Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoli Davidoviçin xatirəsi yad edilib - Foto

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Belarus Respublikasındakı hərbi attaşelik aparatının nümayəndələri tərəfindən əslən belaruslu, Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin şəhid olmasının növbəti il dönümündə məzarı ziyarət olunub...

Müdafiə Nazirliyindən  verilən məlumata görə, ölkəmizin ərazi bütövlüyü uğrunda Ermənistan silahlı qüvvələrinə qarşı gedən döyüşlərdə, 1992-ci ilin iyun ayının 13-də həlak olan qəhrəmanın məzarının üzərinə Müdafiə naziri adından əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.

Mərasimdə A.Davidoviçin gənclik və xidmət illəri barədə danışılıb, onun göstərdiyi şücaət xatırlanıb. Bildirilib ki, mayor A.Davidoviçin qəhrəmanlığı Azərbaycan və Belarus xalqları arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirib, xatirəsi isə hər iki ölkədə daim ehtiramla yad olunur.

Sonra hərbi attaşelik aparatının əməkdaşları qəhrəmanın anası Kima Andreyevnaya Müdafiə naziri adından baş sağlığı verərək onun ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu xüsusi vurğulayıblar.

Kima Andreyevna da öz növbəsində oğlunun xatirəsinə olan ehtirama və özünə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə, ölkəmizin Belarusdakı hərbi attaşelik aparatının əməkdaşlarına minnətdarlığını bildirib.

pia.az

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Ən çox oxunanalar