Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eyni tenderin iki qalibi, bir sahibi var - Gəncədə nə baş verir? - Foto

Gəncə Dövlət Universiteti tərəfindən keçirilən tender müsabiqəsində eyni gündə, eyni ünvanda, eyni şəxs tərəfindən yaradılan və adlarında da bənzərlik olan iki şirkət qalib elan olunub... 

“Dünya-S” MMC və “Qalata-S” MMC şirkətləri Gəncə Dövlət Universitetinin keçirdiyi və ümumi dəyəri 47 min 996 manat olan 4 tender müsabiqəsinin qalibi olublar.

Tender müsabiqəsinin maraqlı tərəflərindən biri odur ki, adlarında bənzərlik (hər ikisinin sonuna “S” hərfi yazılıb) olan “Dünya-S” və “Qalata-S” şirkətləri eyni tarixdə (22.01.2018), eyni ünvanda (Gəncə şəhəri, Ağa Sultanov, ev 99), eyni şəxs tərəfindən (Nəcəfov ŞahəddinQurban oğlu) yaradılıb və eyni nizamnamə kapitalına (10 manat) malikdilər.

Tender müsabiqəsinin digər bir maraqlı tərəfi isə odur ki, adları qeyd olunan şirkətlər Gəncə Dövlət Universiteti üçün eyni məhsulları satacaqlar. “Dünya-S” MMC Universitetə 20 min 228 manat, “Qalata-S” MMC isə 7 min 288 manat dəyərində “Mətbəə malları” satacaqlar.

Gəncə Dövlət Universiteti tərəfindən keçirilən başqa bir tenderdə isə daha maraqlı məqamlar var. Belə ki, tender müsabiqəsinin nəticəsinə görə Gəncə Dövlət Universiteti “Bazar Trade Rave” MMC-yə “Yumşaq İnventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması” üçün 195 min 798 manat ödəyəcək. “Bazar Trade Rave” MMC tender müsabiqəsinin başlamasından təxminən bir ay sonra dövlət qeydiyyatına alınıb. Gəncə Dövlət Universiteti 17.03.2020-ci il tarixində tender müsabiqəsinə başlayıb. “Bazar Trade Rave” MMC isə bir ay sonra 14.04.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Tender müsabiqəsindən sonra yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.

Tenderin başlamasından sonra yaranan və heç bir təcrübəs olmayan şirkət necə qalib elan olunub? Bu suala Gəncə Dövlət Universitetindən münasibət öyrənməyə cəhd etsək də, bu cəhdimiz baş tutmadı. Tender elanında göstərilir ki, müsabiqə ilə bağlı (022) 266 01 80 nömrəsinə zəng edərək Universitetin prorektoru Fəxrəddin Həsənovla əlaqə saxlamaq olar. Qeyd olunan nömrəyə dəfələrlə zəng etməyimizə baxmayaraq telefon zənglərinə cavab verən olmadı…(Yeniavaz)

pia.az


Etiket: Tender


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar