Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Amerika Baharı” dalğası: ABŞ-dakı böhran Afrikadakı mənzərəyə bənzəyir...

Afrikalı ziyalıların fikrincə, ABŞ-dakı mənzərə bu gün tərsinə çevrilib və bir çox Afrika ölkəsi Qərb mediasında necə təsvir edilirsə, indi Amerika da o cür təsvir edilir...

Abdullah Muradoğlu

“Yeni Şafak” qəzeti, Türkiyə, 16 iyun 2020-ci il

Amerika küçələrində həftələrdir qaradərililərə və digər rəngli qruplara qarşı irqi ayrı-seçkiliyə və polis zorakılığına etiraz edən şiddətli nümayişlər keçirilir. Aydındır ki, bu etirazlar qəfil bir qəzəb partlayışı nəticəsində baş verməyib. Afrikadakı evlərindən zorla çıxarılaraq köləyə çevrilən qaradərililər yüz illər boyu məruz qaldıqları qorxu və aşağılama hissi ilə yaşamaq istəmirlər. Bu “Qara qəzəbin” əsas səbəbi isə onların taleyinin dəyişməməsidir.

Afro-amerikalı yazıçı Ta-Nehisi Kots “Dünya ilə mənim aramda” başlığı ilə türk dilinə tərcümə olunan kitabında həmin qorxunun qaradərililər arasında nəsildən-nəslə davam etdiyini vurğulayıb. 2015-ci ildə ABŞ-da nəşr olunan və ən çox satılan kitablardan olan “Dünya ilə mənim aramda” kitabı bir atadan oğula yazılmış hikmətli, sevgi və göz yaşı ilə dolu bir məktubdur. Məktubların birində ata oğluna: “Bədəni daim məhv olmaq təhlükəsi altında olan bir qaradərili necə rahat yaşaya bilər?”, deyə sual verib. Yenə ata bu sözlərlə oğluna çağırış edib:

“Bilmək istədiyim budur ki, Amerikada qara bir bədəni məhv etmək adətdir - bu mirasdır. İnsanın öz ölkəsinin ən “aşağı” hissəsində olduğunu başa düşməsi, həqiqətən, dəhşətlidir. Sən və mən, oğul, biz həmin “aşağı”yıq. Bu 1776-cı ildə də belə idi. Bu gün də belədir”.

Afrika qitəsindəki ziyalılar dünyanın ən böyük iqtisadiyyatına və ən böyük döyüş cihazına sahib olan ABŞ-ın Covid-19 pandemiyası qarşısında büdrəməsinə lağ edərək onun Afrikaya bənzədiyini deyirlər. Keniyalı jurnalist və yazıçı Rasna Varah bir məqaləsində deyirdi:

ABŞ-ın Somalidəki hərbi əməliyyatları hər kəsə məlumdur, çünki gizlicə və ya etibarnamələr vasitəsilə həyata keçirilir. Covid-19 onları ləngidə bilmədi.”

Digər bir məqaləsində isə ABŞ-dakı hadisələri “Amerika baharı” olaraq şərh edən Varah bu etirazların afrikalılara dəhşətli dərəcədə tanış gəldiyini, ancaq mənzərənin tərsinə çevrildiyini və bir çox Afrika ölkəsi Qərb mediasında necə təsvir edilirsə, Amerikanın da o cür təsvir edildiyini vurğulayıb. Bu fikirlərin əsas vurğusu ABŞ-ın uğursuz bir Afrika dövlətinə bənzəməsi idi.

ABŞ-dakı pandemiya böyük itkilərə və işsizliyə səbəb olub. İqtisadiyyatda böyük bir şok baş verdi. Qaradərili amerikalı Corc Floydun qətli ölkə daxilində geniş etirazlara səbəb olub. Rasna Varahın sözlərinə görə, bütün bu hadisələrin üst-üstə düşməsi “Amerikanın mükəmməl fırtınası” idi. Varah küçənin ortasında ağdərili bir polis tərəfindən boğularaq öldürülən Floydu özünü diri-diri yandıraraq “Ərəb Baharı”nı tətikləyən tunisli satıcı Məhəmməd Buazizi ilə müqayisə edib. Floyd da ölümü ilə bir növ Amerika Baharını tətiklədi.

Qərb mediası tez-tez Afrikada xaos, münaqişə, fəlakət və ya siyasi böhran mühiti ilə bağlı istənilən vəziyyətdə Qərb mütəxəssislərinin fikirlərinə müraciət edir Uqandalı jurnalisti Çarlz Onyanqo-Obbo bir tweet-ində yumoristik şəkildə Qərb mediasının ABŞ-dakı uğursuzluq, demokratik zəiflik və rejimin legitimliklə bağlı Afrika mütəxəssislərinə müraciət etməsini təklif edib. Çarlz Onyanqo-Obbonun bu şərhi ilə Rasna Varah da Qərb mediasının artıq afrikalı mütəxəssislərlə görüşməli olduğunu düşünür.

Uqandalı aktivist-yazıçı və tənqidçi Kalundi Serumaqanın fikrincə, indi Ağ Amerika mədəniyyətinin ciddi bir hissəsinə təsir edən və yüz illər boyu günahsız insanların qanını içən bu psixi xəstəliklə bağlı Amerikanın bir müalicəyə ehtiyacı var. Serumaqa düşünür ki, Amerika düşdüyü bu problemdən qurtulmaq üçün əvvəlcə kollektiv xəstəliklərini vicdanla qəbul etməlidir.

Afrikalı ziyalılar bir çox media orqanlarında ABŞ-dakı hadisələrlə bağlı öz fikirlərini bildirirlər. ABŞ böhranı Afrikanın düşüncə dünyasında yeni bir canlanmaya səbəb olub. Görünür, böhranlar, əvvəlcədən kənara atılmış yeni fikirlər və ya ideyalar üçün önəmli rol oynayır. Artıq tarixdən də bilirik ki, lazımi vaxtda gəlib çatmış bir fikir öz qarşısındakı maneələri dəf edə bilər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar