Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ayasofiya məbədi kimə məxsusdur? - Müsəlmanlara, yoxsa xristianlara?..

Əgər Türkiyə bu gün Ayasofiyanı bir məscid kimi açacaq qədər özünü güclü hiss etsə, oranı açar və beynəlxalq təzyiqləri də nəzərə almaz. Yox əgər bu istiqamətdə atılacaq addımların risklərindən çəkinirsə, onda məsələ elə bu vəziyyətdə də bağlanar...

Vahdettin İnce

“The Independent” qəzeti, 22 iyun 2020-ci il

Son günlərdə Türkiyə gündəmində Ayasofiya məscidinin ibadət üçün açılması məsələsi var. Bildiyiniz kimi, Türkiyə kimi əksəriyyətin müsəlman olduğu bir ölkədə bu açılış məscidin yenə ibadət üçün istifadə ediləcəyi mənasına gəlir.

Lakin təbii ki, məsələ bu qədər sadə deyil. Çünki məsələnin siyasi və ən əsası da beynəlxalq ölçüləri var və müzakirələr də bu çərçivədə aparılır. Başqa sözlə, “məsciddən muzeyə çevrilmişdi, indi də yenidən məscidə çevriləcək”, şəklində başa düşüləcək qədər sadə məsələ deyil. Çünki Ayasofiya əvvəlcə bir kilsə olaraq tikilmiş və Fateh Sultan Mehmet İstanbulu fəth edənə qədər kilsə olaraq qalmışdı. Buna görə, təbii olaraq, xristianlar da tarixi səbəblərə əsaslanaraq bu məbəd üzərində haqq iddia edirlər və “əgər ibadətə açılacaqsa, kilsə olmalıdır”, deyirlər. Digər tərəfdə isə kilsə olmayacaqsa, heç olmasa muzey kimi saxlanılmasını istəyənlər də az deyil.

Yəni Ayasofiyanın bir muzey kimi qalması və ya Respublikanın ilk illərində olduğu kimi bir kilsə olaraq ibadətə açılması barədə Ankaraya beynəlxalq təzyiqlər var idi. Görünür, Birinci Dünya Müharibəsində məğlub olmuş, İstiqlaliyyət Müharibəsində qalib gəlmiş, lakin buna baxmayaraq, əvvəlkindən daha zəif vəziyyətdə olan Türkiyə bu beynəlxalq təzyiqlərdən xilas olmaq üçün tək çarə olaraq Ayasofiyanı muzeyə çevirmək idi.

Ayasofiyanın məscid olmaqdan çıxarılarkən, həm də bir kilsəyə çevrilməməsi və bunun əvəzinə, muzey kimi istifadəyə verilməsi ağıllı bir seçim idi. Bu, Cümhuriyyət qurucularının Qərb mədəniyyətinin qəbul etdiyi dünyəvilik prinsipləri ilə bağlı idi.

İndi isə Ayasofiya kontekstində fərqli bir vəziyyətlə üz-üzə qalmışıq. Göründüyü kimi, Türkiyə son illərdə beynəlxalq təzyiqləri diqqətə almayacaq qədər güclü olduğunu düşünür. Bütün bunların, şübhəsiz ki, haqlı səbəbləri və arqumentləri var. Ancaq əgər Türkiyə bu gün Ayasofiyanı bir məscid kimi açacaq qədər özünü güclü hiss etsə, oranı açar və beynəlxalq təzyiqləri də nəzərə almaz. Yox əgər bu istiqamətdə atılacaq addımların risklərindən çəkinirsə, onda məsələ elə bu vəziyyətdə də bağlanar.

Məsələyə siyasi cəhətdən baxdıqda, hər şey aydın görünür. Ancaq Ayasofiya məsələsi siyasətin, beynəlxalq münasibətlərin bu və ya digər ölkənin güclü, ya da zəif olmasından asılı olmayaraq, İslam dininin tarixi prinsipləri ilə əlaqəlidir.

Hamımız bilirik ki, Peyğəmbər və ondan sonra gələn xəlifələr orduları səfərə göndərərkən: “Sizinlə döyüşə bilməyənlərə, qocalara, qadınlara, uşaqlara, öz tarlalarında işləyən əkinçilərə, məbədlərdə ibadət edən ruhanilərə (deməli, həm də məbədlərə) toxunmayın”, deyə əmr verirdilər. Həmçinin, istər peyğəmbərimizin vaxtında (Kəbə kimi), istərsə də ondan sonrakı xəlifələr dövründə fəth edilən torpaqlardakı bəzi ziyarətgahların (Qüdsdəki Məscidül-Əqsa və Dəməşqdəki Əməvi Məscidi) məscidə çevrildiyini də bilirik.

Sual olunur: qoşunları səfərə göndərərkən başda Peyğəmbər olmaqla, yuxarıdakı nəsihətləri verən bir dinin mənsubları niyə bəzi məbədləri məscidə çeviriblər?

Bu suala cavab vermək üçün İslamın hansı mövqedə yerləşdirdiyini bilməliyik.

İslam dini ilk dəfə tarix səhnəsinə çıxdığı zaman müxtəlif səviyyələrdə də olsa da Allaha şərik qoşan 3 icma ilə qarşılaşdı:

İbrahim peyğəmbərin dinini təmsil etdiyini iddia edən ərəblər;

Musa peyğəmbərin ümməti olduğunu deyən yəhudilər;

İsa peyğəmbərin yolu ilə getdiyini iddia edən xristianlar...

İslam dini isə onların öz yollarını itirdiklərini nəzərə alaraq bu 3 icmanın hər biri ilə dini və tarixi mübahisəyə girdi və bütün iddiaları təkzib etdi.

Məsələn, ərəblərin İbrahim peyğəmbərlə olan münasibətləri ilə bağlı “İbrahim saf bir müsəlman idi, şərik qoşanlardan deyildi", deyərək onların iddialarını və Kəbə üzərindəki hegemoniyalarını təməldən sarsıtdı. İbrahim peyğəmbərdən qalan həcc və dua kimi ibadətlərə qarışdırdıqları şirk ünsürlərini üzlərinə vurdu və praktikada üstünlük qazanmadan əvvəl, nəzəriyyədə əxlaqi bir üstünlük əldə etdi.

Nəticədə, ərəblər tamamilə saflığa dönərək əsl İbrahimi prinsipləri qəbul etdilər və Kəbə də fəthdən sonra öz həqiqi mövqeyinə keçdi.

Yəhudilərin isə “Üzeyir Allahın oğludur” iddiasından başqa şirk sayıla biləcək hər hansı ünsürləri yox idi. Buna görə, yəhudilərə qarşı aparılan mübarizə, onların təkallahlı inancı ilə uyğunlaşmayan xəstə adət-ənənələri və tarixləri uzun-uzadı müzakirə edilib.

Peyğəmbərlərinə, xüsusən də Musa peyğəmbərə işgəncə verib, böhtan atdıqları, bəzilərini öldürdükləri tarixi faktlarla qarşılarına qoyuldu. Həmçinin, İbrahimə, Musaya və digər peyğəmbərlərə onlardan daha yaxın olduğunu və buna görə, mirası ələ keçirməli olduğunu vurğulamışdı. Nəticədə, praktiki olaraq Qüdsün fəthində təkallahlılıq məbədi olaraq qurulan Məscidül-Əqsa yenidən təkallahlığı təmsil edən əsl sahiblərinin əlinə keçdi.

Müşriklərinki qədər olmasa belə, xristianlarla da inanclarındakı şirk ünsürlərini əsas götürərək mübarizə aparılırdı. Onların inanclarına “Allah üçüncüdür”, “İsa Məsih Allahın oğludur” kimi ağır və sərt tənqidlər yönəldildi.

Elə məhz İsanın dilindən onların bu iddiaları rədd edildi.

Allah: Ey Məryəmin oğlu İsa, insanlara “Allahı buraxın, məni və anamı tanrı kimi görün”, demisən?, deyə sual verdikdə İsa: “Sən istisnasan və haqqım olmayan bir sözü demək mənə yaraşmaz”, deyib.

Yəni İsa peyğəmbəri təmsil etməkdən uzaq olduqları vurğulanmış və tövhidi təmsil etmək missiyasının yalnız müsəlmanlarda olacağı bildirilmişdi. Nəticədə, xristian torpaqları fəth edilərkən, xüsusən birinci nəsil xristianların inşa etdiyi məbədlər şirk inancının elementlərindən təmizlənərək təkallahlı məbədlərə, yəni məscidlərə çevrilmişdilər.

Müşriklərə məxsus ərazi fəth edilərkən əvvəldən tövhidin mərkəzi kimi inşa edilən yerlərdən başqa heç bir ziyarətgah (Kəbə) məscidə çevrilmədi. Məsələn, İran torpaqları tamamilə fəth edilsə də, Mədinədə və İranın digər şəhərlərində mövcud olan möhtəşəm məbədlər və atəşkəslər heç vaxt məscidə çevrilmədilər. Çünki İslam dini müsəlmanlara “təqva əsasında inşa edilmiş məscidlər”də namaz qılmağı əmr edir. Bu baxımdan Süleyman Məbədinin qədim ərazisi (Məscid əl-Əqsa), Dəməşqdəki məbəd və təbii ki, Ayasofiya İudaizm və Xristianlıq dönəmlərində təqva əsasında qurulduğu üçün yenidən tövhidə aid ediliblər.

Bu cür ziyarətgahlarından başqa, hər hansı bir sinaqoq və ya kilsə sonrakı dönəmlərdə inşa edildikləri üçün tövhidin bir nişanəsi olaraq məscidə çevrilməyiblər. Buna görə, İslam tövhidi ənənənin son halqasıdır.

Hz. Peyğəmbər də “son peyğəmbər”dir. Başqa sözlə, İslam dini özündən əvvəl göndərilən digər tövhidi (səmavi) dinlərin davamıdır, Hz. Peyğəmbər isə özündən əvvəl göndərilən peyğəmbərlərin tapşırıqlarını bitirən insandır.

Buna görə də İslam dini əvvəlki dinlərin, xüsusən də Musəviliyin və Xristianlığın varisidir. Onlara aid kitabları təhriflərindən, şirk ünsürlərindən ayırmaq və ziyarətgahlarını ilk quruluş məqsədlərinə uyğun hala gətirmək onun haqqıdır.

Bu çərçivədə Ayasofiyanın Fateh tərəfindən məscidə çevrilməsini də bu cür qiymətləndirmək lazımdır. Ayasofiya inşa edildiyi dövrdə İslam dini hələ tarix səhnəsinə çıxmamışdı və peyğəmbərlər silsiləsinin bir halqası olaraq İsa peyğəmbərin davamçıları tövhidi təmsil edirdilər. Buna görə, Ayasofya tövhid və təqva əsasında qurulmuşdu.

Xristianlıqda müəyyən yolayrıcı yarandıqda müsəlmanlar tövhidin missiyasını öz üzərinə götürdü və fəthdən sonra Ayasofiyanın məscidə çevrilməsi də bu missiyanın təbii nəticəsi idi. Müsəlmanlar, ümumbəşəri tövhidin bütün mirasının onlara məxsus olduğunu bildirdikdən sonra qalan ziyarətgahlara toxunulmadı.

Əslində, Qüdsdə, Dəməşqdə, İstanbulda və dünyanın başqa yerlərində həm sinaqoqlar, həm də kilsələr müsəlmanların hakimiyyəti altında var olmağa davam ediblər. Bu gün, simvolik məbədlərdən başqa, digər kilsələr və ya sinaqoqlar zamanla məscidlərə çevrilibsə, bunun səbəbi artıq xristian və ya yəhudilərin qalmamasıdır.

İndi isə əsas sual budur: Biz bu gün tövhidin varisləri kimi dururmuyuq?

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar