Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya öz şirkətlərini Qarabağda fəaliyyət göstərməməyə çağırdı

İyunun 19-da Böyük Britaniya Beynəlxalq Ticarət Nazirliyinin (BTN) rəsmi internet səhifəsində "Xarici Biznes Riskləri - Azərbaycan" (Overseas Business Risks-Azerbaijan) adlı elektron bələdçi məlumat bazasına xəbərdarlıq yerləşdirilib...

2017-ci ildə Avropa Komissiyası Ticarət Baş Direktorluğunun internet səhifəsində yerləşdirilmiş məlumatın mətninə uyğun olan xəbərdarlıqda vurğulanıb:

"BTN Dağlıq Qarabağ və ətraf ərazilərdə Britaniya şirkətlərini hər hansı iqtisadi fəaliyyətlə məşğul olmamaqla bağlı xəbərdarlıq edir. Həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, Dağlıq Qarabağ və ətraf ərazilərdə iqtisadi fəaliyyətin mülki və cinayət məsuliyyəti doğuracağı, belə fəaliyyətlə məşğul olan fərdlərə və şirkətlərə qarşı Azərbaycanda müvafiq hüquqi tədbirlərin, o cümlədən cinayət işinin açıla biləcəyi, eləcə də həmin fərdlərin gələcəkdə Azərbaycana səyahət etmək imkanlarına təsir edə biləcəyi vurğulanıb".

Qeyd edək ki, qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı xəbərdarlıq bir neçə aspektdən əhəmiyyət kəsb edir. Birincisi və ən əsası, Dağlıq Qarabağ və ətraf ərazilər üzərində Azərbaycanın suverenliyi, bu ərazilərə münasibətdə Azərbaycan qanunvericiliyinin qüvvədə olduğu bir daha təsbit edilib. İkincisi, bir qayda olaraq Britaniya XİN-in Azərbaycana səyahət bölməsində daha çox turistlərə yönəlmiş, işğal edilmiş ərazilərə səyahətdən çəkinməklə bağlı müvafiq mövqe bəyan edilsə də, konkret olaraq bu ərazilərdə iqtisadi fəaliyyətin doğura biləcəyi nəticələr barəsində qeydlər yer almayıb. Bu, daha çox Britaniya rəsmi qurumlarının özəl biznesin fəaliyyətinə müdaxilə etməməyə üstünlük verməsi ilə izah olunur. Bu baxımdan xəbərdarlıq Britaniyanın sırf qanunsuz iqtisadi fəaliyyətlə bağlı ilk mövqeyi kimi qəbul oluna bilər.

pia.az


Etiket: Britaniya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar