Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağsu aşırımındakı yanğın söndürüldü – Açıqlama,Yenilənib

Azərbaycanda meşə ərazisində yanğın başladı...

İyunun 16-da saat 16:30 radələrində Ağsu rayon bələdiyyəsinin taxıl sahəsində başlamış yanğın sonradan Şamaxı Regional Meşə Təsərrüfatının Ağsu meşəbəyliyinin 8 saylı dolayına keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı Mərkəzinin və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Dəstəsinin əməkdaşlarının səyi nəticəsində yanğının qarşısı alınıb.

Yanğın nəticəsində üç hektar sahədə kol-kos və quru ot örtüyü yanıb.

Qeyd edək ki, yanğın hadisələrinin əksəriyyəti vətəndaşların ehtiyatsızlığı və etinasızlığı səbəbindən baş verir.

ETSN havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, taxıl məhsullarının biçini zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırır.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Ağsu rayonunda meşə ərazisində başlayan yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən PİA.az-a bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağsu rayonunda Ağsu aşırımı ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Mülkü müdafiə qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

*** 

Ağsu rayonunda meşə ərazisində yanğın başlayıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, yanğın Ağsu dolayları və Ağsu çayının sol sahilində müşahidə olunur.

Hadisə yerinə Ağsu, Kürdəmir, Şamaxı və digər rayonlardan yanğınsöndürmə briqadaları cəlb olunub.

Hazırda yanğının söndürülməsi və genişlənməsinin qarşısını almaq istiqamətində işlər davam etdirilir.

pia.az


Etiket: Ağsu yanğın


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar