Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Liviyadakı vəziyyət riskli və mürəkkəbdir...

“Əgər Rusiya Liviya sahillərindəki bazaları ələ keçirsə, növbəti addımı uzun mənzilli keçidin bağlanması və hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi olacaq”...

Özcan Yeniçeri

“Yeniçağ” qəzeti, Türkiyə, 16 iyun 2020-ci il

Liviyada davam edən gərgin vəziyyəti geri çevirən ölkə Türkiyədir. Qanuni hökumətə qarşı qiyam edərək Tripolini mühasirəyə alan Həftar qüvvələri Türkiyənin müdaxiləsindən sonra geri çəkilib.

İmperialist qüvvələr adından mübarizə aparan Həftar ciddi şəkildə küncə sıxılıb. Moskvada qan tökülməsinin qarşısını almaq üçün aparılan diplomatiya müddətində atəşkəs imzalamaq üçün əvvəlcə bir gün icazə istəyən təkəbbürlü Həftar daha sonra imza atmaqdan imtina edərək Moskvanı tərk etmişdi. Həmin Həftar indi qurban vəziyyətindədir və atəşkəs elan edilməsi üçün yalvarır.

Ölkələrin mövqeyi

Atəşkəs təklifi rədd ediləndən sonra Həftar Misirə səfər edib və səsi İsraildən gəlib. Həftar hökumətinin Baş nazir müavini Abdel Salam-əl Bədri İsrail mediasına və Netanyahuya göndərdiyi məktubda: “Heç vaxt İsraillə düşmən olmadıq və heç vaxt da olmayacağıq. Təl-Əvivdən dəstək tələb edirik”, deyib. Bu sözlər vəziyyətin ağırlığından xəbər verir.

Liviyadakı Həftarın məğlubiyyətindən ən çox narahat olan Yunanıstan/Kipr/Yunan Qrupu ilə birlikdə Birləşmiş Ərəb Əmirlikləri PYD/PKK-dır. İsrail, Rusiya, Misir və Fransa isə yenə də vəziyyəti Həftarın lehinə çevirməyə çalışır.

Yunanların vəziyyəti aydındır. Ancaq Türkiyəyə və Osmanlıya düşmən olan ölkə BƏƏ-dir. Dinini, şüurunu, tarixini və ağlını neft baronlarından alan bu ölkənin səfil rəhbərliyi bölgədə Türkiyənin əleyhinə olan hər bir hadisənin əsas iştirakçısıdır.

Birləşmiş Ərəb Əmirlikləri Liviyada Misir və Səudiyyə ilə birlikdə Həftarın, Suriyada Dəməşq rejiminin, Türkiyədə isə Feto və PKK-nın bir nömrəli dəstəkçisidir. Rusların muzdlu legionerləri olan “Wagner”in maliyyəçisi də BƏƏ-dir. Somalidə də türk bazasının bağlanması üçün fövqəladə şəkildə aktivlik göstərir. Bu kiçik ölkə boyundan böyük işlər görür. ABŞ və AB-də bəzi siyasətçiləri və lobbiləri Türkiyəyə qarşı səfərbər edir.

Liviya ilə uzun bir sərhədi olan Misirdəki Sisi rəhbərliyinin də Türkiyənin Liviyada ciddi təsirlərə sahib olmasından narahat olur. Türkiyənin hərbi nüfuzunu Liviyada davamlı hala gətirmək ehtimalının Qahirədə təşvişə səbəb olduğunu hamı bilir.

Liviya ordusu paytaxtını mühasirədən qurtardıqdan sonra Tərxunə və Bəli Vəlidi ələ keçirib. Strateji Vatiyyə bazasını da Həftardan geri alıb.

Ancaq Qəddafinin də məmləkəti olan Sirt hələ ələ keçirilməyib. Sirt tarixən Tripoli bölgəsinə aid olub. Şərqi və Qərbi Liviyanın ortasında yerləşir. Həftar qüvvələri Liviya neft ixracatının 60%-nin həyata keçirildiyi “Neft Hilalı” bölgəsi üçün bir qalxan rolunu oynayan Sirti verməmək üçün müqavimət göstərir. Liviyanın birliyi və bütövlüyü Sirtin Tripoli hökumətinin əlinə keçməsindən asılıdır.

Rusiyanın Sirt şəhərinə strateji əhəmiyyət verdiyi məlumdur. Sirt Cufra Hava Bazasının şimalında yerləşir. Məlumdur ki, Rusiya “Wagner” muzdlularından əlavə, Cufraya 14 Mig-29 və Su-24 qırıcı təyyarələri yerləşdirib.

Rusiyanın Suriyadakı Himeymim hava bazası kimi, Cufradan da istifadə etmək istədiyi aydın olur. Əgər Sirt Həftarın əlində qalsa, Rusiya, strateji dəniz bazası qazanacaq və NATO-ya qarşı üstünlük qazanmış olacaq.

Liviyadakı qeyri-rəsmi müttəfiqi Həftarın məğlubiyyətindən sonra Rusiya Xarici İşlər Nazirinin təcili olaraq Ankaraya gəlməsi səbəbsiz deyildi.

ABŞ, Avropa və Afrika Hərbi Hava Qüvvələrinin komandanı general Ceff Herricen də Rusiyanın bölgədəki mümkün addımlarına işarə edib: “Əgər Rusiya Liviya sahillərindəki bazaları ələ keçirsə, növbəti addımı uzun mənzilli keçidin bağlanması və hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi olacaq. Həmin gün gəlib çatdıqda Avropanın cənub qanadı üçün böyük bir təhlükə yaranacaq”.

Liviyadakı vəziyyət həm riskli, həm də mürəkkəbdir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar