Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət orqanlarında çalışan analardan Operativ Qərargaha müraciət     

Məlum olduğu kimi, Azərbaycan Respublikası ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilib və son günlərdə virusa yoluxma sayı, xəstəliyin yayılma dinamikası nəzərə alınaraq, ölkə üzrə xüsusi karantin rejiminin 1 iyul 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilib...

Karantin dövründə bir sıra qurumları, o cümlədən təhsil müəssisələrinin fəaliyyəti dayandırılsa da, Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyətinə icazə verilib. 

Bu da dövlət orqanlarında çalışan bəzi şəxslərin, daha dəqiqi məktəblu uşağı olan anaların problemlə qarşılaşmasına səbəb olub.  

Belə ki,  Nazirlər Kabinetinin qərarında fəaliyyətinə icazə verilən qurumların, eyni zamanda dövlət əhəmiyyətli, həyat təminatlı müəssisələrin və qurumların, həmçinin fasiləsiz işləyən qurumların fəaliyyətləri zəruri hesab edilən işçilərini məhdud sayda cəlb etməklə tənzimlənəcəyi qeyd olunub. 

Bu zaman hansı işçiləri cəlb etmək müvafiq dövlət orqanlarının öz öhdəliyinə buraxılıb. Bir sıra dövlət qurumlarının rəhbərləri də bu vəziyyətdən öz maraqları daxilində istifadə edərək, hər kəsi işə çıxmağa vadar edirlər. İşə çıxmayan işçiləri isə ixtisar etməklə qorxudurlar.

Bu isə dövlət orqanlarında çalışan bəzi məktəbli və bağçaya gedən uşağı olan anaların ciddi problemlə qarşılaşmasına səbəb olub. 

Məsələ ondadır ki, koronavirus pandemiyası ilə əlaqədar məktəblər və bağçalarda təhsil yeni tədris ilinə qədər dayandırıldığından, uşaqlar evdə qalmaq məcburiyyətindədir. 

Əvvəllər uşaqlarını məktəbə və baçaya qoyaraq işəyən analar indi seçim etmək məcburiyyətində buraxılıb: ya işi seçərək uşaqlarını evdə tək və deməli təhlükədə qoymalıdırlar, ya da işdən çıxarımağı göz önünə alıb övladlarına baxmalıdırlar.

Halbuki normal şəraitdə uşaqlarını məktəbə və ya bağçaya qoyduqdan sonra onlar işə gedirdi və beləliklə gündəlik həyatları tənzimlənirdi. İndi isə özlərindən asılı olmayan səbəbdən belə bir problemlə üzləşdiklərindən, hökümətdən bunun həlli istiqamətində addım atmağı gözləyirlər.

Bununla bağlı "AzPolitika.info"ya müraciət edən azyaşlı uşağı olan analar Nazirlər Kabineti yanında Operativ Qərargahın onların da problemi diqqət almasını xahiş edirlər.

"Əvvəllər övladlarımızı məktəbə və ya bağçaya qoyaraq işə gedirdik. İşdən çıxanda da götürürdük. Yay vaxtı da  ya rayonlara yaxınlarımızın yanına, ya da uşaqlar üçün xüsusi yaradılan istirahət düşərgələrinə göndərirdik. Ancaq hazırda pandemiya ilə bağlı bu imkanlardan məhrumuq. Ona görə də çox xahiş edirk ki, Operativ Qərargah övladları məktəbə və bağçaya gedən, özləri dövlət orqanlarında çalışan analarla bağlı da xüsusi bir qərar çıxarsın. Bu kateqoriyadan olan qadınların ən azı karantin rejimi aradan qaldırılana, rayonlara gediş və uşaqlar üçün xüsusi istirahət düşərgələrinin fəaliyyətinə icazə verilənə qədər əmək haqqı saxlanılmaqla məzuniyətə buraxlmasını xahiş edirik" - deyə müraciətdə bildirilir. 

Qeyd edək ki, ekspertlər də yaranmış situasiya ilə bağlı Nazirlər Kabinetinin dövlət qurumlarında çalışan qadınlara məzuniyyət imkanı yaratmasını zəruri hesab edir. Onların sözlərinə görə, hökumət vəziyyət normallaşana qədər uşaqlı analaraın iş tətillərinin müddətini ən azından həftə-həftə uzatmalıdır. 

Nazirlər Kabineti yanında Operativ Qərargahın müraciətə cavabı necə olacaq, yəqin ki, yaxın günlərdə məlum olacaq.

pia.az

 


Etiket: Müraciət


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar