinə qarşı qarşı olan hansı beynəlxalq və regional maneələr mövcuddur?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miriyə müraciət edib.

Natiq Miri: “Əvvala ATƏT-in Minsk qrupu hesabat verməlidir ki, münaqişəninin siyasi həll prossesineə niyə 27 il müddətində zərrə qədər irəliləyiş olmayıb?”.

Dağlıq Qarabağ məsələsinin Azərbaycan üçün şərəf məsələsinə çevrildiyini vurğulayan politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, Azərbaycan həqiqitən də öz şərəfini yerdən qaldırmaq üçün işğal altında olan torpaqlarımı düşçən tapdağından azad etməlidirlər. Torpaqların azad olunması isə yalnız və yalnız hərbi əməliyyatlardan keçir:

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-ə bu vasitəçilik mandatını elə BMT-nin özü verib. Buna görə düşünürəm ki, ATƏTBMT-nin mandatı ilə münaqişənin həlli üçün çalışır. Ancaq bu prosedur münaqişənin həlli üçün deyil, həll olmaması üçün çalışır və 27 ildə ATƏT-in Minsk qrupunun ortaya qoyduğu nəticə, ya da nəticəsizlik bunu deməyə əsas verir.

Nədənsə postsovet məkanında olan münaqişələrlə bağlı bu cür formatlar ortalığa qoyulub. Bu formatlar çərçivəsində indiyədək qədər heç bir münaqişə həll olunmayıb. Fikir verin Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin mandat verdiyi ATƏT-in Minsk qrupu fəaliyyət göstərir. Bu yöndə həmsədrlər institutu mövcuddur. Dünyanın ən böyük, ən hegemon ölkələri bu münaqişənin guya həlli üçün vasitəçiliklə məşğuldurlar. Amma bu vasitəçilik heç bir şeyi dəyişməyib və işğal faktoru davam edir.

Bildiyimiz kimi Rusiyanın Ukraynanın Krım əyalətini və cənub-şərqdə yerləşən Donbası müəyyən hissəsini işğal etdiyi üçün burada da dördlü Normand formatı fəaliyyət göstərir. Bu format da liderlər səviyyəsində fəaliyyət göstərməsinə rəğmən indiyə qədər heç bir irəliləyiş əldə olunmayıb.

Bir də regionda başqa münaqişələr mövcuddur. Söhbət Suriyada, eyni zamanda Liviyada bir çox ciddi dağıdıcı münaqişələrdən gedir. Bu münaqişələrdə konkret olaraq beynəlxalq səviyyədə hər hansı bir format mövcud deyil. Məsələn Suriyada beynəlxalq səviyyədə təşkil olunmuş BMT formatı fəaliyyət göatərir. Lakin bu fornmatda ilıərdir Suriyanın yeni konstitutsiyasınln formalaşdırılmasında razılıq əldə edə bilmir. Bundan başqa Astana formatı da var.. Sadəcə olaraq Suriyanın dəvəti ilə Rusiyaİran bu prosesdə iştirak edirlər. Bilavasitə həmin ölkələrin təşəbbüsü ilə sərhəd ölkə oldiğu, eyni zamqnda regionun güclü aktyorlarından biri olması səbıbi ilə Türkiyə Astana prosesinin fəal iştirakçısıdır. Ancaq bu, bütün dünya dövlətlərinin iştirak ilə yaradılmış format deyil.

Natiq Miri: “Ermənistan işğalçı dövlət olaraq prosesin həllinə imkan yaratmırsa, nəyə görə BMT səviyyəsində bu işğalçı tərəfə konkret sanksiyalar tətbiq olunmur?”.

Həmçinin məlumdur ki, Liviyanın infrastrukturu və ərazi bütövlüyü tamamilə dağıdılmış vəziyyətdədir. Burada da konkret beynəlxalq format fəaliyyət göstərmir. Əksinə Liviyanın BMT tərəfindən tanınmış Sərrac hökumətinin bilavasitə dəvəti ilə qardaş Türkiyə müəyyən mənada Liviya hökumətinə dəstək verir. Bu proses də getdikcə Sərrac hökumətinin xeyrinə inkişaf edir.

Düşünürəm ki, yaxın zaman çərçivəsində birmənalı olaraq atəşkəs təmin olunacaq. Ola bilsin ki, bu münaqişə yaxın perspektivdə sülhlə başa çatacaq. Yəni bu ehtimalı güc tətbiq olunandan sonra həllə doğru irəliləməkdədir. Lakin Həftarln da həm Rusiyadan, jəm ərəb dövlətlərindən və İsraildən dəstək aldığına diqqət çəkərsək, bu problemin də həlli güc tətbiq edilsə belə kifayət qədər uzana bilər.

Bütün bu saydıqlarım bir daha nəticə olaraq onu ortaya qoyur ki, nədənsə beynəlxalq formatların olduğu bütün münaqişələrdə heç bir irəliləyiş yoxdur. Həmçinin münaqişələrin həll olunma ehtimalı da özünü azacıq olsa biruzə bermir. Yəni problemlər ölü nöqtədən dayanıb durublar. Demək ki, vəziyyətləri ölü nöqtədən çıxarmaq üçün hansısa təkana ehtiyac var və bu təkan güc tətbiqi olq bilər. Yəni güc tətbiqi beynəlxalq dirmatları silkəyəyəcək vəmprossesləri sülhə aparacaq yeganə yol olaraq görünməkdədir.

Onunda qey edim ki, beynəlxalq formatların olmadığı münaqişələrin həll prossesində irəliləyiş var. Məsələn Suriyanın özündə böyük anlamda müharibə bitmiş vəziyyətdədir. Doğrudur Suriyada da bir çox böyük güclərin maraqları olduğu üçün bu münaqişə həllini tapmayıb. Amma bir daha qeyd edim ki, böyük ölçüdə müharibə dayanıb. Liviyada da artıq hiss olunur ki, sular durulmaqdadır.

Düşünürəm ki, nədənsə postsovet məkanında olan münaqişələrə bu cür formatlar tikilir. Bu da münaqişənin həll olunmasına gətirib çıxarmır. Buna görə də əgər bu formatlar münaqişəsinin həllinə imkan yaratmırsa, Azərbaycan artıq düşünməlidir. Formatlar münaqişəni həll etməyə üçün bir çox suallar yaradır. Artıq Azərbaycan ultimativ şəkildə beynəlxalq strukturlarda, hətta BMT-nin nəznində bu məsələni tam ciddiyyəti ilə qaldırmalıdır bə bu məsələ ətrafında manipulyasiya etmədiyini hər kəsə göstərməlidir..

Bildiyimiz kimi BMT Assambleyasının prezidenti qardaş Türkiyənin nümayəndəsi oldu. Buna görə də məsələni Assambleyada reqlamentə salmaq mümkündür. Məsələ ciddi müzakirə obyektinə çevrilməlidir. Birinci olaraq ATƏT-in Minsk qrupu hesabat verməlidir ki, niyə 27 il müddətində münaqişənin suyasi həll prossesində zərrə qədər irəliləyiş olmayıb? Bunun konkret səbəbləri ortaya qoyulmalıdır. Təbii ki, bu səbəblər də Ermənistanın qeyri-konstruktiv davranışı ilə bağlıdır.

Natiq Miri: “Artıq bundan sonra beynəlxqlq formatlardan birmənalı olaraq imtina etmək lazımdır”.

Eyni zamanda Ermənistan işğalçı dövlət olaraq prosesin həllinə imkan yaratmırsa, nəyə görə BMT səviyyəsində bu işğalçı tərəfə konkret sanksiyalar tətbiq olunmur? Məlumdur ki, dünyada hegemon dövlət olan ABŞ var. Bu dövlət istədiyi zaman sanksiyaları sağa-sola çox rahatlıqla xərcləyə bilir. Bununla bağlı Azərbaycanın da təcrübəsi var. Yəni 1992-ci il Azərbaycana qarşı tətbiq olunan 907 saylı sanksiya var. Ayrıca qonşu İrana qarşı tətbiq olunan sanksiyalar var. Hətta Rusiyanın özünə qarşı tətbiq olunan sanksiyalar var. Bu sanksiyaları təkcə ABŞ deyil, eyni zamanda Avropa Birliyi də tətbiq edir.

Çox maraqlıdır ki, Azərbaycanın 20 faiz torpağı işğal olunmuş vəziyyətdədir, amma cırtdan Ermənistana təzyiq mexanizmi olaraq heç bir sanksiya tətbiq olunmur. Bunun da səbəbləri aydınlaşmalıdır.

Ən nəhayət bu format hesabat verəndən sonra həqiqətən yararsız hesab olunarsa və Azərbaycan bunu bilavasitə sübut edərsə, artıq bundan sonra formatdan birmənalı olaraq imtina etmək lazımdır. Azərbaycan BMT-nın nizamnaməsində nəzərdə tutulan işğal altında olan torpaqlarını azad etmək hüququndan istifadə edərək torpaqlarını qısa müddət ərzində azad edəcəyi hüququnu özündə saxladığını ultimat şəkildə bəyan etməlidir.

Azərbaycan dost ölkələri bu prosesə dəvət etməlidir. Bildiyimiz kimi prosesdə iştirak etmək istəyən dövlətlər var. Qardaş Türkiyə, eyni zamanda Pakistan kimi nüvə dövləti olan müsəlman ölkələri dəfələrlə bəyan ediblər ki, bu prosesdə Azərbaycanın yanındadırlar. Bu məsələ bu səviyyədə, yəni hərbi yolla həll olunmalıdır. Çünki siyasi yolla məsələnin həlli mümkün deyil.

Natiq Miri: “Azərbaycanın 20 faiz torpağı işğal olunmuş vəziyyətdədir, amma cırtdan Ermənistana təzyiq mexanizmi olaraq heç bir sanksiya tətbiq olunmur. Bunun da səbəbləri aydınlaşmalıdır”.

Əgər bu mümkün deyilsə, nəyə görə Azərbaycan hakimiyyəti hələ də masada erməni hakimiyyəti ilə siyasi yolla bu məsələni müzakirə edir? Bu məsələ perspektivdirsə və bunu Azərbaycan hakimiyyəti bilirsə, onda sual olunur - Azərbaycan hakimiyyəti bunu acı bağırsaq kimi uzadaraq siyasi yolla danışıqlar prosesini niyə aparır? Belə çıxır ki, Azərbaycan hakimiyyəti də münaqişənin həllində maraqlı deyil?

Əlbəttə ki, maraqlıdır. Ancaq Azərbaycan hakimiyyəti artıq Rusiyanın, ya da başqa bir ölkənin təzyiq bə təsirlərindən çəkinmədən müstəqil addımlar atmalı və işğa altında olan torpaqların azad olunması üçün qərar verməlisir. Bunun ağır nəticələri ola bilər, lakin bu qeyd etdiyim kimi, həll prossesini ölü nöqtədən çıxaracaq yeganə yoldur.Əgər qərar verə bilmirsə, demək Azərbaycan hakimiyyəti müəyyən dünya güclərindən, onların geosiyasi maraqlarından çəkinir.

Niyə Azərbaycan bu qədər hərbi qüdrəti olmasına rəğmən işğal altındakı torpaqlarını azad etmir? Bu sualın cavabı Azərbaycanın bütün ictimaiyyətini maraqlandırır. Hamı hakimiyyətdən bu sualın cavabını gözləyir. Maraqlıdır ki, nəyinki ictimai səviyyədə, hətta parlamentdə belə Dağlıq Qarabağ münaqişəsinin niyə həll olunmadığı ilə bağlı hər hansı müzakirə aparılmır. Bu suala cavab bilən heç kəs yoxdur.

Düşünürəm ki, bu sualların cavabını hakimiyyət mütləq mənada ictimaiyyətə verməlidir. Əgər xalqı təmsil edirsinizsə, onda buyurun xalqın tələbini təmin edin.

Natiq Miri: “Münaqişənin həlli üçün heç bir siyasi perspektiv yoxdur. Əgər kimsə bunu gözləyirsə, özünü aldadır”.

Bu gün təkcə bir milyon məcburi köçkün deyil, Azərbaycanın 99 faiz əhalisi Dağlıq Qarabağın və ətraf rayonların işğaldan azda olunmasını istəyir. Çünki bu Azərbaycan üçün şərəf məsələsinə çevrilib. Azərbaycan həqiqitən də öz şərəfini yerdən qaldırmaq üçün bu torpaqları azad etməlidirlər. Torpaqların azad olunması yalnız və yalnız hərbi əməliyyatlardan keçir. Artıq sualın cavabı birmənalı olaraq siyasətdə verilib. Münaqişənin həlli üçün heç bir siyasi perspektiv yoxdur. Əgər kimsə bunu gözləyirsə, özünü aldadır.

Elementar konfrans keçirib bütün siyasətşünasları, ziyalıları, parlamentariləri dəvət etmək olar. Orada məsələ ciddi şəkildə müzakirə obyektinə çevrilməlidir. Suallara da cavab tapılmalıdır.

Ortada Türkiyə təcrübəsi var. Siyasi iradə olduğu üçün bu gün Türkiyə antiterror əməliyyatlarını başlayıb. İraqın şimalında bütün dünyaya rəğmən Türkiyə çox rahatlıqla hərbi əməliyyatları aparır. Eyni şey Suriyada da özünü göstərir. Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün Suriyaya hərbi müdaxilə edib. Bunun da nəticəsi ortadadır. Siyasi iradə budur”.

Nərminə UMUDLU
pia.az


Etiket: BMT


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar