Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat naziri tənqid etdi - “Süngü ilə qarşıladı…”

“Müdafiə naziri Zakir Həsənovun RealTV-dəki müsahibəsinə baxdım. Kifayət qədər maraqlı müsahibə idi. Ancaq onun özündən kifayət qədər yaşlı və kifayət qədər təcrübəli Millət vəkili olan Vahid Əhmədov haqqında söylədikləri fikirləri ilə razılaşmadım”...

Bu sözləri Milli Məclisin deputat Etibar Əliyev özünün facebook səhifəsində yazıb. Etibar Əliyev daha sonra qeyd edib ki, nazir deputat həmkarımız haqqında bunları dedi: “Hətta bəzi adamlar yalandan deyirlər ki, guya hansısa brifinq olub və mən orada Azərbaycan dilində danışa bilməmişəm. Bu, yalandır. Hətta o yoldaş orada çıxış edən zaman şəxsi tanışlığı olmayan insana “sən” deyə müraciət edir. Bunun özü onun həm Azərbaycan dilini necə bilməsinin, həm tərbiyəsinin, həm də səviyyəsinin göstəricisidir.”

Millət vəkili daha sonra Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında Azərbaycan Respublikasının qanununun 7-ci maddəsini xatırladıb: “Deputat Azərbaycan Respublikası Milli Məclisinin müzakirə etdiyi bütün məsələlərə dair fikrini bildirə, təkliflərini və qeydlərini verə bilər.” Vahid Əhmədovun Müdafiə nazirliyinin rəhbərliyi haqqında fikirlərinə Milli Məclisin bir neçə deputatı cavab verdi. Düşünürəm ki, ondan sonra deputat həmkarımıza belə həqarət etmək yolverilməzdir”.

Deputat daha sonra bunları yazıb: “2019-cu ilin büdcəsinin icrasının müzakirəsində Qüdrət Həsənquliyevin və Erkin Qədirlinin fikirlərini Maliyyə naziri Samir Şərifov süngü ilə qarşıladı. Elə cavablar verdi ki, sanki bunun fəaliyyəti haqqında heç kimin söz deməyə haqqı yoxdur. Əslində Qüdrət bəyin və Erkin bəyin söylədiklərində xeyli məntiqli məqamlar var idi. Bu cür hallar Milli Məclisin nüfuzdan düşməsinə səbəb olan hallardır”.(yeni sabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar