Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səudiyyə Ərəbistanı bu il üçün Həcc ziyarətini ləğv etməyi planlaşdırır

Məkkə istisna olmaqla digər şəhərlərdə məscidləri ibadətə açan Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı qərarını yaxın günlərdə verəcək...

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, Krallıqda bununla bağlı iki variant üzrə müzakirə aparılır - ölkəyə məhdud sayda zəvvarın gəlməsi, yaxud da Həcc və Ümrə ziyarətlərinin tamamilə ləğv edilməsi.

"Financial Times" iddia edir ki, 1932-ci ildə yaradılan Səudiyyə Ərəbistanı Krallığı tarixində ilk dəfə olaraq Həcc ziyarətini ləğv etməyi planlaşdırır. Səudiyyə rəsmisi bildirib ki, Həcc mövsümündə 2 milyondan çox ziyarətçi qəbul edən və 12 milyard dollar gəlir götürən Krallıq ölkədə COVID-19-a yoluxanların sayının 100 min nəfəri keçməsindən sonra seçim qarşısında qalıb.

Artıq iki ölkə vətəndaşlarını Həcc ziyarətinə göndərməyəcəyini bəyan edib. Hər mövsüm Həccə 200 min zəvvar göndərən İndoneziya və Malayziya bu cür bəyanatla çıxış ediblər.

pia.az


Etiket: Həcc ziyarəti


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar