Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar video müşavirə keçirilib

RİH başçısı Asif Əsgərov müşavirə iştirakçılarını 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə təbrik edib...

PİA.az xəbər verir ki, rayonun idarə, müəssisə, təşkilat rəhbərlərinin, qeyri hökümət təşkilatlarının, rayonun fəal gənclərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən video müşavirəni RİH başçısı Asif Əsgərov açaraq müşavirə iştirakçılarını 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə təbrik edib.

15 İyun - Milli Qurtuluş Gününün müstəqil Azərbaycanımızın tarixindəki mühüm əhəmiyyətini xüsusi vurğulayan A.Əsgərov 1993-cü ilin iyun ayında Azərbaycanda yaranmış kəskin ictimai – siyasi vəziyyət və kriminal şəraitin ölkəni iflic vəziyyətə salmasından danışaraq, həmin dövrdə vəziyyətin son dərəcədə təhlükəli xarakter aldığını, ciddi siyasi hakimiyyət böhranının yarandığını, ölkənin fəlakət qarşısında qaldığını bildirdi. Qeyd olundu ki, həmin dövrdə Heydər Əliyev kimi qətiyyətli, dünya miqyasında tanınan və xalqı öz arxasınca aparmağa qadir olan lider hakimiyyətə gəlməsəydi hadisələr olduqca təhlükəli və gərgin bir məcrada davam edə bilərdi. Xalqını sonsuz məhəbbətlə sevən Ümummilli liderimiz Heydər Əliyev bütün həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir. Heydər Əliyev siyasi kursunun bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini bildirən natiq çıxışında böyük əminlik hissi ilə bildirdi ki, müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyev ideyaları işığında möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək zirvələr fəth edəcəkdir.

Daha sonra çıxış edənlər – 54 saylı tam orta məktəbin direktoru Sahibə Abbasova, 42 saylı tam orta məktəbin direktoru Firəngiz Həmidova və digərləri qeyd etdilər ki, Ümummilli liderimiz Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə qısa müddətdə ölkədə baş verən vətəndaş qarşıdurması aradan qaldırıldı və cəmiyyətin həyatının bütün sahələrini əhatə edən islahatlar uğurla həyata keçirildi. Bildirildi ki, xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15 İyun - Milli Qurtuluş Günü ilə ölkəmizin həyatında yeni dövr başlanmış, dövlətçiliyimizin möhkəmlənməsi, müstəqilliyimizin dönməz və əbədi olması üçün mühüm və səmərəli fəaliyyətin əsası qoyulub.

Fotolar

pia.az

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar