Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan sənəd verdi - Şuşa Azərbaycanındır

Ermənistanda son günlər ərzində, Qarabağın Azərbaycan ərazisi olaraq göstərildiyi sənədlərlə bağlı ikinci qalmaqal qızışıb...

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu dəfə Ermənistanda ölkənin koronavirus xəstələrinin qəbulu və diaqnozu üzrə əsas mərkəz olan Yerevandakı "Nork" yoluxucu xəstəliklər xəstəxanasının işçiləri ittiham olunurlar.

Belə ki, Rusiyadan gələn bir erməni vətəndaşını təcrid etmək üçün xəstəxana onu işğal altındakı Qarabağa, daha dəqiq desək, Şuşadakı xəstəxanaya göndərməyə qərar verib. Vətəndaşa verilən sənəddə onun... Azərbaycana, Şuşa şəhərinə göndərildiyi göstərilib.

Bu barədə sosial şəbəkələrdə “Sasna Tsrer” partiyası məlumat yayıb. Məlumat Ermənistanda "səhv" edən xəstəxana işçilərinə, Səhiyyə Nazirliyinə və bütövlükdə Ermənistan hökumətinə qarşı qəzəb dalğasının yaranmasına səbəb olub.

Ermənistan Səhiyyə Nazirliyində bunu, xəstəxananın yerləşdiyi ərazinin adının əl ilə yazılmadığı, yalnız Yandex və Google elektron kartlarından istifadə etməklə avtomatik olaraq təyin olunduğu ilə izah ediblər.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan mediası Dağlıq Qarabağda yaşayan Ermənistan vətəndaşı Marina Belovanın pasportunun fotosunu yaymışdı. Qadın 1975-ci ilin avqustunda Martuni rayonunda (indiki Xocavənd) anadan olub və 2019-cu ilin dekabrında verilmiş sənəddə Ermənistan hakimiyyəti “Doğulduğu yer” sütununda Azərbaycanı göstərmişdi.

Bu, internetin erməni seqmentində qəzəb doğurub, çünki Ermənistan tərəfindən Dağlıq Qarabağın Azərbaycana məxsusluğunun rəsmən etirafıdır.

Bildiyiniz kimi, Ermənistan hakimiyyəti Dağlıq Qarabağ sakinlərinə, doğum yeri Azərbaycandan fərqli olaraq haranınsa göstəriləcəyi beynəlxalq pasport verə bilməz. Çünki bütün beynəlxalq qurumlar, bütün dünya Dağlıq Qarabağı Azərbaycan ərazisi hesab edir. Üstəlik, Ermənistanın özü də əzəli Azərbaycan torpaqlarında yaradılan separatçı qurumu tanımır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Ən çox oxunanalar