Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kreml Dağıstandakı Azərbaycan vətəndaşlarının problemləri haqda məlumat yaydı

Rusiya və Azərbaycan Dağıstandakı Azərbaycan vətəndaşları ilə vəziyyəti həll etmək üçün təmasları davam etdirir. Kreml problemin həll olunacağına bel bağlayır...

Bu barədə TASS məlumat yayıb.

"İki ölkə arasında əlaqə var, o davam edir və ümid edirik ki, sonda bu problemi həll edəcək həll yolları tapılacaq",- deyə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov çərşənbə günü jurnalistlərə bildirib. O həmçinin vurğulayıb ki, RusiyaAzərbaycan prezidentləri - Vladimir Putin və İlham Əliyevin bu məsələ ilə bağlı əlaqə yaratmayıblar.

Kreml nümayəndəsi xatırladıb ki, "problem özünü təcridetmə rejiminin lap əvvəlindən yaranıb". "Dağıstan hakimiyyəti tez bir zamanda Azərbaycana qayıtmaq istəyən Azərbaycan vətəndaşları üçün düşərgə qurdu, ancaq sərhədlər bağlandı. Buna görə də elə əvvəldən RusiyaAzərbaycan tərəfləri sərhədçilərin kanalları ilə əlaqə qururdular, hərəkətləri əlaqələndirdilər. Əlbəttə, bölgə rəhbəri Vladimir Vasilyev bu mövzuda Rusiya Federasiyasının Prezidenti ilə danışıb, bu vəziyyətlə bağlı hesabat var idi. Bu yaxşı məlum olan bir əhvalatdır", -deyə D.Peskov vurğulayıb.

 

Onun sözlərinə görə, "Dağıstan rəhbərliyi bu vəziyyəti birtəhər həll etmək üçün çox iş görüb". D.Peskov qeyd edib ki, vəziyyət "süni deyil, hər şey koronavirus səbəbindən yaranan vəziyyətlə bağlıdır". "Mən Azərbaycan tərəfinin hərəkətlərini şərh etmək istəmirəm, ancaq mövcud olan çətinliklərə anlayışla yanaşırıq - orada daha gücləndirilmiş özünü təcridetmə rejimi davam edir",- deyə Peskov əlavə edib.

Dağıstanda Azərbaycan sakinləri üçün müvəqqəti düşərgədə baş verən hadisədən sonra hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq etmə və əmlaka qəsdən ziyan vurma ilə bağlı cinayət işi açılıb. İstintaqın versiyasına görə, 15 iyun tarixində Dərbənd rayonunun Kullar kəndi yaxınlığındakı yataqxanada və müvəqqəti çadır düşərgəsində məskunlaşan və dövlət sərhədindən respublikalarının ərazisinə keçmələrinin təşkilindən narazı qalan 400-ə yaxın Azərbaycan vətəndaşı motorlu nəqliyyat vasitələri ilə Qafqaz federal magistralına daxil olaraq nəqliyyatın hərəkətinə maneçilik törətməyə çalışıb. Onlar polisin hərəkətlərinə qarşı çıxıblar və asayiş keşikçilərinə daş və digər əşyalar atıblar.

Bazar ertəsi axşam Dağıstanın Dərbənd bölgəsindəki Kullar kəndi yaxınlığındakı müvəqqəti düşərgədə iğtişaşlar başlayıb. TASS-ın xəbər verdiyi kimi, Dərbənd bölgəsinin başçısı vəzifəsini müvəqqəti icra edən Fuad Şıxıyev, sərhədi keçməli olan 120 nəfər narazı Azərbaycan vətəndaşlarının siyahısını tələb edib. Ümumilikdə 600-ə yaxın azərbaycanlı evə göndərilmələrini gözləyir.

Öz növbəmizdə xatırladırıq ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan hökuməti adından Azərbaycan-Rusiya sərhədində baş verən hadisədən təəssüfləndiyini bildirib. Lakin bununla yanaşı, Azərbaycan hökumətinin nümayəndəsi xatırladıb ki, ümumilikdə qlobal COVID-19 pandemiyası səbəbindən, 2020-ci il martın ortalarından etibarən 20 mindən çox Azərbaycan Respublikası vətəndaşı quru sərhədləri və xüsusi çarter reysləri ilə xaricdən geri qaytarılıb.

Azərbaycan Respublikası və Rusiya Federasiyasının aidiyyəti dövlət qurumları tərəfindən qarşılıqlı əlaqələndirmə şəklində vətəndaşların həftəlik əsasda müəyyən olunmuş qrafik çərçivəsində ölkəmizə geri qayıdışı təmin olunur. Həftəlik qrafik çərçivəsində 19 mayda 120 nəfər, 26 mayda 131 nəfər, 2 iyunda 122 nəfər, 9 iyunda 130 nəfər vətəndaş “Samur” sərhəd buraxılış məntəqəsindən ölkəmizin ərazisinə keçib. Bu qrafik üzrə bu gün 150 nəfərdən artıq vətəndaşın ölkəyə keçməsi təmin olunacaq.(virtualaz.org)

pia.az


Etiket: Kreml


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar