Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Məmmədov Bakıdakı malikanəsində özünü təcrid edib

Nazir vəzifəsindən kənarlaşdırıldığı son 3 il ərzində sağlamlığı ilə bağlı gündəmdən düşməyən eks-vergilər naziri Fazil Məmmədov "COVID-19" infeksiyasından qorunmaq üçün Bakıdakı malikanəsində özünü təcrid edib...

PİA.az xəbər verir ki, yaxın çevrəsinin Modern.az-a verdiyi məlumata görə, sabiq nazirin səhhəti əvvəlki illərlə müqayisədə çox yaxşıdır. Mütəmadi olaraq, sahibi olduğu Gəncə Beynəlxalq Hospitalında müayinələrdən keçir, həkimlərin tapşırıqlarına maksimum dərəcədə riayət edir.

Hazırda “Synergy Group” MMC şirkətlər qrupunda biznes fəaliyyətini davam etdirir. Məlum olduğu kimi, "Synergy Group” MMC şirkətlər qrupu hələ Fazil Məmmədov nazir postundaykən rəsmi olmasa da, de-fakto ona məxsus idi.

2010-cu ildə təsis edilmiş "Synergy Group” MMC Azərbaycanda fəaliyyət göstərən ən iri özəl investisiya şirkətlərindən biridir.

“Synergy Group” MMC qeyri-neft sektorunda müxtəlif və inkişaf yönümlü şirkətlərdən ibarətdir.

"Synergy Group” istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, otelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar etməkdədir. Şirkətlərin böyük əksəriyyətinin Bakıdan kənarda yerləşməklə, regionların sosial-iqtisadi inkişafında mühüm paya malik olduğu bildirilir.

2018-ci ilin əvvəllərində Gəncə Beynəlxalq Hospitalında müalicə almış Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınmışdı. F.Məmmədov 2018-ci ilin iyununda ambulans təyyarə ilə Türkiyəyə aparılıb. O "American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarətində olub.

Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı.

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar