Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təxribatçılıq, yoxsa pul qazanmaq üçün meydan? - Trollar və bot sənayesi gündəmi necə yönləndirirlər?..

Twitter şəbəkəsi Türkiyə, Rusiya, Səudiyyə Ərəbistanı və Çin mənşəli minlərlə hesabı bağladıqdan sonra trollar yenidən gündəmə gəliblər. Bildiyimizin əksinə olaraq, tək bir trol profil yoxdur, ancaq bu xidməti təmin edən şirkətlər var...

Cihat Arpacık

“The Independent” qəzeti, 15 iyun 2020-ci il

Twitter şəbəkəsinin Türkiyədən 7340 hesabı bağlaması son günlərdə sosial mediada ən çox müzakirə edilən mövzulardan birinə çevrilib. Bəziləri Twitter-in ifadə azadlığına zərbə vurduğunu iddia edib, bəziləri isə bu vəziyyəti müsbət şəkildə qarşılayıb.

Twitter-in troll hesabları üzərində birgə işlədiyi Stanford İnternet Rəsədxanasının hazırladığı hesabatda bildirilib ki, bağlanmış hesabların əksəriyyəti eyni gündə saxta şəxsiyyətlərlə və oxşar adlarla açılıb.

Məruzədə 9 iyun 2008-ci və 18 yanvar 2007-ci ildə açılan bu hesablardan atılan 37 milyon tweet-lərin çoxunun AKP-ni dəstəklədiyi, müxalifət partiyalarını tənqid etdiyi və retweet halqası yaratdıqları qeyd olunur.

Twitter-in trollarla bağlı əməliyyatı təkcə Türkiyə üçün aparılmır. Rusiya və Çindən də bir çox hesabı bağlayan Twitter əvvəllər Səudiyyə Ərəbistanı və Misirdən olan 7891 hesaba girişi dayandırmışdı. Twitter Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirlikləri daxil olmaqla, bir çox ölkələrdən idarə edilən trol hesab şəbəkəsinin Riyad rəhbərliyini təriflədiyini təsbit etmişdi.

Trol və bot sənayesi inkişaf edib

Əslində, sosial mediada trol və bot hesabından istifadə üsulu yeni bir şey deyil və son illərdə bu iş daha texniki metodlarla aparılır. Ciddi proqram yaradan şirkətlər süni intellektdən də istifadə edərək müəyyən etdikləri hesablardan sistemə avtomatik tweet-lər göndərirlər. Bu tweet-ləri atmaq üçün kompüteri və ya telefonu bir nəfərin istifadə etməsinə ehtiyac yoxdur. Kompüter bütün işi özü idarə edə bilir. Bir tweet orta hesabla 20 saniyədə atılır. Başqa sözlə “tam növbədə” işləyən bir kompüter gündə 2000 tweet ata bilir. Təkcə trol və bot xidməti üçün ayda minlərlə dollar pul qazanan şirkətlər var.

Saxta hesablar üçün həqiqi telefon xətləri təyin edilir

Bu şirkətlər son dönəmdə Twitter-i yanıltmaq və hesablarını “həqiqi hesab” kimi göstərmək üçün hər bir hesaba ayrıca telefon xətti təyin edirlər. Ancaq heç kimin istifadə etmədiyi bu xətlər hesabı yalnız “təhlükəsiz” saxlamaq üçün bir tərəfdə saxlanılır. Bildiyimizin əksinə olaraq, bu tip trollardan təkcə siyasətçilər istifadə etmirlər. Banklar, qida şirkətləri və hətta özəl tibb mərkəzləri də bu genişlənən sektordan “bəhrələnir”lər.

“Chip” jurnalının Türkiyədəki ən təsirli 10 sosial media mütəxəssisi kimi göstərdiyi şəxslərdən olan Cem Orman bildirir ki, trol hesablardan istifadə etmək strateji olaraq düzgün bir şey kimi görünsə də, etik baxımından yanlışdır. Belə hesablardan xidmətlər alan fiziki şəxslərin və ya şirkətlərin sosial mediada daha çox görünməyi hədəflədiklərini qeyd edən Orman trolların bəzən dozanı itirib həqiqi istifadəçilərə zərər verdiyini söyləyib.

Orman “sosial media trolu” anlayışını bu ifadələrlə izah edir: bu hesablar saxta bir şəxsiyyətin arxasında gizlənərək müxtəlif mövzuları müzakirə edir, media icmaları arasında xaos və qarşıdurmaya səbəb olur.

Trollar yaxalanmayacaqlarını düşünərək qurbanlarını seçirlər və müzakirə mühitindən qidalanırlar

Sosial media trollarının qəzəbli və dağıdıcı bir dillə danışdıqlarını vurğulayan Orman: “Çox vaxt təhqiramiz bir dildən istifadə heç etməkdən çəkinmirlər. Ümumiyyətlə, trollar saxta bir kimlikdən istifadə etdikləri üçün özlərini rahat hiss edirlər. Buna görə də, qurbanlarını asanlıqla seçib, vaxt itirmədən hərəkətə keçə bilirlər. Davamlı olaraq çəkişmə və mübahisələrə səbəb olur və bu mühitdən qidalanırlar. Sosial mediada çox vaxt sərf etdikləri üçün zaman keçdikcə insanları narahat etməkdən həzz alırlar”.

Trol və bot hesablar arasında bir məna fərqi olduğunu da vurğulayan Orman qeyd edir: “Botlar real insanlar deyil, kompüter proqramıdırlar. Proqramlaşdırma çərçivəsində fəaliyyət göstərirlər. Trollar isə real insanlardır və sosial mediada öz düşüncələrinə uyğun hərəkət edirlər”.

Onlardan, əsasən incəsənət, futbol və TV ictimaiyyəti istifadə edir

Trolların ən çox incəsənət və futbol dünyasında, televiziyadakı yarışma proqramlarında və siyasətdə istifadə edildiyini xatırladan Orman deyir:

“Bu sektorlarda trol hesabların insanlar arasında xaos və qarşıdurmaya səbəb olduğunu deyə bilərik. Sosial mediada, əsasən, Twitter, Facebook və Instagram platformalarından istifadə edirlər. Həmçinin, Whatsapp qruplarında da çox fəaldırlar.”

Bunu pulsuz edənlər də var

Qazanc əldə etmək üçün sosial mediadan istifadə edən bir çox insanın olduğunu söyləyən Orman: “Sayları dəqiq bilinməsə də, bu trollar müəyyən bir ödəniş bəzi qarşılığında bu işi görürlər. Amma bəzi trollar da müəyyən komandalara, məşhur insanlara və ya hər hansı bir təşkilata qarşı olan bağlılığına görə bu işə girişirlər. Belə insanlar heç bir ödəniş tələb etmirlər. Onlar bunu edərkən öz mənəvi borclarını ödədiklərini düşünürlər”.

Əsas məqsəd mübarizə deyil, reklamdır

Orman bildirir ki, məhsulları və simaları reklam etmək üçün trol hesablardan istifadə edərək lazımsız müzakirələr açmaqla gündəmin boş yerə məşğul edildiyi düşünülsə də, əsas məqsəd dava çıxarmaq deyil:

“Gizli məqsəd o məhsulun ya da şəxsin gündəmdə qalmasını təmin etməlidir. Üstəlik, gizli öyrənmə metodu ilə insanlar ya da məhsullar haqqında heç bir məlumatı olmayan insanlar üçün reklam edilir. Bunlar da gündəmdə qaldıqca araşdırmalar aparılır və maraq artır”.

Vaxtaşırı bu cür istəklərlə üzləşdiyini qeyd edən Orman: “Heç “gəlin trollardan istifadə edək” təklifi almadığımı desəm, yalan olar. Ancaq bunu professional olaraq etik hesab etmədiyim üçün heç istifadə etmədim”.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar