Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yazırlar ki, Fazil Mustafa millətə “it küçüyü” dedi…”

Milli Məclisin deputatı Fazil Mustafanın müsahibəsini təqdim edirik...

- Fazil bəy, çıxışlarınızı xəbərə çevirəndə oxucular narazılıq edirlər. Əsas irad odur ki, Fazil Mustafa öz leksikonunda “it sürüsü”, “qaraguruh”, “danabaş”, “cahil” kimi təhqiramiz ifadələrə tez–tez yer verir. Bu iradla razısınızmı?

- Xeyr, razı deyiləm. Bu ifadələrə ayrıca yer vermirəm. Kimlərsə mətnin özünü oxumadan başlıq əsasında rəy yazdığı mətndə tərbiyədən kənar formada bizi təhqir edirlər. Mən də bəzən həmin şəxslərin inboksuna yazıram ki, bu tərbiyəsizliyin, “danabaş”lığın özünüzə aidiyyətini müzakirə edin. Mən bunu ictimai müzakirəyə çıxarmıram, birbaşa özlərinə yazıram. Azərbaycanda kitab oxumayanların sayında çoxluq var. Onlar mətn oxumağı bacarmırlar və sadəcə başlıqla kifayətlənirlər. Bunlar mənim “Messenger”də inboksa yazdığım məsələni götürüb paylaşıb yazırlar ki, Fazil Mustafa millətə “it küçüyü” dedi. Mənə söyən bir nəfərə cavabımda bu sözü işlətmişəm. Bunu yalandan ictimailəşdirib başqalarının, millətin adına çıxmaq mənasızdır. İctimailəşdirəndə mətn oxuyan cəmiyyət olmadığı üçün fərqli yanaşma olur. “Qurani-Kərim” də bizdə elə təhrif olunub. 95 faiz Quranın ayələri oxumadan kimsə nəsə deyirsə, onunla özünə din yaradır və onun da arxasınca gedir. Biz bu ənənənin davamçıları olduğumuza görə ictimailəşdirəndə bir adam soruşmur ki, bala, sən tək millətsən, xalqsan? Fərdi qaydada sənə deyilən sözü niyə ümumiləşdirirsən? Bunu deyəndən sonra artıq bəzi adamlar müəyyən dərəcədə spekulyasiya etməyə çalışırlar.

- Narazılığınızı daha yumşaq formada ifadə edə bilməzsiniz? Çıxışlarınızda tikanlı ifadələrə bu qədər çox yer ayırmağınız nəylə bağlıdır?

- Açığı mənim öz prinsipim var, heç bir qaraguruhçunun qarşısından qaçmaq olmaz. Bu, Azərbaycanın faciəsidir, biz 30 il bundan qabaq qaçdığımıza, onun kimi düşündüyümüzə, onun kimi söylədiyimizə görə Qarabağı itirdik. Bu gün biz yeni bir itkiyə getməliyik? Yox. Ona görə də cəmiyyətin düşünən, ağıllı, mətn oxuyan insanları bu tezislərin arxasınca getməz və bu insanların da ümumi mühakiməsinə görə qərar verməz. Bunlar deyir ki, mənim düşündüyümü söylə. Mən onu niyə deməliyəm? Onların təhsili ilə mənim təhsilim fərqlidir. Dünyagörüşlər də fərqlidir. Mən öz istədiyimi deyəcəm. Əgər Azərbaycanda kimsə istəyəcəksə ki, bunu bizə diqtə eləsin, o, başını daşa döyəcək. Biz heç kimin fikrini təkrarlayan deyilik. Bizim öz mövqeyimiz və düşüncəmiz var. Mən bütün mövzularda öz düşüncəmi söyləyirəm. Ona görə də biz Azərbaycanda qaraguruhçunun diqtəsi ilə nəyisə demək anlayışına sahib olmayacağıq. Bütün gələn hücumlar məhz oradan qaynaqlanır.

- Xüsusilə, son vaxtlar tənqid hədəfinə çevrilmisiniz. Əvvəllər Milli Məclisdə insanların fikirlərini səsləndirməklə gündəmə gəlirdinizsə, indi işlətdiyiniz təhqirlərlə gündəmdəsiniz…

- Mən indi də bütün insanların fikrini səsləndirirəm. Son vaxtlar nələri səsləndirdiyimi deyim. Məsələn, maskaların qiymətinin 5 qəpiyə enməsini, avtobusda görülməli olan tədbirləri səsləndirdim. Naxçıvanla bağlı avtobusların açılması məsələsini gündəmə gətirdim. Səfirlik və başqa qurumlarla məsələnin həlli üçün əlaqə saxladım. Bu, xalqın problemi deyil? Həmçinin bir şey deyim. Mən 28 aprelin işğal olduğunu dedim və bununla bağlı Milli Məclisə qərar layihəsi verdim. Niyə dəstəkləmədilər? Böyük Vətən Müharibəsi adının çıxmasını və onun İkinci Dünya Müharibəsi adlanması məsələsini mən qaldırdım, qəbul da olundu. Niyə dəstək vermədilər? Söhbət Azərbaycan millətinin və dövlətinin maraqlarını müdafiədən gedir. Bu şəbəkəni yönləndirənlər xaricdən olan xüsusi xidmət orqanlarının qüvvələridir. Bunları kimin üzərinə yönəldəcəklər? Aktiv adam kim var? Sosial şəbəkədə kim söz deyir? Bütün məsələlərə kim münasibət bildirir? Arxa planda gizlənməyə nə var ki... Milli Məclisdə və başqa yerlərdə o qədər gizlənənlər var ki... İndi biz həqiqəti, xalqımızın gələcəyi üçün təhlükəli olan simptomları dilə gətirməyək? Bütün proses nədən başladı? Mən dedim ki, polisə karantin dövründə zibil atmaq, güllə atmağa bərabərdir. Onda söyməyə başladılar. Axı bu, bir fikirdir. Denən mən razılaşmıram, niyə söyürsən? Deməli, bu məqsədyönlü ötürülən bir dalğadır. Bu dalğanı biz önləməliyik. Mən polisi də tənqid elədim. Amma onun üstündən keçdilər. Amma həm də dedim ki, bundan da dəhşətlisi zibil atmaqdır. Bu gün də o fikirdəyəm. Əgər bu gün hansısa bir düşüncədə qəsdən kimlərinsə üzərinə gəlmə varsa, bu başqa məsələdir. Mən bunun qarşısında qaçası deyiləm. Ona görə də fərdi şəxslərə dediyim sözləri kimsə özünə aid edirsə, buyurub etsin, bu mənim günahım deyil.

- Sizə elə gəlmir ki, leksikonunuzu ağır ifadələlə zənginləşdirdikcə tərəfdarlarınızın sırası sürətlə seyrəlir? Bəzən ən yaxın dostlarınız da sizi müdafiə etməyə çətinlik çəkirlər…

- İnanın ki, mən nə qədər qaraguruhçu, dünya görüşü dar olan insan varsa, onlarla üzülüşmək istəyirəm. Xeyli rahatlamışam. Səhifəmdə, dostluğumda olan xeyli bu tip insanlardan qurtulmuşam. Bu qaraguruhçu zeyniyyətlər mənə dəstək vermir ki? 5-6 nəfər ağıllı, intellektual, dürüst adamın dəstəyi mənim üçün daha önəmlidir. Niyə bunun dalınca düşməliyəm? Bildiyim həqiqətləri deməyəcəm ki, bu kiminsə xoşuna gəlməyəcək? Özü də tarixdə bunun 100 fərqli misalı var. Mirzə Ələkbər Sabirə deyirdilər ki, bişirdiyi quyruq yağını əridir ki, ailəsini saxlasın. Onu boykot eləmişdilər. Qəbul etmirdilər ki, bizə düşməndir. Amma baxaq görək yaddaşda kim qaldı... Sabir qaldı, Mirzə Fətəli Axundov qaldı. Axundovu daşlayanlar qaldımı? Ona görə də biz öz missiyamızı gözəl bilirik. Dövlət və millətin marağı üçün lazım olan nədirsə, onu edirik. Mən tərəfdar yığmağa başlasam, o qədər gözəl populist nağıllar oxuyaram ki, əla fürsətdir də... İstifadə edib nağıl oxuyum, hamı da desin ki, nə gözəl nağıl oxudu. Axı mənim borcum həqiqəti söyləməkdir. Azərbaycan ziyalısının da problemi var. Böyük əksəriyyət qaraguruhdan qorxur, onun tabeliyinə keçir. Hünərləri varsa, onun dediyinin əleyhinə bir söz desinlər. Deyə bilmirlər, çünki linç edəcəklər. Bunlar hamının gözünü qorxutmalıdır? Bunun da mənbəyi Bakı deyil, kənar yerdir. Mən onların qarşısına analitik yazılarla çıxıram. Yazıma yazı ilə cavab versinlər. Biri var, Jurnalistlər Birliyinin sədridir, amma orada boş-boş oturub. 100 vəzifə tuturlar. Biri də çıxıb analitik cavab versin. Mənə söyüşlə cavab verməsinlər. Demək istədiyim odur ki, bunların hamısı boş-boş iradlardır, bəhanələrdir. Məsələn, mən deyirəm ki, qarın otarmağa getməsinlər. Bu, kimə aiddir? Bunu evindən sadəcə yemək üçün çıxıb 6 saat tıxacda qalan adam üçün deyirəm. Əksini deməliyəm? Bu, evində olana deyilməsə də, o da başlayır söyür. Halbuki mən tərifləyirəm, məsuliyyətli vətəndaşımıza təşəkkür edirəm ki, evində qalır.

- İntellektual deputatın tədricən “acıdil adam”a çevrilməsi sizi narahat etmir ki?

- 50-60 nəfər hansısa tərbiyəsiz, söyüş söyən adam tərəfdarım olsa, bunun mənə nə xeyri olacaq ki? Azərbaycanda kifayət qədər sağlam düşüncəsi olan insanlar bizi dəstəkləyir. Mən buna görə yüzlərlə zəng alıram. Xeyli ziyalı mənə zəng vurur ki, biz söyüşün qorxusundan dəstək verə bilmirik. Türkiyədə Giresun Universitetinin keçmiş professoru Aygün Attar ayrıca yazı yazıb mövqe bildirir. Amma burada mövqe bildirməyə qorxurlar. Bir cümləmi tapıb deyə bilməzlər ki, bu xalqın ziyanınadır. Mən “it küçüyü” ifadəsini kimə işlətmişəm? Bəxtiyar Hacıyevə demişəm. Xalqın adına çıxardı. Niyə demişəm? Çünki mən Azərbaycan Ordusunda 2 dəfə xidmət eləmişəm. Səngərdə olmuşam. O isə Azərbaycan Ordusuna, millətinə nifrət elədiyinə görə orduda xidmət eləməkdən imtina edərək, gedib həbsdə yatıb. Xidmətə getmək istəməyib. Yalandan adını alternativ xidmət qoyub. Bu faktlara, vikipediyaya baxın. İndi bu adamın arxasınca gedənlərin mən Azərbaycan sevgisinə şübhə edərəm, ya yox? Onun mövqeyində olub məni kim söyə bilər? Kimin buna mənəvi haqqı var? O insan Azərbaycan ordusundan rəsmi imtina edib. Məhkəməyə müraciət edib ki, mən alternativ xidmət olsa, gedəcəyəm. O, vətəni necə qoruyacaq? Necə bu gün onun arxasında gizlənib məni söyürlər? Onda mən sizin Qarabağ, vətən sevginizə şübhə etməkdə haqlıyam.

- Necə hesab edirsiniz, cəmiyyətin müəyyən təbəqəsi ilə aranızada uçrumun yaranmasında tək günahkar birinci tərəfdir? Bəlkə bunda sizin getdikcə artan aqressiyanızın da rolu var? Ümumiyyətlə, Fazil Mustafa öz personasına tənqidi yanaşmağı bacarırmı?

- Mən tənqidi yanaşmasam, 30 il əvvəlki fəaliyyətimi tənqid etməzdim. Özümün keçmiş görüşlərimin çoxunu tənqid eləyirəm. Yazılar yazıram. Məndən çox özündə müəyyən detalları tənqid edən varmı? Özü də birinci dəfə deyil belə qaraguruhla döyüşdüyüm. İllərdir ki, dini, millətçi qaraguruhla döyüşürəm. İndikilər sosial qaraguruhdur. Bununla bağlı yazı da hazırlayıram. Əlbəttə, günahkar onlardır. Burada əslində, qarşı tərəf məsələsi yoxdur, çünki qarşıda tərəf yoxdur. Qarşıda söyüş söyən təbəqə var. Onun dediyi tərzdə cavab verməsən, hamını söyəcək. Millət vəkili və ya başqa biri bəyəndiyindən yox, qorxduğundan o mövqeni dəstəkləyir. İndi söyəcəklər deyə biz vətəni bunların əlinə verək ki, bunlar idarə eləsin? Mənim onlara anladıqları tərzdə cavab verməməyim o vaxt olar ki, mən də müxtəlif trollar vasitəsilə cavab verrəm. Amma mən belə etmirəm, çünki səmimi və açıq mübarizə aparıram. Özüməm, özüm döyüşürəm. Bir ziyalı çıxıb mənim əvəzimə cavab versə, mən onu demərəm. Amma kimsə çıxıb demirsə və məni təhqir edirlərsə, mən fərdi qaydada özüm cavabını verərəm, çünki elə adamlar var ki, onların cavabı verilməlidir. Üçünün üstünə gedən kimi hamısı geri çəkilir, profilini bağlayıb gedir. Qorxaq zümrəylə üz-üzəyik. Şəxsiyyətinə hörmət edən fikrimə qarşı fikir yazar. Bu sözü yazmırsa, biz nə edək? Deyək ki, siz söyün, biz də tabe olaq? Əslində, burada gizlənməyə nə var? Mənim nəyimə lazımdır, Milli Məclisdə sakit başını aşağı sal otur da... Amma əgər bu günləri bir şeylərin zərərə işləməməyini istəyirsənsə, susmursan. Bu söyüş söyənlər sabah sizin xoşlarına gəlməyən yazınız olsa, sizi də söyəcəklər. Bunun xoşuna gəlmək məntiqsizdir. Elə məsələ var ki, orada ümumi mühakiməylə məsələyə yanaşılmaz. Orada millət, dövlət və cəmiyyətin marağı var. Mənim ifadələrimin hamısı şişirtmədir. Mətnin içindən götürüb sözü təhrif edirlər. Mən xəstəliyin yayılmaması üçün çıxış edirəm. Niyyət kimisə təhqir etmək deyil. Mən milləti təhqir etməmişəm, ümumiyyətlə, elə bir şey edə bilərəmmi? İllərlə millətin haqqını qorumuşam. Orta savadlı insanlar sosial şəbəkəyə doluşub, bunlar üçün dəyər yoxdur, ancaq ağıllarına gələn başlıq var, orda nə yazıldısa, elə onunla da gedirlər. Ailəsinə nəzarət etməyən adam mənə əxlaqdan danışır. Hamısını tanıyıram. Bunların hamısının qarşısında duracağıq.(yeni sabah)

pia.az


Etiket: Fazil Mustafa


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Ən çox oxunanalar