Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan sabiq müttəfiqinə cinayət işi açdı

Tsarukyanın 100-dən çox tərəfdarı saxlanılıb...

Ermənistan Milli Təhlükəsizlik Xidməti “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqiq Tsarukyana qarşı daha iki cinayət işi açıldığı barədə məlumat yayıb.

APA-nın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Xidməti partiya rəhbərliyi və partiya üzvlərinin 2017-ci ildə parlament seçkiləri zamanı xeyriyyəçilik adı altında seçicilərə 100 milyon dram rüşvət verdiyini açıqlayıb.

İstintaq çərçivəsində partiyanın 40-a yaxın ofisində axtarış aparılıb, kompüterlər və digər elektron məlumat daşıyıcıları götürülüb.

Ermənistan Dövlət Təhlükəsizlik Xidməti Q. Tsarukyanı Kotaysk əyalətinin Arinc şəhərində 7,5 hektar torpaq sahəsini qanunsuz əldə etməkdə də ittiham edib. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əvvəlcə bir şirkətin adına keçirilib, sonra isə özəlləşdirilib, üzərində təyinatına uyğun olmayan tikinti işləri aparılıb. Beləliklə də torpağın təyinatına uyğun istifadə edilməməsi nəticəsində 342 milyon dram ( 685 min dollar) ziyan vurulub.

Qeyd edək ki, bundan əvvəl səhər saatlarında Ermənistan Milli Təhlükəsizlik Xidməti “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqiq Tsarukyana məxsus “Onira klab” şirkətində 60 milyon dollar (29 milyard darm) dəyərində qanun pozuntusu aşkarlandığı barədə məlumat yaymışdı.

İyunun əvvəlində hökuməti istefaya çağıran Q. Tsarukyana deyib ki, villasında aparılan axtarışlar siyasi xarakter daşıyır: “Bu, əlbəttə, siyasi təqibdir. Mən bəyan etmişdim ki, hökumət vəziyyətlə bacara bilmir. Hazırda pandemiya ölkədə tüğyan edir, 3 ay sonra aclıq başlayacaq”.
Partiya sədri ifadə vermək üçün Milli Təhlükəsizlik Xidmətinə çağırılıb və indiyə qədər Ermənistan Milli Təhlükəsizlik Xidmətindədir. Tsarukyanın tərəfdarları Milli Təhlükəsizlik Xidməti yanında aksiya keçirir. Partiya sədrinin 100-dən çox tərəfdarı saxlanılıb. Həmin şəxslər koronavirus pandemiyası ilə əlaqədar ölkədə elan edilən fövqəladə vəziyyət rejimini pozmaqda günahlandırılır.

pia.az

 


Etiket: Paşinyan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar