Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rus nazirlər Türkiyə səfərlərini niyə təxirə saldılar?.. - Türkiyə və Rusiya arasında nə baş verir?

Nazirlərin səfərlərinin təxirə düşməsinin iki ölkə arasında Suriya və Liviya ilə bağlı anlaşılmamazlıqla əlaqəlidir?...

Politoloq: “Anakar ilə Moskva arasında Liviya məsələsində ciddi fikir ayrılıqları yarandığına görə nazirlərin səfərləri ləğv edilib”.

Suriyada İdlib məsələsində tərəflərin ortaq məxrəcə gəlsə də, görünür yenidən məhz Liviya məsələsinə görə Moskva İdlib anlaşmasından geri çəkilməy planlayır. Məhz bu da İdlibdə yeni müharibənin başlanması demək olacaq”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə son zamanla İdlib məsələsinə görə Türkiyə-Rusiya arasında baş verənləri PİA.az-a şərh edərkən qeyd edib.

Məlumdur ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqunun iyunun 14-də planlaşdırılan Türkiyə səfərləri təxirə salındı.

Dünən isə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirdi ki, Rusiya tərəfi ilə görüşün təxirə salınmasını böhran yarandı, deyə qiymətləndirmək düzgün deyil. Rusiya ilə təməl prinsiplər mövzusunda heç bir fikir ayrılığımız yoxdur.

Nazirlərin səfərlərinin təxirə düşməsinin həqiqətən də iki ölkə arasında Suriya və Liviya ilə bağlı anlaşılmamazlıqla əlaqəsi var və istər Suriyada, istərsə də Liviyada Türkiyə-Rusiya münasibətlərini necə proqnoz etmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı Cənub Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Görünür yenidən məhz Liviya məsələsinə görə Moskva İdlib anlaşmasından geri çəkilməy planlayır. Məhz bu da İdlibdə yeni müharibənin başlanması demək olacaq”.

Türkiyənin Liviyada Rusiyaya heç bir güzəşt tanımayacağını proqnoz edən politoloq bildirib ki, Rusiya üsyankar Haftraı dəstəkləməklə çox böyük siyasi yanlışa yol verib:

“Türkiyənin Liviyada prosesləri nəzarətə alması, Rusiya və digər ölkələrə bağlı silahlı qrupları, həmçinin Tripolinin general Həftarın qüvvələrinə ağır zərbə endirməsi Ankaranın mövqeyinin güclənməsinə gətirib çıxardı. Hazırda Liviyada Türkiyə əsas söz sahibi olaraq digər ölkələrin Ankara ilə hesablaşaəmasına zəmin yaradıb.

Məhz Rusiya XİN və Müdafiə nazirinin Türkiyə səfəri Ankara ilə Liviya məsələsini müzakirə etmək olub. Çünki, Rusiyanın “Vaqner” muzdlu qrupu və Həftara verdiyi digər hərbi texniklar Liviya cəbhəsində məhv edilib. Rusiya Liviya məsələsində daha çox rıçaqlar əldə etmək üçün bu müharibədə tərəf olaraq iştirak edir. Amma göründüyü kimi Suriyadan fərqli olaraq Liviyada məğlubiyyətə uğradı. Bu da təbii ki, Həftarın çoxtərəfli oynaması ilə bağlıdır. Görünür ki, Anakar ilə Moskva arasında Liviya məsələsində ciddi fikir ayrılıqları yarandığına görə, bu səfər ləğv edilib. Təbii ki, Rusiya danışıqlarda yeni güzəştlər əldə etmək istəyirdi. Hesab edirəm ki, Türkiyə buna razı olmayıb.

Suriyada İdlib məsələsində tərəflərin ortaq məxrəcə gəlsədə, görünür yenidən məhz Liviya məsələsinə görə Moskva İdlib anlaşmasından geri çəkilməy planlayır. Məhz bu da İdlibdə yeni müharibənin başlanması demək olacaq. Türkiyə Liviyada Rusiyaya heç bir güzəşt tanımayacaq. Çünki, Rusiya üsyankar Haftraı dəstəkləməklə çox böyük siyasi yanlışa yol verib.

Məhəmməd Əsədullazadə: “İki ölkənin fikir ayrılıqları ciddidir və bu İdlibdə lokal toqquşmalara yol aça bilər”.

Əgər, Rusiya mərkəzi hökumətlə danışıqlara gedib, dəstək verəcəksə, əlbəttə Türkiyənin də burada əsaslı rolu ola bilər. Amma, həlledəci olmayacaq. Rusiya bundan sonra çətin Liviyada vəziyyəti ələ ala bilsin. Türkiyə ciddi surətdə burada möhkəmlənir. Suriyaya gəlidikdə isə, Rusiya burada çalışacaq ki, Türkiyəni İdlibdə sıxışdırsın. Böyük ehtimalla Moskva Türkiyədən tələb edəcək ki, İdlib anlaşmasına əməl edərərk burada müxalif qrupları geri çəksin. Əgər bu baş verməsə, İdlibə hücum ola bilər və müharibə yenidən alovlanar.

Tərəflər yenidən detallı şəkilə müzkirələr aparıb, ortaq nöqtə tapandan sonra bir araya gələcəklər. Göründüyü kimi iki ölkənin fikir ayrılıqları ciddidir və bu İdlibdə lokal toqquşmalara yol aça bilər. Əlbəttə bu Əsəd qüvvələrinin Türk əsgərinə qarşı hücum və Rusiyanın aviasiyasının "yanlış" bombalanması ilə müşaiyət oluna bilər.

Hesab edirəm ki, Suriyada İran, Rusiya və türkiyə prezidentləri birbarya gəlib, növbəti dəfə yol xəritəsi qəbul edə bilərlər”.

Nərminə UMUDLU
pia.az.




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar