Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncə Şəhər Təhsil İdarəsində maliyyə maxinasiyası

Doğranmış odun və ya istifadəyə yararsız taxta parçalarına 299 min manat pul ayırılıb…

Bir neçə ay bundan öncə Gəncə şəhər 8 saylı Maliyyə Hesablama Mərkəzində və Gəncə Təhsil İdarəsindən Maliyyə pozuntusu haqqında yazı dərc etmişdik. Düşünürdük ki, ölkəmizdə korrupsiyaya qarşı aparılan tədbirlər haqqında məlumat verməklə digər məmurlar, müxtəlif dövlət orqanları, müəssisələrdə bu çür neqativ hallar, korrupsiya faktları azalacaq. Lakin bizim Gəncə Şəhər Təhsili və 8 saylı üzrə maliyyə hesablama mərkəzi haqda dərc etdiyimiz yazı heç də ümidimizi doğrultmadı.

8 Yanvar 2020-ci il tarixli rəsmi sənəddən məlum olur ki, Gəncə Şəhər Təhsil İdarəsinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi Dövlət büdcəsindən “Doğranmış odun və ya istifadəyə yararsız taxta parçaları”na 299 min manat (iki yüz doxsan doqquz min manat) pul ayırılıb. Hansı ki, bu haqda rəsmi sənəd redaksiyamıza daxil olub. Ayrılan pul məbləğinin Nefçala rayonundan “Xalq Bank” ın filialının vasitəsi ilə köçürülməsi rəsmi sənəddən məlum olur.

Araşdırmamız nəticəsində digər suallar ortaya çıxır ki, digər rayonlarla müqayisədə Nefçala rayonu ərazi baxımından çox kiçik rayonlar sırasına daxildir. İnanılmaz rəqəmdir ki, 16 yanvar 2019-cu ildə və 08 yanvar 2020-ci ildə Gəncə Şəhər Təhsil İdarəsinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi Dövlət büdcəsindən “Doğranmış odun və ya istifadəyə yararsız taxta parçaları”na ümumilikdə iki il ərzində 588 min 690.0 manat (beş yüz səksən səkkiz min altı yüz doxsan manat) pul ayırması inandırıcı olsun. Bu absuddur. Axı Neftçala rayonunda “Meşə qoruğu” yoxdur, digər tərəfdən Neftçala rayonuna ərazi baxımından yanaşsaq, adıçəkilən rayonda iki il ərzində istifadəyə yararsız yarım miliyonluq odun əldə etmək mümkünsüzdür.

16 yanvar 2019-cu il tarixinə aid olan rəsmi sənədi yenidən xatırladırıq ki, oxucularımıza qaranlıq qalmasın. 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi Dövlət büdcəsindən “Doğranmış odun və ya istifadəyə yararsız taxta parçaları”na 289.690 manat və 08 yanvar 2020-ci il tarixinə aid olan 299.00 min manatın, iki il ərzində ümumilkdə 588 min 690 manatın istifadəyə yararsız taxta parcalarına sərf olunması haqqında aidiyyəti orqanlar araşdırma aparsın və nəticə barəsində “Hürriyyətin” elektron ünvanına rəsmi məlumat verilsin.“Hürriyyət”

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar