Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göyçay Rayon Mərkəzi Xəstəxanası karantin xəstəxanasına çevrilib

Bu gündən Göyçay Rayon Mərkəzi Xəstəxanası "COVİD-19"la mübarizə xəxtəxanası kimi fəaliyyət göstərməyə başlayıb...

Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov bu səhiyyə ocağının qapılarının iyunun 19-da vətəndaşların üzünə bağlanması və koronaviruzla mübarizə məqsədilə karantin xəstəxanası kimi fəaliyyətə başlaması, eləcə də insanların bu gün səhər saatlarından etibarən içəri buraxılmaması ilə bağlı yaranan narazılıqlara görə Göyçay sakinlərinə müraciət edib, hamını anlayışlı və səbrli olmağa çağırıb.

Direktor APA-nın yerli bürosuna bildirib ki, xəstəliyi ilə əlaqədar vəziyyəti ağırlaşan və müxtəlif hadisələr nəticəsində xəsarət alan şəxslər Göyçay rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edəcək. Stansiyada bununla əlaqədar zəruri tədbirlər görülüb və şərait yaradılıb. Göyçay Ailə Sağlamlıq Mərkəzində isə şəkərli diabet, ruhi-əsəb, onkoloji və vərəm xəstərinin qəbulu və müvafiq dərmanlarla təchizatı təşkil olunub. Bundan əlavə, müxtəlif cərrahiyyə əməliyyatları və doğuş üçün müraciət edən Göyçay sakinləri, eləcə də avtomobil qəzaları zamanı ağır xəsarət alan şəxslər, digər ağır xəstələr Kürdəmir, Ağsu, Yevlax və Mingəçevir xəstəxanalarına müraciət edəcəklər. Göyçay RMX-da 100-dən çox tibb işçisi fəaliyyət göstərəcək, digər işçilər isə məcburi məzuniyyətə göndəriləcək. Göyçayın kəndlərindəki həkim tibb məntəqələri fəaliyyətini əvvəlki kimi davam etdirəcək.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar