Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AQTA bir sıra ictimai iaşə obyektlərində pozuntular aşkarladı

Yoxlama-nəzarət tədbirləri davam etdirilir...

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlər əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə, xidmət və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində yoxlama-nəzarət tədbirləri davam etdirilir.

Qurumdan PİA.az-a verilən məlumata görə, AQTA əməkdaşları tərəfindən 16 iyunda Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 191-i ictimai iaşə obyekti, 231-i ərzaq satışı mağazası olmaqla, ümumilikdə 422 müəssisədə reyd keçirilib.

Bakı şəhəri üzrə:

Nəsimi rayonunda “Şəki” və “Ailəvi” restoranları

Suraxanı rayonunda “Xəzər” kafesi

Xəzər rayonu Türkan kəndində “Türkan” restoranı

Nərimanov rayonunda “Abu” market

Digər rayon və şəhərlər üzrə:

Abşeron rayonu Novxanı kəndində “As-Araz”, “Al market”, “Grandmart” market

Xırdalan şəhərində “Beyazit Lahmacun” restoranı, fiziki şəxs Məmmədov İlqar Həsən oğluna məxsus kafe

Sumqayıt şəhərində fiziki şəxs Əhmədova Xavər Məmməd qızına məxsus kafe

Bərdə rayonunda fiziki şəxs Quliyev Mədət Malçı oğluna məxsus yeməkxana, fiziki şəxs Nəsirov Mirzə Balaca oğluna məxsus “Şuşa” kafesi, “Yaşıl” və “Sahil” kafeləri, fiziki şəxs Məmmədov Rafiz Saqif oğluna məxsus market

Ağsu rayonunda fiziki şəxs Əhmədov Yalçın Əmiraslan oğluna məxsus kafe, fiziki şəxs Rafiqli Rəvana məxsus yeməkxana

Qazax rayonunda “Göyəzən”, “Köz dönər”, “Palma”, “Göyçə” restoranları, “Anar” market

Quba rayonunda “Alma”, “Yüksəl”, “Ay işığı” restoranları, “Princes” market

Şəmkir rayonunda “Alaxantallı”, “Ozan”, “Sərin”, “Murad”, “Uğur”, “Görüş” kafeləri, “Ceyhun”, “Əli”, “Ələkbər” və “Elmir” marketlər, fiziki şəxs Məmmədov Rövşən Hidayət oğluna, Kamilova İradə Fərhad qızına məxsus marketlər

Ucar rayonunda “Nuş olsun” və “Yay” kafeləri

Xaçmaz rayonunda “Çinar” restoranı, fiziki şəxs Müslümov Emin Ağasbala oğluna məxsus “Euro” market

Göyçay rayonunda fiziki şəxs Əliyev Ceyhun Əhməd oğluna məxsus market

Goranboy rayonu Qızılhacılı qəsəbəsində “Aləm”, “Qızılhacılı”, “İdeal”, “Al market”, “Kral”, “Çökək”, “Aysberq” və fiziki şəxs Novruzov Ziya Qəhrəman oğluna məxsus market

Oğuz rayonunda fiziki şəxs Əhmədov Qəşəm İzmət oğluna məxsus market

Qəbələ rayonunda Səbzəliyev Daşqın Nizami oğluna məxsus market

Balakən rayonunda Umarova Rəna və Çantayev Rahiləyə məxsus market

Lənkəran şəhərində Əliyev İlham Yusif oğluna və Mövsümzadə Mövsüm Əlisahib oğluna məxsus market

Sabirabad rayonunda Abdullayev Bilal, Abbasov Arzu, Zeynalov Arzuya məxsus marketlər, Cavad kəndində fəaliyyət göstərən “Mehrac” və “Oba” marketlər

İmişli rayonunda “Məhəmməd”, “Dostlar”, “Rəşad”, Ağsu şəhərində fiziki şəxslər - Əsgərov Lətif Mehman oğlu, Ələkbərov Nəsir Adil oğlu, Əliyev Cavanşir Əyyam oğlu, Hüseynov Arif Nəriman oğlu, Həşimov Elnur Oktay oğlu, Cəbrayılov Elçin Füzuli oğluna məxsus marketlər daxil olmaqla reyd keçirilən 232 obyektdə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.

Aşkarlanan faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

pia.az


Etiket: AQTA


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar