Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Malayziya hökuməti sərhədləri avqustun sonunadək açmayacaq

Malayziya hökuməti koronovirusla əlaqədar vəziyyətin sabitləşməsinə və məhdudiyyətlərin əksəriyyətinin aradan qaldırılmasına baxmayaraq, sərhədləri kütləvi səfərlər üçün avqustun sonunadək açmayacaq... 

AZƏRTAC Bernama agentliyinə istinadla xəbər verir ki, bu barədə Malayziyanın Müdafiə naziri İsmail Sabri Yakob məlumat verib.

Nazir deyib: “Sərhədlər avqustun 31-dək – ictimai fəaliyyətin mərhələlərlə bərpasının tam başa çatdırılmasınadək açılmayacaq. Yerli sakinlər ölkəni tərk etmək üçün ciddi əsas təqdim etməlidirlər”.

Nazir bildirib ki, belə şəxslər siyahısına xaricdə təhsil alan tələbələr daxil edilə bilərlər. Bununla yanaşı, hətta Olimpiya Oyunlarında iştirak üçün lisenziya turnirinə qatılmaq istəyən idmançılara bu icazə verilməyəcək.

Əcnəbilərə gəlincə isə, nazir deyib ki, diplomatlar və “Malayziya mənim ikinci evimdir” immiqrasiya proqramının iştirakçıları bu icazədən istifadə edə bilərlər.

Qeyd edək ki, Malayziya hökuməti koronovirus pandemiyasına görə martın 18-dən tətbiq edilən məhdudiyyətlərin əksəriyyətini iyunun 10-da aradan qaldırıb.

Əlavə olaraq bildirək ki, son məlumatlara görə Malayziyada koronavirusa yoluxanların ümumi sayı 8453 nəfər təşkil edib. Onlardan 7346 nəfəri sağalıb, 121 nəfər isə həyatını itirib.

pia.az 


Etiket: Sərhəd


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar