Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jurnalistlər Operativ Qərargahdan Prezidentə şikayət etdi - Bəyanat

Bir qrup jurnalist bəyanat yaydı...

Bir qrup jurnalist Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 21-dən iyulun 5-dək olan sərt karantin rejimi ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıb.Onlar bildiriblər ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarında jurnalistlərlə bağlı heç bir müddəa yer almayıb və bu qərar ümumilikdə jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılmasına hesablanıb.Müraciətin mətnini təqdim edirik:"Cənab Prezident, hazırda bütün dünyada böyük və ciddi qlobal problemə çevrilən COVİD19 virusu ilə bağlı Azərbaycanda da bir sıra addımlar atılır. İlkin olaraq bu virusla mübarizə daha çox inzibati addımlar tələb edir, çünki hazırda koronavirusun heç bir vaksini yoxdur. Azərbaycanda da bu ilin mart ayından elan olunan xüsusi karantin rejimi avqust ayına qədər uzadılıb. Lakin son günlər virusa yoluxanların kütləvi artması ölkədə iyunun 21-dən iyulun 5-dək olan sərt karantin rejiminin tətbiqinə gətirib çıxarıb. Bizim Sizə müraciət etməkdə məqsədimiz isə Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarında jurnalistlərlə bağlı məhdudiyyətlərlə bağlıdır. Belə ki, bu qərarda jurnalistlərlə bağlı əsaslı bir müddəa əksini tapmayıb, hətta onların vəsiqə ilə fəaliyyətinə belə qadağa qoyulub. Cənab Prezident, koronavirusla mübarizə dövründə həssas və faydalı sahələrdən biri də mediadır, əhalinin doğru-dürüst informasiya ilə təmin edilməsidir. Amma Nazirlər Kabineti yanında Operativ Qərargah artıq ikinci dəfədir ki, jurnalistlərə süni əngəllər yaradır. Ona görə də biz hesab edirik ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarı Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci və 71-ci maddələrinə ziddir. Konstitusiyanın 71-ci maddəsinə görə, müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir. Ölkədə isə fövqəladə vəziyyət rejimi yoxdur. Ona görə də bu qərar medianın fəaliyyətinin mədudlaşdırılması kimi qiymətləndirilməlidir. Cənab Prezident, biz Azərbaycan mediasının nümayəndələri olaraq Sizdən xahiş edirik ki, heç bir qanuna uyğun gəlməyən bu qərararın dəyişdirilməsinə, jurnalistlərin sərbəst informasiya toplamaq və yaymaq azadlığına edilən maneələrin aradan qaldırılmasına göstəriş verəsiniz".(anaxeber)

pia.az


Etiket: İlham Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar