Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Valyuta satışını sərt nəzarətə götürən Mərkəzi Bankın məqsədi nədir? - Hansı risklər var?..

Mərkəzi Bankın valyuta bazarında nəzarəti gücləndirməsi hansı iqtisadi və siyasi risklərdən xəbər verir?..

İqtisadçı-ekspert: “Bu kimi qərarlar daha çox valyuta təminatında problemlər yarandığında və yaxud da bazarda risklər yarandığında ortaya çıxır”.

“Yaxın aylarda, xüsusilə də avqust ayınına qədər devalvasiyası ilə bağlı hökumət qərar qəbul etməyəcək”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov Mərkəzi Bankın kommersiya banklarına valyuta dəyişmə əməliyyatları zamanı xarici valyuta alan müştərilərdən daha detallı məlumatların alınmasını nəzərdə tutan təlimat yollaması səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Mərkəzi Bankın kommersiya banklarına valyuta dəyişmə əməliyyatları zamanı xarici valyuta alan müştərilərdən daha detallı məlumatların alınmasını nəzərdə tutan təlimat yollaması etirazlara səbəb olub. Bəzi ekspertlər hesab edirlər ki, bu təlimat ölkədə qara valyuta bazarı yaratmaqla yanaşı, iqtisadiyyatın heç də yaxşı vəziyyətdə olmadığını göstərməkdədir. Bəziləri isə bu qərarın arxasınca manatın kəskin devalvasiyasının baş verəcəyini söyləyirlər.

Mərkəzi Bankın bu addımı üçün hansı iqtisadi zərurətlər görünməkdədir?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənova müraciət edib.

Rəşad Həsənov: “Mərkəzi Bank indiki halda müəyyən risklərə qarşı daha hazırlıqlı olmağa çalışır”.

Bu məsələyə Mərkızi Bankın yanaşmasında İranda yaranmış vəziyyətin də təsir etdiyini düşünən iqtisadçı-ekspert PİA.az-a açıqlqmasında bildirib ki, İranda milli valyuta əhəmiyyətli dərəcədə dəyərsizləşib. Bu da qeyri-qanuni yollarla Azərbaycandan valyutanın İrana axmasına şərait yaradır:

“Ümumiyyətlə indi vəziyyəti qiymətləndirəndə görürük ki, mart ayı ilə müqayisə vəziyyət daha yaxşıdır. Yəni mart ayında valyuta bazarlarında çox ciddi risklər formalaşmışdı. Həmçinin də bazarda panika daha çox idi. Neftin qiyməti də azalan istiqamətdə gedirdi. Hazırda isə vəziyyət nisbətən müsbətə doğru dəyişib. O baxımdan ki, artıq neftin qiyməti bahalaşmaya başlayıb. Ənazından deyə bilərik ki, neftin qiyməti artıq stabilləşib. İndi Azərbaycan neftinin qiyməti 44 dollar ətrafındadır. Bu da manevr imkanları yaradır.

Eyni zamanda bazarlara baxanda görərik ki, bu günlərdə təlabatdan əlavə 340 milyona yaxın valyuta konvertasiya olunub. Bu da mart ayından sonrakı aylar üzrə ən aşağı göstəricidir. Bir məsələni hər kəs unutmamalıdır ki, Azərbaycan 2015-ci illə müqayisədə çox yoxsullaşıb. Yəni nə əhalidə, nə dövlətdə, nə də biznesdə o vəsaitlər yoxdur ki, bazarda kifayət qədər valyuta tələb edilsin. Bütün tərəflərdə dollarla ifadədə çox ciddi yoxsullaşma gedib.

Buna görə də Mərkəzi Bankın manevr, eyni zamanda tənzimləmə imkanları nisbətən daha yüksəkdir. Amma buna baxmayaraq təbii ki, tədiyə balansında açıqlanan göstəricilərə görə ilin birinci rübündə mənfi saldo yaranıb. Növbəti aylarla bağlı məlumatlar ictimailəşdirilməsi də böyük ehtimalla hökumətdə bu məlumatlar var. Bunun nəticəsi olaraq da müəyyən qədər bazarda prezidentiv addımların atılması nəzərdə tutulur.

Rəşad Həsənov: “Azərbaycan 2015-ci illə müqayisədə çox yoxsullaşıb. Yəni nə əhalidə, nə dövlətdə, nə də biznesdə o vəsaitlər yoxdur ki, bazarda kifayət qədər valyuta tələb edilsin”.

Eyni zamanda bu məsələyə İranda yaranmış vəziyyət də təsir edir. İranda milli valyuta əhəmiyyətli dərəcədə dəyirsizləşib. Bu da qeyri-qanuni yollarla Azərbaycandan valyutanın İrana axması istiqamətində hansı formada konyuktiv formalaşdırır. Çünki bizdə bu istiqamətdə nəzarət o qədər yüksək səviyyədə təşkil olunmayıb. Bilirik ki, müəyyən oliqarxlar istədikləri vaxtı ölkədən kütləvi şəkildə valyuta çıxara bilir. Bu da risklərin bir tərəfidir.

Mərkəzi Bankın qəbul etdiyi qərar təbii ki, bazarda müəyyən qədər həssaslıqla qarşılanır. Bu da təbiidir. Çünki bu günə qədərki təcrübələr də göstərir ki, bu kimi qərarlar daha çox valyuta təminatında problemlər yarandığında və yaxud da bazarda risklər yarandığında ortaya çıxır. Yəni adi vaxtlarda bu kimi tənzimlənmə qərarları qəbul edilmir. Buna görə də insanlar təbii olaraq narahatçılıq hissi keçirdirlər.

Amma düşünürəm ki, yaxın aylarda, xüsusilə də avqust ayınına qədər devalvasiyası ilə bağlı hökumət qərar qəbul etməyəcək. Çünki sosial vəziyyət yaxşı deyil. Həmçinin bankların vəziyyəti də yaxşı deyil. Pandemiya hər şeyi tamamilə dəyişib. Əhalinin kredit qaytarma qabiliyyəti aşağı düşüb. Eyni zamanda inflyasiya risklər də artıb. Dünya bazarlarında istehsalın diskliyinin pozulması səbəbindən qiymət artımları prosesi gedir. Bunun Azərbaycanda idxal infilyasiya effektini formalaşdırması imkanları vardır. Devalvasiyası bu istiqamətdə təzyiqləri kəskin şəkildə artırmaqla ölkədə sosial vəziyyəti çətinləşdirə bilər.

Rəşad Həsənov: “Müəyyən oliqarxlar istədikləri vaxtı ölkədən kütləvi şəkildə valyuta çıxara bilir. Bu da risklərin bir tərəfidir”.

Buna görə də düşünürəm ki, sadəcə Mərkəzi Bank indiki halda müəyyən risklərə qarşı daha hazırlıqlı olmağa çalışır. Amma təbii ki, bunun yan effektləri də ola bilər. Çünki faktiki olaraq bazarlarda valyutaya tələbin ödənilməsi ilə bağlı alternativ yolların üzərində həm biznes, həm vətəndaş çalışacaq. Bu da qara bazarın inkişafına müəyyən əsaslar formalaşdıra bilir. Digər tərəfdən də böyük əksəriyyət mövcud proseslər, zamanı konversasiya prosesi zamanı məlumatları təqdim edir ki, bu eyni zamanda, həm Mərkəzi Bankın uçotla bağlı, həm də İqtisadiyyat Nazirliyinin vergi xidmətinin biznes fəaliyyətlərini leqallaşdırılmasına ilə bağlı məsələlərə müəyyən qədər müsbət imkanlar yaradır. Ötən ay bunun nəticəsini müəyyən qədər görmüşük.

Düşünürəm ki, bütün bunların fonunda qərar qəbul edilib. Amma qeyd edildiyi kimi indiki halda kəskin devalvasiyanın olması ehtimalının aşağı olduğunu düşünürəm”.

Nərminə UMUDLU
pia.az


Etiket: Mərkəzi Bank


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar