Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu səs yazısı həqiqətən Bəhram Bağırzadəyə məxsusdur” - Aslan İsmayılov

Tanınmış hüquqşünas Aslan İsmayılov hazırda ağır vəziyyətdə olan əməkdar artist Bəhram Bağırzadənin sosial şəbəkələrdə yayılan səs yazısını şərh edib...

“Bəhram Bağırzadənin həqiqi səs yazısı “Koronavirus yoxdur” deyənləri yenidən hərəkətə gətirib. Bu səs yazısı həqiqətən Bəhram Bağırzadəyə məxsusdur, koronavirusu “realiti şou” adlandırdığı, bu xəstəliyə təzəcə yoluxduğu vaxtlarda səsləndirilib. Sonralar vəziyyətinin getdikcə ağırlaşdığından bu gün hansı durumda olduğu hamıya bəllidir. Əgər B.Bağırzadə kimi savadlı bir şəxs xaricdən 3-5 avantüristin tirajladığı fikirlərə inanmışdısa, bu təhlükəli virusu “şou” adlandırırdısa indi ölkədəki vəziyyəti təsəvvür edin. Əvvəllər mənə eyni sözləri səsləndirənlərin bir çoxu sonradan bu xəstəliyə yoluxdu və məndən kömək istədilər. Tez-tez səsləndirilən bir fikir, dəlil də vardı: “niyə bu xəstəliyə vəzifəlilər, varlılar yoluxmurlar, bu ancaq kasıblar üçündürmü?”. Artıq bu xəstəliyə yoluxanlar arasında Prezident Administrasiyasının şöbə müdiri, deputatlar, rayon icra başçıları da var. Rayon icra başçılarının müavinlərinin biri rəhmətə də gedib. Real vəziyyətin bundan da pis olduğuna, yoluxanların daha çox olduğuna əminəm. Bu virus varlı, kasıb, tanınmış, sadə adamlar tanımır”.

PİA.az-ın xəbərinə görə, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.

“Bu gün artıq əsla şübhə etmirəm ki, əhali arasında bu fikirləri bilməyərəkdən səsləndirənlərlə yanaşı bunu bilərəkdən, düşmənçilik niyyəti ilə edənlər də var. Çox heyfsilənirəm ki, ölkənin hüquq mühafizə orqanları bu günə qədər belə bəd niyyətli bir nəfəri də müəyyən etməyib. Qısaca koronavirusla bağlı bildiklərimi sizinlə bölüşürəm, çünki bu gözə görünməz düşmənin bütün əlamətlərini hələ də heç kim bilmir, bu gün də bütün dünya beyinləri bunun üzərində çalışırlar. Bu virus ayrılıqda insanları öldürmür, ancaq insanlarda olan xəstəliklərin sürətlə inkişaf etməsi üçün münbit şərait yaradır, insanların immun sistemini çökdürür. Buqələmun (xamelyon) insanlar kimi, tez-tez əlamətlərini dəyişdiyindən həddindən artıq təhlükəlidir. Ona görə də hamınıza müraciət edirəm. Bu gün hər birimiz “koronavirus bir oyundur” tipli şaiyələri yayaraq virusun yayılmasında yardımçı olanların hər birinə cavab verək. İnsanlarımızı belə cahilliyə sövq edənləri, ona qarşı düşmənçilik edənləri ifşa edək, insanların reallığı başa düşmələrinə yardımçı olaq. Sizi bilmirəm, mənim üçün baş verənlər bir müharibədir və hər birimiz bacardığımızı etməliyik – A.İsmayılov qeyd edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Ən çox oxunanalar